İslam İnqilabının Ali Rəhbəri bu gün (cümə axşamı) səhər həkim və tibb işçilərinə ünvanladığı müraciətdə koronavirusla mübarizə aparan Səhiyyə Nazirliyi, nazirliyin əməkdaşları, həkimlər, tibb işçiləri, tibbi heyətlər və ölkənin tibb sahəsinin bütün əməkdaşlarına səmimi qəlbdən təşəkkür etdi: “Bu çox qiymətli zəhmətləriniz həkim və tibb işçilərinin cəmiyyətdəki mövqeyini daha da yüksəldir, daha doğrusu, yüksəltmiş, eyni zamanda da ilahi savab və mükafata səbəb olacaq”.
Həzrət Ayətullah Xameneinin müraciətinin tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə
Son günlər ölkəmizdə tapılan xəstəliklə mübarizə aparan həkimlər, tibb işçiləri və tibb sahəsinin bütün əməkdaşlarına səmimi qəlbdən təşəkkür etmək istəyirəm. Habelə səy və fəaliyyətlərini səfərbər etmiş Səhiyyə və Müalicə Naizrliyinə, Səhiyyə Nazirliyi ilə əməkdaşlıq edən bütün heyətlərə təşəkkür etmək istəyirəm. Mən bu günkü proqramı yalnız Tibb Elmləri Akademiyasının prezidenti cənab doktor Mərəndinin iştirakı ilə təşəkkür etmək üçün təşkil etdim. Bu qəlbdən gələn təşəkkürümü bütün həkim, tibbi işçisi və tibb sahəsində çalışan qardaş və bacılarıma çatdırmaq istədim. İnşallah müvəffəq olarsınız. İşiniz çox-çox qiymətlidir. Həm həkim və tibb işçilərinin cəmiyyətdəki qiymətini daha da artırır və artırmışdır, həm də bundan daha mühüm olan ilahi savaba səbəb olur. Buna görə Allah-taala yalnız sizə mükafat və savab yazacaq. Ümidvaram ki, Allahın izni ilə bu yüksək və ağır iş uzun da sürməyəcək. İnşallah çox tez bir zamanda bu nəhs virusa son qoyulacaq. Allahın istəyi ilə hamınız müvəffəq olasınız.
Allahın salam, rəhmət və bərəkəti üzərinizə olsun
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir