Tehranın dirçəlişi, mömin və qədirbilən xalqın İslamın böyük və iftixarlı komandanı general şəhid Hacı Qasim Süleymani ilə tarixi vida günü İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei Tehran Universitetinə gələrək bu uca şəhidə, böyük mücahid Əbu Mehdi Əl-Mühəndis və ABŞ terrorçu rejiminin son cinayətinin qurbanı olmuş digər şəhidlərin nəşinə namaz qıldı.
Bir neçə milyon insanın, habelə üç qüvvənin rəhbərləri, ordu və ölkənin rəhbər işçiləri, şəhidin cəbhə yoldaşları, Müqavimət Cəbhəsinin mühüm simalarının bir qrupu, o cümlədən İslami Cihad Hərəkatının (Həmas) siyasi idarəsinin rəhbəri İsmail Həniə, Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad ən-Nəxalə, Livan Hizbullahının baş katibinin müavini Şeyx Nəim Qasimin iştirakı ilə Hacı Qasim Süleymaninin göylərə yüksəlişinin həsrəti ilə dolmuş məkanda təşkil edilən mərasimdə şəhidlərin cənazəsinə namaz qılan İslam İnqilabının Rəhbəri Allah yolunun mücahidlərini şəhidlik məqamına ucaltdığı üçün Allah-taalaya həmd və şükür edərək o uca şəhidlərə yüksək dərəcələr dilədi.
Namazdan sonra Şəhid Süleymani və digər müqavimət şəhidlərinin pak bədənləri böyük izdihamın müşayiəti ilə Tehran Universitetindən Azadlıq meydanı istiqamətinə doğru aparıldı. Tehranın inqilabçı əhalisi Müqavimətin misilsiz və parlaq siması və onun silahdaşları ilə vidalaşırlar.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir