Ali Rəhbərlik İdarəsi sabah – 24.05.2020-ci ilin (bazar günü) şəvval ayının ilk günü və mübarək Ramazan bayramı olduğunu elan etdi.
Elanın tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə
Əziz xalqımızın Ramazan ayında etdiyi ibadətlərin qəbul olunması diləyi ilə şərəfli İran xalqının diqqətinə çatdırırıq ki, ölkənin müxtəlif yerlərindəki mötəbər və peşəkar astrofiziklərdən alınan məlumatlara əsasən, İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei şəvval ayının hilalının xordad ayının 3-ü qürub çağında (miladi təqvimlə 23 may 2020-ci il, hicri-qəməri təqvimi ilə 1441-ci il mübarək Ramazan ayının 29-u) göründüyünə əmin olmuşdur. Odur ki sabah – xordad ayının 4-ü (24 may) mübarək Ramazan bayramıdır!
Ali Rəhbərlik İdarəsi
23 may 2020
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir