Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Cihad cəbhəsi bütün Fələstin torpağını əhatə etməlidir

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə) “Beynəlxalq Qüds Günü” münasibətilə etdiyi çıxışında İslam İnqilabının qələbəsindən, müqavimət cəbhəsinin təşəkkülündən və güc balansının mübarizlərin xeyrinə dəyişməsindən sonra Fələstin uğrunda aparılan mübarizə sahəsində yeni bir fəsl açıldığına işarə edərək hazırkı böyük və müqəddəs mübarizənin davam etdirilməsi ilə bağlı yeddi mühüm tövsiyə verdi: “Ən əsas tövsiyə mübarizənin davam etdirilməsi və cihad cəbhəsinin bütün Fələstin torpağına yayılması ilə bağlıdır. Heç şübhəsiz, sionizm virusunun ömrünə az qalıb, gənclərin qətiyyəti, imanı və qeyrəti sayəsində bu virusun kökü regiondan kəsiləcək”.

İslam İnqilabının Rəhbəri çıxışının əvvəlində bütün müsəlmanları qarşıdan gələn Mübarək Fitr bayramı münasibətilə təbrik edərək “Qüds günü”nün təyin edilməsinin İmam Xomeyninin müdrik təşəbbüsü, Qüds və məzlum Fələstin məsələsində bütün müsəlmanların səs birliyinin bitişdirici halqası olduğunu dedi. O, Qüds gününün ayrı-ayrı xalqlar tərəfindən yaxşı qarşılanmasına işarə edərək dedi: “İmperializm və sionizmin ümdə siyasəti müsəlman cəmiyyətlərinin gözündə Fələstin problemini əhəmiyyətsiz göstərmək, ümumiyyətlə, bu məsələni unutdurmaqdır. Deməli, ən təxirəsalınmaz vəzifə bu xəyanətlə mübarizədir. Müsəlman xalqların qeyrəti, özünə güvəni və artmaqda olan ayıqlığı Fələstin məsələsinin unudulmasına qətiyyən imkan verməyəcəkdir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, Fələstin dövlətinin qəsb edilməsi və ən faciəli qətllər, cinayətlər və bu tarixi zülmün on illər boyu davram etdirilməsi ilə sionist adlı xərçəng şişinin yaradılması bəşəriyyətin yırtıcı və şeytan xislətinin yeni bir rekordudur: “Bu faciənin əsl səbəbkarı və canisi Qərb dövlətləri və onların şeytan siyasətləridir. Bu dövlətlər və yəhudi kompaniyalarının sionist dövləti yaratmaq və onu müxtəlif imkanlar, hətta atom silahı ilə təchiz etməkdə məqsədləri regionda daimi bir baza yaratmaq, region dövlətlərinə müdaxilə və onlara təsir etmək imkanı əldə etməkdir”.

O əlavə etdi: “Təəssüflər olsun ki, ərəb dövlətlərinin əksəriyyəti də əvvəldə göstərdikləri müqavimətlərdən sonra tədricən təslim oldular, insanlıq, müsəlman və siyasi vəzifələrini, ərəb qeyrəti və qürurunu unudaraq düşmən məqsədlərinə kömək etdilər”.

İnqilabın Rəhbəri qeyd etdi ki, bu təslimçilyin mübarizə yolunun işğalçı və onun himayədarı ilə nəticəsiz müzakirə istiqamətinə yönləndirilməsi ilə nəticələnməsi qaçılmaz idi: “Belə bir şərsaitdə İranda İslam İnqilabının qələbəsi Fələstin uğrunda mübarizə sahəsində yeni bir fəsil açdı. Müqavimət cəbhəsinin təşəkkülü ilə sionist rejimin işi çətinləşdi. Əlbəttə, gələcəkdə daha çətin olacaq”.

O, mübarizənin hal-hazırkı vəziyyətini səciyyələndirərkən dedi: “Bu sahədə müqavimət cəbhəsi güclənməkdə, ümidləri artırmaqda, güc ünsürlərini daha da cəlb etməkdədir. Lakin zülm, küfür və imperializm cəbhəsi günbəgün boşalmaqda, daha da məyus olmaqda və gücdən düşməkdədir”.

Həzrət Ayətullah Xamenei bununla yanaşı, mübarizə meydanının çox təhlükəli və dəyişkən olduğunu, daha çox diqqət və ehtiyat tələb etdiyini dedi: “Bu çox mühüm və həyati mübarizədə əsas hesablamalarda yol verilən səhv, istənilən növ qəflət və səhlənkarlıq ağır ziyanlara səbəb olacaq”.

O, daha sonra Fələstin məsələsinə ürəkdən bağlı olan hər kəsə yeddi mühüm tövsiyə verdi.

İslam İnqilabının Rəhbərinin birinci tövsiyəsi Fələstin məsələsinin sırf Fələstin və ya maksimum ərəblərlə məhdudlaşdırılmaması ilə bağlı oldu: “Fələstinin azadlığı uğrunda mübarizə Allah yolunda cihad, İslamın vacib məsələsi olmaqla yanaşı, həm də insani bir məsələdir. Bir neçə fələstinli ünsürün bəzi qərb dövlətləri ilə bağladıqları sazişin bi islami və insani məsələnin bir kənara qoyulması üçün əsas verdiyini düşünənlər problemi anlamaqda çox böyük səhvə, hətta demək olar ki, xəyanətə yol verirlər”.

Həzrət Ayətullah Xamenei ikinci tövsiyəsini qeyd edərkən dedi: “Bu mübarizənin məqsədi çaydan dənizə qədər olan bütün Fələstin torpaqlarının azad edilməsi, bütün fələstinlilərin öz torpaqlarına qayıtmasıdır. Buna görə də həmin məqsədin bu ölkənin bir gişəsində bir dövlət yaradılması ilə məhdudlaşdırılması nə haqdandır, nə də reallıq. Bu gün milyonlarla fələstinli bu böyük cihadı əzmkarlığın simvoluna çevirə biləcək, Allahın yardımına və son qələbəyə də əmin ola biləcək düşüncə, təcrübə və özgüvən mərhələsinə yükəslmişdir”.

O, üçüncü tövsiyəsində qeyrətli və dindar müsəlman cəmiyyətinin bu böyük və müqəddəs cihadda Allaha təvəkkül etməsinin, daxili qüvvələrə və öz güclərinə arxalanmasının, zalım qərb dövlətlərinə, dünyanın asılı təşkilatlarına və regionun bəzi abırsız və müti dövlətlərinə etimad etməkdən çəkinməsinin zəruri olduğunu dedi: “Bu gün dövlətlər dünya üzrə korona qurbanlarının sayının nə qədər olduğunu tək-tək elan edir. Ancaq heç kəs ABŞ və Avropanın müharibə odunu alışdırdıqları ölkələrdəki yüz minlərlə şəhidin qatillərinin, əsir və itgin düşmüşlərin, Fələstində baş verən bütün bu cinayətlərin, qəsblərin, dağıntıların və zülmlərin günahkarlarının kimliyini soruşmuşr”.

Həzrət Ayətullah Xamenei çıxışının davamında dördüncü tövsiyəsini İslam dünyasının siyasi və hərbi elitasına ünvanlayaraq belə dedi: “ABŞ və sionistlərin siyasətləri münaqişələri müqavimətin arxa cəbhəsinə çəkmək, müqavimət cəbhəsinin başını qatmaq üçün daxili müharibələr yaratmaq və sionist rejimə fürsət yaratmaqdır. Suriya, Yəmən və İraqda İŞİD-i yaratmaqla bu buna nail oldular. Bu xəbis siyasətin qarşısını almağın yolu İslam dünyasının qeyrətli gənclərinin ciddi istək və tələbinin olması, Əzəmətli İmam Xomeyninin tövsiyəsinə diqqət yetirməkdir. İmam buyururdu ki, var gücünüzlə ABŞ-ın - və təbii ki, düşmən sionistin başına qışqırın”.

İslam İnqilabının Rəhbəri beşinci tövsiyəsində ABŞ siyasətinin regiondakı əlaltılarının köməyi ilə sionist rejimin regiondakı iştirakını adiləşdirməsinə, bunu bir reallıq kimi qəbul etdirməsinə yönəldiyini qeyd etdi: “Həlakedici və ziyanlı gerçəkliklərlə mübarizə aparmaq lazımdır. Bu gün şüurlu insanlar korona ilə mübarizəni vacib bildikləri kimi, uzun zamandır mövcud olan sionizm virusu ilə də mübarizə aparmaq zəruridir. Çox çəkməyəcək ki, gənclərin səyi, imanı və qeyrəti sayəsində bu virusun kökü regiondan kəsiləcək”.

Həzrət Ayətullah Xameneinin ən əsas tövsiyəsi mübarizənin davamlılığı, cihad cəbhəsinin bütün Fələstin torpağına yayılması ilə bağlı olan altıncı tövsiyə oldu.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, bu müqəddəs cihadda hamı Fələstin xalqına kömək etməlidir. İslam Respublikası bu yolda əlindən nə gəlirsə, fəxarətlə edəcək: “Bir gün bəlli oldu ki, fələstinli mübarizin dini, qeyrəti və cəsarəti var, ancaq silahı yoxdur. Buna görə də Allahın yardımı ilə proqram hazırlandı. Fələstində güc balansı dəyişdi. Bu gün Qəzza sionist düşmənin hərbi hücumları qarşısında dayana və ona qalib gələ bilir”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, işğal olunmuş ərazi adlanan yerdə güc balansının dəyişməsi Fələstin məsələsini son addımlara yaxınlaşdıracaq. Bu işdə müstəqil təşkilatların üzərinə böyük məsuliyyət düşür: “Vəhşi düşmənlə yalnız zor, güc və qüdrət dili ilə danışmaq olar. Allaha şükürlər olsun ki, cəsur və mətin Fələstin xalqında buna zəmin var. Fələstinli gənclər bu gün öz heysiyyətlərini müdafiə etməyə susuzdurlar”.

O dedi: “Fələstində Həmas və İslami Cihad Hərəkatı, Livanda Hizbullah artıq hər kəsə sözünü deyib. Dünya cinayətkar sionist ordusunun Hizbullahın dağıdıcı zərbələri altında geri çəkilib atəşkəs istəmək məcburiyyətində qalmasını unutmayacaq. Bu, əlin dolu olması, güc və qüdrətin mövqeyidir”.

İslam İnqilabının Rəhbəri bir avropa dövlətinin mücahid və uca Hizbullahın qeyri-qanuni elan edilməsi ilə bağlı son addımına işarə edərək dedi: “Qeyri-qanuni olan İŞİD-i yaratmış ABŞ kimi rejim, İranın Banə və İraqın Hələbçə şəhərində kimyəvi silah vasitəsilə minlərlə insanın ölümünə səbəb olan və əbədiyyətə qədər qınanılmalı olan Avropa dövləti kimi bir rejimdir”.

Həzrət Ayətullah Xamenei yeddinci tövsiyəsində vurğuladı ki, Fələstin bütün fələstinlilərindir və onların iradəsi ilə idarə olunmalıdır. O, bir daha İslam Respublikasının dinindən və milliyyərindən asılı olyaraq bütün fələstinlilər arasında referendum keçirilməsi ilə bağlı layihə təklif etdiyini dedi: “Bu layihə qərb mediasında təkrarlanan yəhudifobiya iddiasının tamamilə əsassız olduğunu göstərir”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, mütləq getməli olan biri varsa, o da sionist sistemi və sionizmdir.

O, sonda Qüds şəhidləri Şeyx Əhməd Yasin, Fəthi Şəqaqi və Seyid Abbas Musəvidən İslamın generalı müqavimətin unudulmaz siması olan Şəhid Qasim Süleymaniyə, İraqın böyük mücahidi Şəhid Əbumehdi Əl-mühəndisə qədər bütün şəhidlərin və digər Qüds şəhidlərinin xatirəsini əziz tutaraq Allah-taaladan Fələstin və Qüds ideyası uğrunda illərlə faliyyət göstərmiş mərhum Hüseyn Şeyxül-İslama Allahdan rəhmət dilədi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /