Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Müəllimlərin işi istedadların çiçəkləndirilməsini öyrətməkdir

İslam İnqilabının Ali Rəhbəri bütün məktəb, universitet və elmi-teoloji mərkəzlərin müəllimlərini “Müəllim Günü” münasibətilə təbrik etdikdən sonra qeyd edib ki, müəllimlərin böyük işi və cihadı ədalətli və ideal dini bir cəmiyyət yaratmaq məqsədilə uşaqlar və yeniyetmələrin istedadlarını İslam və İnqilab dəyərləri istiqamətində çiçkələndirilməsini öyrətməkdir: “Bu yolda tərbiyə alan gənc nəsil heç bir qiymətli fenomenin bərabər tutula bilməyəcəyi zəngin bir sərvətdir”.

Həzrət Ayətullah Xameneinin müraciətinin tam mətni:

Allahın adı ilə

Müəllim Günü münasibətilə məktəblər, universitetlər və elmi-teoloji mərkəzlərdə ölkənin uşaq və gənclərin düşüncə və elmi tərbiyəsi ilə məşğul olan bütün əziz müəllimləri təbrik edirəm.

İmam Xomeyninin “Müəllimlik peyğəmbərlərin sənətidir” kəlamı bir təbliğat şüarı yox, Quranın sözüdür. Quranda belə deyilir: “(Elçi) onlara (Allahın) ayələrini oxuyur, onları (pis əməllərdən) təmizləyir, onlara Kitabı və hikməti öyrədir...” Təmizləmə, öyrətmə, kitab və ilahi hikmət İslam və bütün peyğəmbərlərin dəvətinin açar sözləridir. Digər açar söz ədalətli olmaqdır. Peyğəmbərlik məktəbində insanlar kitab və hikmətlə tərbiyə olunur, sonra ədalətmərkəzli bir həyat inşa edir və insan cəmiyyətləri bu şəkildə insanın yaradılış məqsədlərinə yaxınlaşırlar.

İslam dövləti bu məqsədlə, yəni ədalətli və ideal bir dini cəmiyyətin təşəkkülü məqsədilə yaradıldı. Təbii ki, ölkənin təhsil sisteminin məqsədi də yalnız dövlətin ümumi məqsədinə malik olmalıdır.

İslam ölkəsində uşaq, yeniyetmə və gənc öyrənir ki, öz istedad və potensialını ali milli dəyərlər olan İslam və İnqilab dəyərləri üçün çiçəkləndirib reallaşdırmalıdır.

Bu həyati dərs və onun reallaşma mexanizmi müəllimlərin öz üzərlərinə götürdükləri böyük iş və mübarək cihaddır.

İslam bizi faydalı elmə çağırır. Faydalı elm bir tərəfdən iranlı gənci ölkənin və millətin inkişaf və yüksəlişi üçün lazım olan vasitələrlə təchiz edir, digər tərəfdən ona şəxsiyyət bəxş edərək ağıl, ruhi və mənəvi etibar və özgüvənlik xüsusiyyəti ilə təmin edir.

Bu yolda tərbiyə alıb böyüyən gənc nəsil ölkə üçün qiymətli olan başqa heç bir fenomenin bərabər tutula bilməyəcəyi zəngin və böyük bir xəzinədir.

Bu sərvət məktəb, universitet və elmi-teoloji mərkəzlərin müəllimlərinin işi və istəyinin məhsuludur.

Bizim gənc nəsil, Allaha şükürlər olsun, bu günün maddi dünyasında bənzərləri az tapıla bilən parlaq və üstün meyarlar tanıyır.

Şəhid Çəməran və Şəhid Avinidən atom şəhidləri, Şəhid Süleymani, ömrünün otuzuncu ilində Qum elmi-teoloji mərkəzi və Tehran Universitetində parlayan, əllinci ilində şəhadət qanadları ilə yüksək mələkut aləminə yüksəlmiş Şəhid Mütəhhəriyə qədər bütün şəhidlərimizə rəhmət diləyirik. Müəllimlərə təəşəkkür edir, İran xalqının gözəl aqibətli gənc nəslinə xoş gəlmisiniz deyirik.

Seyid Əli Xamenei
01 may 2020

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /