Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İranı sevən hər kəs seçkilərdə iştirak etməlidir

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər əhalinin ayrı-ayrı təbəqələrindən olan minlərlə nümayəndəsi ilə görüşdə qeyd etdi ki, 22 bəhmən yürüşü və İslam Şurası Məclisinə seçkilər İran xalqının iki böyük sınağıdır. Məclisin layiqli namizədlərinin xüsusiyyətlərindən danışan Ali Rəhbər xalqın 2 isfənd seçkilərindəki ayıq və izdihamlı iştirakının daxili və beynəlxalq problemlərin həllinə təsir göstərəciyini dedi: “Hər kəs əziz İranı, vətənin təhlükəsizliyini, onun abrının qorunmasını və problemlərin həll olunmasını istəyir. İranlıların milli əzmkarlığı və iqtidarını bir daha nümayiş etdirmək üçün seçki qutularının yanında olmaq lazımdır”.

O, habelə ABŞ-ın “Əsrin müqaviləsi” adlanan layihəsinin axmaq, çirkin və iflasa uğramış bir layihə olduğunu dedi: “Bu layihə ilə mübarizə yolu xalqın, fələstinli qruplaşmaların müqaviməti və şücaətli mübarizəsi, İslam dünyasının dəstəyidir. Fələstin probleminin əsas həlli də ümumxalq referendumunda əsl fələstinlilərin istədiyi və seçdiyi sistemin hakimiyyətə gəlməsidir”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, “Fəcr ongünlüyü” ölkə üçün misilsiz günlər, milli iqtidar və əzmkarlığın simvoludur: “İran xalqı Fəcr ongünlüyündə öz əzmkar iradəsi və dünyada misli olmayan rəhbəri olan böyük İmamın rəhbərliyi ilə istibdad, zülm və fəsadın bir neçə minillik çürümüş binasını yerlə yeksan edə, yadların hökmranlığına və xalqın tapdaq altında qalmasına son qoya, yerində isə demokratik bina təsis edə bildi”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İslam İnqilabının ilk günündən indiyə qədər keçirilmiş müxtəlif seçkilər İslam dövlətinin xalqın səsləri əsasında möhkəmləndiyini göstərir: “Əlbəttə, İslam dövləti xalqın dövləti olmaqla yanaşı, həm də dini dövlətdir. Buna görə də İrandakı demokratiya İslami demokratiyadır”.

O vurğuladı ki, Şəhid Süleymani, Müqəddəs Müdafiə döyüşçüləri və Hərəmin müdafiəçiləri kimi şəxsiyyətlərin yetişdirilməsi, şəhidlərin ailələrinin güclü ruhiyyəsi və səbri dini dövlətin nəticələrindəndir: “Şəhid Süleymaninin bariz xüsusiyyətlərindən biri məsuliyyət və imandır. Ümumiyyətlə, iman saleh əməl və cihad ruhiyyəsi ilə yanaşı olduqda, hətta düşmənlərin də təriflədiyi general Süleymani kimi bir şəxsiyyət formalaşır”.

İslam İnqilabının Rəhbəri çıxışının davamında qarşıdan gələn 22 bəhmən ümumrespublika yürüşünə işarə edərək dedi: “İran xalqı keçən qırx ildə soyuq və şaxtanın olmasına baxmayaraq, 22 bəhmən yürüşündə öz izdihamlı iştirakı ilə öz böyük toplantısını dünyaya nümayiş etdirmişdir. Buna görə bütün varlığımla İran xalqına təşəkkür edirəm”.

Həzrət Ayətullah Xamenei dedi ki, 22 bəhmən yürüşünün Şəhid General Süleymaninin qırx mərasimi günlərinə təsadüf etməsi xalqın ikiqat marağına səbəb olacaq: “İnşallah İran xalqı 22 bəhmən yürüşündə öz izdihamlı iştirakı ilə düşmənin siyasətlərinə sarsıdıcı bir zərbə endirəcək”.

O, çıxışının başqa bir yerində 2 isfənd tarixində İslam Şurası Məclisinə keçiriləcək seçkilərə işarə edərək seçkilərin ölkə və xalq üçün böyük bir fürsət, düşmən üçün isə təhdid olduğunu dedi: “Seçkilərin izdihamla müşayiət olunması və xalqın hamlıqla seçki qutularına getməsi ölkənin təhlükəsizliyini sığortalayacaq. Çünki düşmənlər dövlətin silahından çox xalqın dövlətə dəstəyindən qorxurlar”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, seçkilər milli əzəmət, iqtidar və bəsirəti göstərir: “Ölkədə, bəzisi sanksiyalar, bəzisi də az işləməkdən qaynaqlanan problemlər və çətinliklər mövcuddur. Ancaq bu problemlərə baxmayaraq, seçkilərdə dövlətin abrı və ölkənin təhlükəsizliyi əsas mövzu olduğu üçün xalq meydanda olacaq”.

O bildirdi ki, seçkilər beynəlxalq problemlərin həllində də əhəmiyyətlidir: “Beynəlxalq müşahidəçilərin hər bir ölkə ilə bağlı mühakiməsinə əhalinin seçkilərdəki iştirakı, ölkə rəhbərləri, məclis və sair qurumların təyin edilməsi forması kimi məsələlər təsir göstərir. Buna görə də xalqın parlament seçkilərindəki izdihamlı iştirakı bu cəhətdən də tamamilə zəruridir”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, habelə prezident və parlament seçkiləri yeni fikirlər və yeni yolların ölkənin qərarverici və qərar qəbul edici dairəsinə giriş üçün bir fürsətdir: “Xüsusilə xalq layiqli insanları seçdikdə yeni yollar və yeni düşüncələr ölkə və əhalinin problemlərinin həlli prosesində rol oynayır”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, seçkilər ümumi aspektdən ölkənin ən əsas problemidir: “İqtisadiyyat, mədəniyyət, elmi inkişaf və bu qəbildən olan məsələlər çox mühümdür. Ancaq bu məsələlərin hamısının əsası seçkilərdir. Çünki ümumi, güclü və düzgün seçki keçirilərsə, bütün problemlər tədricən həll olar”.

O, seçkilərlərlə bağlı deyilən bəzi fikirləri tənqid edərək və təəssüfləndiyini bildirərək dedi: “Seçkilər bütün bu aspektlərdən əhəmiyyət və effektiliyə malik olduğu halda, müxtəlif məyusedici sözlərlərlə onu nəzərdən salmaq olmaz”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, seçkiləri qüsurlu göstərmək üçün İranın düşmənlərinin göstərdikləri daimi səylər təbii bir məsələdir: “Bəzi xain əcnəbi media qurumları xalqın milyonluq izdihamını bir neçə minlik hərəkət kimi təqdim etdikdə, bir neçə yüz nəfərin küçələrdəki hərəkətini isə İran xalqının adına çıxdıqları zaman təbii ki, xalq bu media qurumlarına inanmır. Əlbəttə, bir şərtlə ki, daxildən bu media qurumlarına sui-təbliğat fürsəti verilməsin”.

İnqilabın Rəhbəri vurğuladı: “Ya tribunası olan xətiblər, ya da öz mövqelərindən istifadə edib KİV-lər və virtual məkanda söz deyə bilən insanlar elə danışmasınlar ki, düşmən xalqı ruhdan salmaq üçün onların sözlərini şişirdib bundan istifadə etsinlər”.

İrandakı seçkilərin dünya üzrə ən sağlam seçkilərdən olduğunu deyən Ali Rəhbər ictimai rəyi çaşdıran insanlara səslənərək dedi: “Siz yalandan bu seçkilərin planlaşdırıldığını və ya seçkilər yox, təyinetmə olduğunu dediyinzdə insanları ruhdan salırsınız”.

İnqilabın Rəhbəri seçkilər vasitəsilə hər hansı yerə yüksəlmiş, ancaq seçkiləri sual altına aparan bəzi adamların səsləndirdikləri bəzi fikirlərdən təəccübləndiyini dedi: “Necə olur, seçkilər sizin xeyrinizə olanda düzgün və etibarlıdır, ancaq sizin xeyrinizə olmayanda düzgün deyil”.

O əlavə etdi: “Parlament seçkilərində bəzi adamlar saxtakarlığa yol verilməsi və ya problem olması ilə bağlı məktub yazdı. Mən də bu məsələlərlə diqqətlə məşğul olmları üçün müəyyən heyətlər təyin etdim. Ancaq sonra məlum oldu ki, bu məlumatlar və məktublar doğru olmayıb”.

Həzrət Ayətullah Xamenei dedi: “Düşməndən gileylənmək olmaz. Ancaq filan yazıçı, virtual məkanla əlaqəsi olanlar, parlament nümayəndəsi, mühüm vəzifəsi olan filan hökumət rəsmisi diqqətli olmalıdır. Axı belə düzgün deyil. Bir tərəfdən camaata deyək, iştirak edin, digər tərəfdən də yalnışa yol verib elə danışaq ki, camaatin seçkidə iştirak etmək ruhiyyəsi olmasın”.

İnqilabın Rəhbəri qeyd etdi ki, Keşikçilər Şurasına hücum çəkmək ən yalnış işlərdəndir: “Parlament tərəfindən seçilmiş altı hüquqşünas və altı adil fəqihdən təşkil olunmuş Keçikçilər Şurası konstitusiyaya əsaslanır və bu təşkilat güvənilən bir qurumdur. İnsan bu təşkilatı bəzi insanlara qarşı qərəzli mövqe tutmaqda necə ittiham edə bilər?”

İnqilabın Rəhbəri son cümə namazında dünya səviyyəsində güclü və qəddar olan düşmənlər qarşısında İranın güclənməsinin zəruri olduğunu ifadə edən fikirlərinə işarə edərək dedi: “Güclü parlament İranın güclənməsinin göstəricilərindəndir. Güclü parlamentin təşkili də xalqın səs çoxluğundan asılıdır”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, əhalinin məişət məsələləri ilə bağlı haqlı gileyləri bəzi qanunlar və bəzi icra məmurlarının fəaliyyəti ilə bağlıdır: “Xalqın gileyləri seçkilərin özü ilə bağlı deyil. Bu giley başqa adamlardandır. Millət bütün ölkə və ümumi xalqa aid olan güclü parlamentin qədrini bilir”.

İnqilabın Rəhbəri hər kəsi seçkilərdə iştirak etməyə çağıraraq dedi: “Kiminsə məndən xoşu gəlməyə bilər, ancaq İranı sevirsə, onda seçki qutusunun yanına getsin. Buna görə də kim İranı sevirsə, ölkənin təhlükəsizliyini, problemlərin həllini, elit iş prosesini istəyirsə, seçkilərdə iştirak etsin”.

O dedi: “Mömin və inqilabçı adamlar seçkilərdə böyük həvəslə iştirak edəcəklər. Ancaq kiminsə dini və inqilabçı marağı yoxdursa, ancaq əziz vətəni sevirsə, seçki qutularının yanına getməsi lazımdır”.

İslam İnqilabının Rəhbəri çıxışının davamında düzgün seçki və seçilən şəxsin xüsusiyyətlər mövzusuna işarə edərək dedi: “Parlamentə elə bir adamı seçmək laızmdır ki, mömin, inqilabçı, şücaətli, cihad ruhiyyəli, faydalı, sözün həqiqi mənasında ədalət tərəfdarı olsun”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Filan xarici gücə qarşı söz deməkdən qorxan adam İranın izzətli, qüdrətli və şücaətli xalqının nümayəndəsi olmağa layiq deyil”.

O, general Süleymaninin şəhadətindən sonra İslam Şurası Məclisinə ABŞ əleyhinə qəbul etdiyi yaxşı və cəsarətli qərara görə təşəkkürünü bildirdi: “Elə adamları seçmək lazımdır ki, iqtisadi, hüquqi və siyasi ədalət bayrağını ölkədə yüksəkdə saxlasın”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Xalq bu xüsusiyyətlərə malik olan adamları tanımalı, onlara səs verməlidir. Əgər özləri müəyən edə bilmirlərsə, ayıq və etimad edilə bilən adamların istiqamət və məsləhətindən istifadə etsinlər. Buna görə də heç kəs deməsin ki, adamları tanımadığım üçün səs vermirəm. Hamı Allaha təvəkkül edib meydana girməlidir”.

İslam İnqilabının Rəhbəri çıxışının başqa bir yerində ABŞ-ın xuliqan və quldurlarıın “Əsrin müqaviləsi” adlı layihəni təqdim etmələrinə işarə edərək dedi: “Amerikalılar özlərini inandırmağa çalışırlar ki, böyük bir ad qoymaqla Fələstin xalqına qarşı olan layihələri uğur qazanacaq. Halbuki onların bu işi axmaqcasına xəbislikdir. Elə başladığı andan zərərlərinə tamamlanacaq”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, bu layihə Tramp ölməzədn əvvəl öləcək: “Bu işin nəticəsi olmayacaq. buna görə də ona xərc çəkmək, gəl-get etmək, cəncəl yaratmaq və təqdimat keçirmək axmaq bir işdir”.

O qeyd etdi ki, “Əsrin müqaviləsi” adlı layihə amerikalıların hoqqabazlığının aşkar əlamətidir: “Amerikalılar sionistlərlə onlara aid olmayan bir şeyin alqı-satqısını ediblər. Fələstin fələstinlilərindir və onunla bağlı qərar qəbul etmək onların haqqıdır. Siz kimsiniz ki, başqalarının torpağı və evi ilə bağlı qərar qəbul edəsiniz? Bu sizin xəbisliyiniz, hoqqabazlıq və çirkinliyinizin əlamətidir”.

İslam İnqilabının Rəhbəri son məkrli planın amerikalıların zərərinə tamamlanacağını və Fələstin məsələsinin gündəmə gəlməsinə səbəb olacağını dedi: “Öz xalqları arasında qiymətləri və abırları olmayan bir neçə xain ərəb başçısının əl çalıb alqışlamasının əhəmiyyəti yoxdur. İmperializmin Fələstin probleminin unutdurulması ilə bağlı sabit siyasətinin əksinə olaraq onlaırn bu işi Fələstin məsələsinin dirilməsinə, bütün dünyada Fələstin və fələstinli qruplaşmaların adı və məzlumluğunun dildən dilə gəzməsinə səbəb olacaq”.

Həzrət Ayətullah Xamenei imperialistlərin pul və silah gücünə bu layihəni həyata keçirilməyə çalışdıqlarına işarə edərək çarənin cəsarətli müqavimət və dirəniş olduğunu dedi: “Xalq, fələstinli qurum və təşkilatlar fədakar cihadla meydanı ABŞ və sionist düşmənə dar etməli, bütün İslam dünyasına da bu şücaətli müqavimətlə dəstək verib hamilik etməlidirlər”.

O, Qərbi-Asiya regionunda imperializm əleyhinə müqavimət dairəsinin günbəgün genişlənməkdə olduğunu vurğuladı: “İnanırıq ki, silahlı fələstinli təşkilatlar dirəniş göstərib müqaviməti davam etdirəcəklər. İslam Respublikası da fələstinli qruplaşmalara dəstəyi öz vəzifəsi bilir. Buna görə hansı formada və hər nə qədər bacarırsa, dəstək verir. Bu dəstək İslam dövləti və İran xalqının istəyir”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, Fələstin probleminin həlli İran İslam Respublikasının beynəlxalq mərkəzlərdə irəli sürdüyü “Əsl fələstinlilərin rəylərinin alınması” prinsipinə əsaslanan əsaslı həll yoludur: “Fələstin probleminin həlli və sülhün yeganə həlli yolu müsəlman, xristian və yəhudi olmasından asılı olmayaraq əslən təmiz fələstinli olan əhali arasında referendum keçirməkdir. Nəticədə, onların səsverməsi ilə istədikləri sistem bütün Fələstinə hakim olsun, Fələstin, Netanyahu və başqları haqqında da özləri qərar qəbul etsinlər”.

Həzrət Ayətullah Xamenei çıxışının sonunda vurğuladı: “İnşallah bu məqsəd reallaşacaq və siz o günü görəcəksiniz. Allahın yardımı ilə Beytül-müqəddəsdə namaz qılacaqsınız”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /