İslam İnqilabının Ali Rəhbəri, bir qrup hökumət rəsmisi və xalqın müxtəlif təbəqələrindən olan minlərlə insanın iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr edilmiş matəm gecəsi keçirildi.
Mərasimdə çıxış edən Höccətül-İslam vəl-müslimin Rəfii Əhli-beyt (ə) hökumətinin yeddi əsasa: dözümlülük, ülfət, vüqar, sirdaşlıq, insanlarla gözəl davranmaq, səy və çalışmaq prinsiplərinə əsaslandığını dedi və Həzrət Siddiqeyi-Kübranın sevgi və məhbbətinin cilvələrindən danışdı: “Həzrət Fatimeyi-Zəhra (s.ə) ilahi razılığın cilvə və təzahürüdür və o böyük xanımın razılığı Allah-taalanın razılığına səbəb olur”.
Höccətül-İslam vəl-müslimin Rəfii habelə Quranın ən mühüm mesajlarından birinin Allaha ümid və məyusluqdan qorunmaq olduğunu dedi: “Ümid İslam cəmiyyətinin hərəkət istiqamətini göstərən kompasdır. İnsanlara ümidsizlik aşılamaq şeytan işidir”.
Mərasimdə cənab Meysəm Mütii Həzrət Fatimənin (s.ə) başına gələn müsibətlərdən danışıb növhə oxudu.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir