Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Milli maraqları düşünən hər kəs seçkilərdə iştirak edir

İslam İnqilabının Ali Rəhbəri İslami Şura Məclisinin XI və Xubriqan Məclisinin orta dörv seçkilərinin ilk səsvermə dəqiqələrində İmam Xomeyni (r.ə) adına hüseyniyədə 110 saylı səyyar seçki qutusunun olduğu yerə gələrək öz səsini verdi.

Səs verdikdən sonra çıxış edən Həzrət Ayətullah Xamenei seçkilər gününü milli bayram günü adalndıraraq bütün həmvətənləri bu bayram münasibətilə təbrik etdi: “Seçkilər günü öz səsləri ilə dövlət idarəçiliyindəki hüquqlarını bərpa etmək istəyən xalqın mülki hüququnun təmin olunduğu gündür. Bundan əlavə, səsvermə bir dini vəzifədir”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, seçkilər milli maraqların təminatçısıdır: “Buna görə də milli maraqları düşünən hər kəs seçkilərdə iştirak edir”.

O, İran xalqına səs vermədə qətiyyətlə iştirak etməyi tövsiyə verdi: “Bizim hər zamankı tövsiyəmiz budur ki, insanlar səslərini nə qədər mümkündürsə tez və günün birinci yarısında versinlər və bunu gecənin son saatlarına qədər təxirə salmasınlar”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Hər bir şəhərin əhalisi o şəhərin ehtiyac duyduğu sayda namizədə səs versin. Məsələn, Tehranda 30 nəfərə səs versinlər. Çünki bu iş daha güclü məclisin təşkilinə çox kömək edir”.

İslam İnqilabının Rəhbəri habelə, seçkilərin İran xalqına bərəkət səbəbi olmasını arzu etdi və seçkilərin əzəmətli keçirilməsində fəal iştirak edən media işçilərinə təşəkkür etdi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /