Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Ali Komandanın əmri ilə Qüds Qüvvələrinin komandanı təyin edildi

Böyük komandan Hacı Qasim Süleymani şəhid olduqdan sonra Ali Baş Komandan Həzrət Ayətullah Xameneinin əmri ilə briqada generalı İsmail Qaani İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı təyin edildi.

Ali Baş Komandanın əmrinin mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Böyük sərkərdə, məqamı yüksək olan şəhid Hacı Qasim Süleymaninin (Allah ondan razı olsun) göylərə yüksəlişindən sonra İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanlığını Müqəddəs Müdafiə hərəkatında SEPAH-ın ən yüksək komandanlarından olan və uzun illər Qüds Qüvvələri heyətində şəhid komandanla birlikdə regionda xidmət göstərmiş briqada generalı İsmail Qaaniyə tapşırıram. Bu qüvvələrin proqramı eynilə Şəhid Süleymaninin komandanlığı dövründə olduğu kimi davam edəcək.

Bu qüvvələrin bütün əməkdaşlarının bu proqramda iştirakını və komandan Qaani ilə əməkdaşlıq etmələrini istəyir, Allahdan onlara müvəffəqiyyət, dəstək və hidayət diləyirəm.

Seyid Əli Xamenei
03 yanvar 2020

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /