Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbəri:

Virusu yaratmaqda ittiham edilən ABŞ-ın köməyini kim qəbul edər

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) səhər televiziya vasitəsilə böyük və şərafətli İran xalqına ünvanladığı canlı müraciətdə Allah-taaladan korona bəlasını çox tez bir zamanda İran xalqı və bəşəriyyətin üzərindən götürməsini dilədi. Bütün gigyenik göstərişlərə əməl edilməsinin zəruriliyini vurğulayan Ali Rəhbər sonuncu peyğəmbərin mübarək besətinin həqiqətlərinə əsaslanan reseptini tarix boyu bəşəriyyət üçün xilasedici bir resept olduğunu dedi: “Besət həqiqətlərinə, xüsusilə səbr və dözüm gerçəyinə əməl etmək əziz İranın şərafətli əhalisinin inkişaf və qüdrətin yüksək zirvəsinə çatması üçün yeganə yoldur”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, hər il ilin ilk günü onun Həzrət Əli ibn Musa əl-Rzanın (ə) pak hərəmində ümumi çıxışı olurdu: “Bu il xalqla görüş və İmam Rzanın (ə) hərəminə getməkdən məhrum olduq. Ancaq qəlblərimiz həmişəki kimi mehriban imamın xatirəsinə munisdir”.

O, hər kəsi böyük Məbəs bayramı münasibətilə təbrik etdikdən sonra yenidən xalqı Növruz bayramı və baharın gəlişi münasibətilə təbrik etdi: “Çox əzəmətli məbəs hadisəsinin əhəmiyyəti o qədərdir ki, Qurani-Kərimdə qeyd edildiyi kimi, Allah bütün böyük peyğəmbərlərdən məbəs vaxtı sonuncu peyğəmbərə həm iman gətirmələri, həm də öz ümmətlərinə İslam peyğəmbərinə iman gətirməklə yardım göstərmələrini vəsiyyət etməklə bağlı əhd almışdır”.

İslam İnqilabının Rəhbəri İslamın maarif sisteminin besətin çox mühüm həqiqətlərindən olduğunu dedi: “Bu sistemdə İslamın varlıq, insan, Allahın zatı, insanın bu dünya və axirətdəki yolu və digər əsaslı məsələlərə aydınlıq gətirilmişdir”.

İslamın dəyər sisteminin, o cümlədən fərdi və sosial dəyərlər sistemi, azadlıq, sosial ədalət və həyat tərzinin Əziz İslam Peyğəmbərinin peyğəmbərliyə seçilməsinin həqiqətlərinin digər mühüm hissəsi olduğunu dedi: “Xalqın bütün fərdləri və insan cəmiyyətləri bu dəyərlərə əməl etdikləri təqdirdə həyatın həqiqi və şirin mənasını dərk edəcəklər”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bəziləri güman edir ki, azadlıq və sosal ədalət anlayışları Qərbdən gəlir. Ancaq Qərb üç-dörd əsirdir ki, bu anlayışlarla tanışdır. Halbuki İslam 1400 il bundan qabaq bu anlayışları bəşəriyyətə ərməğan etmiş, qərblilərin ədalətsiz davranışlarından fərqli olaraq İsalmın ilk günündən və mümkün olan hər yerdə onları reallaşdırıb”.

O bildirdi ki, İslam hökmləri, yəni sosial və fərdi zəmindəki olmalılar və olmamalılar sistemi besət həqiqətlərinin digər bir hissəsidir: “Bu hökmlər İslam maarifindən qaynaqlanır, dəyərlərə uyğundur və insanın yüksəlişinə kömək edir”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, İslam dövlətinin təşkili besət həqiqətlərinin gerçəkləşdirilməsinə zəmin yaradır və zəruridir: “Əgər siyasi qüdrət formalaşmasa, quldurlar, imperialistlər, azadlıq və ədalət müxalifləri, bəşəriyyətin digər düşmənləri, habelə tənbəllik kimi bəzi xüsusiyyətlər bu anlayışlar, dəyərlər və hökmlərin reallaşmasına, insanın ixlas və inkişaf yolundakı hərəkətinə imkan verməz. Məhz elə bu səbəbdən də sonuncu Peyğəmbər ilk mümkün fürsətdə Mədinəyə hicrət edərək dövlət qurdu”.

İslam İnqilabının Rəhbəri çıxışının bu hissəsini yekunlaşdırarkən vurğuladı: “İmam Xomeyni (r.ə) İslam həqiqətlərini çox dərindən dərk edərək besət reseptinə dəqiqliklə əməl etdi, İran xalqının besət maarifi, dəyərləri və hökmləri əsasında xilas yolunda addımlaması üçün dərin imanı, əsaslı təvəkkülü və İranın mömin əhalisinə arxalanaraq korrupsioner, zalım və asılı pöhləvi rejiminə qarşı ayağa qalxaraq İslam dövlətini yaratdı.”

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İmam Rahilin İran xalqının imanına arxalanması İslam dövlətinin təşkilinə zəmin yaratdı: “Bu bir həqiqətdir ki, İran xalqı bəzi görüntülərin olmasına baxmayaraq, dərin və möhkəm imana malikdir. İmam Xomeyni də bu gözəl həqiqəti dərk edərək İslam İnqilabı möcüzəsini gerçəkləşdirdi”.

O bildirdi ki, İslamın ayrı-ayrı zamanlardakı, o cümlədən besətin ilk yüzilliklərindəki inkişafı besət həqiqətlərinin əsaslı olmasından irəli gəlmişdir: “İslamın təbiəti inkişaf və daha da güclənməkdir. Əgər bu gün də besət resaptinə sədaqətlə əməl edilsə, İranı müxtəlif yönlərdən yüksək zirvələrə çatdıra və İslam mədəniyyətini ən uzaq üfüqdə gerçəkləşdirə bilərik”.

İslam İnqilabının Rəhbəri çıxışının davamında Allah-taalanın Quranda ilahi peyğəmbərlər və İslam Peyğəmbərinə (s) qarşı aparılan genişmiqyaslı düşmənçiliklərlə bağlı buyurduqların işarə edərək İslam dövlətinə qarşı aparılan genişmiqyaslı düşmənçiliklərin təəccüblü olmadığını dedi: “İslam Respublikasının düşmənləri arasında ABŞ ən mənfur və ən indakar düşməndir. Çünki onun rəhbərləri yalan, hoqqabazlıq, tamakarlıq, həyasızlıq, şarlatanlıq da daxil olmaqla müxtəlif çirkin əxlaqi xüsusiyyətlərə malik insanlardır. Bundan əlavə, zalım, terrorçu, çox qəddar və daşürəklidirlər”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Allah-taala düşmənlərlə mübarizə aparmaq üçün İslam Peyğəmbərinə (s) besətin ilk günündən bir qayda öyrətdi. Bu qayda səbir, yəni əzmkarlıq, müqavimət, dəqiq hesablama aparmaqla düşmənin hiylələri qarşısında dəyişməzlik, müəyyən edilmiş yüksək məqsəd istiqamətində yüksək əhval-ruhiyyə ilə hərəkət etmək, yola davam etmək prinsiplərindən ibarətdir”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, səbir və dözümlülük ağıl, tədbir və məşvərətlə müşayiət olunarsa, qələbə qəti olacaq: “Qətiyyətlə deyirəm ki, İran xalqı səbirli xalqdır. Xalq bu qırx ildə öz səbir və dözümlülüyünü göstərmişdir. Baxmayaraq ki, rəhbər şəxslər və ya ziyalınümalar bəzən səbirsizlik edərək, hətta düşmənlərlə əməkdaşlıq etmək sərhədlərinə qədər irəliləmişlər”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu səbirsiz adamların əks qütbündə mədəni, elmi, texnoloji, siyasi, problemlərin beynəlxalq səviyyəli dərki kimi müxtəlif sahələrdə çalışan və sayları da günbəgün artmaqda olan çoxsaylı mömin gənclər dayanır”.

Ayətullah Xamenei çıxışının bu hissəsini yekunlaşdırarkən dedi: “Səbir etmək təslim olmaq deyil, zəifləməmək və tərəddüdə düşməmək, şücaət və tədbirlə düşmənin qarşısını alıb onu məğlub etməkdir”.

İslam İnqilabının Rəhbəri ölkənin güclənməsinin zəruriliyi ilə bağlı son fikirlərinə işarə edərək bunun müdafiə və hərbi sahədən daha üstün olduğunu dedi: “Güclənmə iqtisadi, elmi, mədəni, siyasi və təbliğat aspektlərindən güclənməni ehtiva edir”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, güclənmək müəyyən vasitələrə ehtiyac var: “Bu vasitələrdən biri ölkə əhalisinin gənclər çoxluğunu qorumaqdır. Bu cəhətdən də son illər bu məsələ dəfələrlə vurğulanmışdır”.

O qeyd etdi ki, virutal məkanda güc və üstünlük, səhiyyə və müalicə sahəsində inkişaf və üstünlük (əlbəttə, bu sahədə çoxlu sayda işlər və elmi tədqiqatlar həyata keçirilmişdir) güclənməyə aid olan vasitələrdəndir: “İstehsal sıçrayışı güclənmə vasitələrindəndir. Əlbəttə, qaçaqçılıq və düşünülməmiş idxalatla mübarizə, istehsalçılara stimullar verilməsi və dövlət yardımlarından sui-istifadələrə qarşı hüquqi mübarizə məsələləri ilə bağlı zəruri göstərişlər var. Qeyd olunan işlər bu il həyata keçirilməlidir”.

Həzrət Ayətullah Xamenei dünyanı bürümüş korona epidemiyasına da işarə edərək dedi: “Demək olar ki, dünyanın bütün ölkələrinə yayılmış bu virus, bəzi ölkələrin xəstəlik və tələfatlarla bağlı həqiqətləri deyib, bəzilərinin gizlətməsi Quranın qorxu, iqtisadi problemlər və canların tələf olması bəlasından bəhs edən bir ayəsinin nümunəsidir. Ancaq Allah-taala bu bəla qarşısında da səbri tövsiyə edir”.

O əlavə etdi: “Səbir deyilərkən burada işləri düzgün və ağılla görmək, yəni insanların özləri və ölkə əhalisinin canını qorumaq, bu təhlükəli xəstəliyi nəzarətdə saxlamaq üçün əlaqədər qurumların göstəriş və tövsiyələrinə əməl etməsi nəzərdə tutulur”.

İslam İnqilabının Rəhbəri ABŞ rəsmilərinin, İran istəyəcəyi təqdirdə dərman və müalicə pereparatlarını göndərəcəkləri ilə bağlı bir neçə dəfə verdikləri açıqlamalara işarə edərək dedi: “Amerikalılar da çox qəribə danışırlar. Çünki birincisi, özlərinin xəstəliyin qarşısını almaq üçün qabaqlayıcı təchizat və dərman pereparatları sahəsində çatımazlıqları var. Onların bəzi məsul şəxsləri bu dəhşətli çatışmazlığın olduğunu açıq şəkildə qeyd edirlər. Buna görə də əgər imkanları varsa, öz camaatlarına kömək etsinlər”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “İkincisi, Amerikalılar özləri bu virusu yaratmaqda ititham edildikləri halda, hansı ağıllı insan bu ölkənin yardımını qəbul edər?”

O dedi: “Amerikalılara heç inam yoxdur. Çünki elə dərmanlar göndərərlər ki, virusu İranda ya daha da çox yayar, ya da daha qalıcı edər. Hətta müalicə həkimləri adı altında elə admlar göndərərlər ki, deyilənə görə, bir hissəsi xüsusilə yalnız İran üçün düzəldilmiş bu virusun təsirinin necə olduğunu öyrənib məlumatlarını təkmiləşədirər və düşmənçiliklərini daha da artırarlar. Amerikalıların sözləri qəbuledilməzdir”.

O, 40 illik təcrübəni xatırlatdı, ölkənin problem və çətinliklərə qarşı mübarizə aparmaq üçün qeyri-adi imkanlara malik olduğunu qeyd etdi və əziz İran xalqına səsələnərək dedi: “Ölkənin imkanları çox genişdir. Ancaq mühüm olan məsul şəxslərin bu imkanları tanıması, bütün sahələrə mömin, motivasiyalı və dindar gənclərin cəlb edilməsidir”.

O, çıxışının sonunda bütün xalqa Korona ilə Milli Mübarizə Fondunun rəhbərlərinin göstərişlərini ciddiyə alıb əməl etməyi tövsiyə etdi: “Bu qaydalara əsasən, dini komplekslər və pak hərəmlər tətilə çıxdı. Tariximiz boyu bunun analoqu olmamışdır. Ancaq çarə yoxdur, vəziyyət belə tələb edir”.

İslam İnqilabının Rəhbəri Allah-taalanın çox tez bir zamanda bu bəlanın İran xalqının, müsəlman xalqların və bütün bəşəriyyətin üzərindən götürəcəyinə ümidvar olduğunu dedi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /