Ali Baş Komandan Həzrət Ayətullah Xameneinin Ordunun baş komandanı general-mayor Seyid Əbdürrəhim Musəvi cənablarına göndərdiyi məktubda Konarak hərbi dəniz gəmisində baş vermiş hadisə zamanı Hərbi Dəniz Qüvvələrinin bir qrup üzvinin şəhid olması münasibətilə başsağlığı vermiş, Allahdan ürəyi dağlı ailələrə səbir və dözüm, xəsarət almış adamlara isə şəfa diləmişdir.
İslam İnqilabının Ali Rəhbərinin məktubunun tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə
İran İslam Respublikası ordusunun baş komandanı general-mayor Musəvi cənablarına
Konarak gəmisində Hərbi Dəniz Qüvvələrinin bir qrup üzvünün şəhadəti ilə nəticələnən ağır faciə mənim üçün çox acı və təssüfedici idi. Baxmayaraq ki, onlar ağır və qürurverici bir xidməti vəzifəni yerinə yetirərkən həlak olublar, Allah tərəfindən savab və mükafatlarını da alacaqlar, inşallah. Lakin bu əzizlərin həyatlarını itirməsi onların ailələri üçün kədərli, çalışqan və səmimi gənclərin həlak olması Hərbi Dəniz Qüvvələri üçün böyük və ağır itgidir. Bu kədərli hadisənin qurbanlarının ailələrinə başsağılığı verir, Allahdan onlara səbir, yaralananlar üçün isə şəfa diləyirəm. Aidiyyatı qurumlardan bu hadisənin təfərrüatını düzgün araşdırılmasını və ehtimal olunan müqəssirləri müəyənləşdirərək lazimi tədbirlər görmələrini, bu cür acı hadisələrin təkrarlanmaması üçün lazımi tədbirlər görülməsini istəyirəm.
Seyid Əli Xamenei
12 may 2020
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir