İslam İnqilabının Ali Rəhbəri və xalqın müxtəlif təbəqələrindən olan minlərlə insanın iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr edilmiş sonuncu matəm gecəsi keçirildi.
Mərasimdə çıxış edən Höccətül-İslam vəl-müslimin Seyid Əhməd Xatəmi Həzrət Zəhranın (s.ə) haqqın müdafiəsi meydanındakı məntiqli, şücaətli və iffətli iştirakının o xanımın üstün xüsusiyyətlərindən olduğunu dedi. O vurğuladı ki, xalqın fəal və yüksək əhval ruhiyyəli iştirakı İslam dövlətinin 41 il yaşamasının əsas səbəbidir: “Xalq İslam Respublikasının əsas sərmayəsidir. Qarşıdan gələn iki hadisədə: - bu ilin 22 bəhmən və İslam Şurası Məclisinə seçkilərdəki iştirakı da keçmişdəkindən daha parlaq olacaq”.
Höccətül-İslam vəl-müslimin Xatəmi qeyd etdi ki, amerikalıların sazişinin əsrin cinayəti və Fələstin torpağının yenidən işğal sazişidir: “Dini və milli qeyrət tələb edir ki, İslam dünyası ABŞ və cinayətkar sionistlərə qarşı bir olub ayağa qalxsın”.
Mərasimdə cənab Mehdi Səmavati şərafətli “Təvəssül” duasını oxudu. Cənab Səid Həddadiyan isə Fatimeyi-Zəhranın (s.ə) başına gələn müsibətlərdən danışıb növhə oxudu.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir