Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Yol verilən səhlənkarlıqlarla ciddi məşğul olmaq lazımdır

Silahlı Qüvvələrin Baş Qərargahının Ukraina sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbləri ilə bağlı araşdırmalarının nəticəsi elan edildikdən sonra acısı olan ailələrə yenidən başsağlığı verərək onların dərdinə şərik olduğunu bildirən İslam İnqilabının Rəhbəri bəyanat verdi. O bu bəyanatında Silahlı Qüvvələrin Baş Qərargahına bu hadisədə yol verilmiş səhlənkarlıqlar və ehtimal edilən qüsurlarla ciddi məşğul olmağı, belə bir bədbəxt hadisənin bir daha təkrar edilməməsi ilə bağlı göstəriş verdi.

İslam İnqilabının Rəhbərinin bəyanatının tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Baş Qərargahın Ukraina sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı tədqiqatlarının nəticələri elan edildikdən sonra bu hadisədə insan səhvinin olduğunu öyrənmək bu faciəli hadisədə həlak olanların acısını mənim üçün daha dözülməz oldu. Öncə bu əzizlərin möhtərəm ailələrinin dərdinə dərin hüznlə şərik olduğumu bildirir, onlara səmimi qəlbdən başsağlığı verir və Allah-taaladan onlara səbir, ruhi və mənəvi təskinlik diləyirəm.

İkincisi, Silahlı Qüvvələrin Baş Qərargahına bu acı dolu faciədə yol verilmiş səhlənkarlıqları və ehtimal edilən qüsurları ciddi şəkildə araşdırmağı qəti göstəriş verirəm. Üçüncüsü, belə bir bədbəxt hadisənin təkrarlanmaması üçün lazımi diqqət göstərilməsini aidiyyəti qurumlar və məsul şəxslərdən tələb edirəm.

Əziz və kərim olan Allahdan həlak olanların özlərinə rəhmət, acısı olanlara isə səbir və əcir diləyirəm.

Seyid Əli Xamenei
21 dey 1398
(11 yanvar 2020)

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

700 /