Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Dünən baş vermiş hadisənin canilərini ağır intiqam gözləyir

İslam İnqilabının Ali Rəhbəri verdiyi mühüm başsağlığı bəyanatında İslamın qürurverici böyük komandanı general-leytnant Hacı Qasim Süleymani və onunla birlikdə şəhid olan mücahidlər, xüsusilə böyük mücahid Əbu Mehdi Əl-Mühəndisin şəhadəti ilə bağlı başsağlığı verib. O vurğulayıb ki, dünən baş vermiş hadisənin canilərini ağır intiqam gözləyir: “Cihad və müqavimət daha böyük əzmlə davam etdiriləcək. Bütün müqavimətsevərlər Şəhid Süleymaninin qisasını tələb edir. Mübarizənin davam etdirlməsi və son qələbə qatil və cinayətkarların həyatını daha acı edəcək”.

Həzrət Ayətullah Xameneinin bəyanatının tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Əziz İran xalqı!

İslamın böyük sərkərdəsi göylərə ucaldı. Ötən gecə şəhidlərin pak ruhları Qasim Süleymaninin pak ruhunu ağuşlarına aldılar. Dünyanın şər qüvvələri və şeytanları ilə uzun illər cəsur və xalis mübarizəsi və uzun illər Allah yolunda şəhid olmaq arzusu sonda əziz Süleymanini bu yüksək məqama ucaltdı. Onun qanı bəşəriyyətin ən pis adamları tərəfindən axıdıldı. Bu böyük şəhadəti İmam Zamana (ruhumuz ona fəda olsun) və şəhidin özünün pak ruhuna təbrik deyir və İran xalqına başsağılığı veirirəm.

O, İslamın və İmam Xomeyni məktəbinin yetişdirdiyi ən görkəmli nümunələrdən idi. O, bütün ömrünü Allah yolunda cihada həsr etdi. Şəhadət onun bütün bu illər ərzində dayanmadan göstərdiyi səylərin mükafatı idi. O getdikdən sonra Allahın yardımı ilə onun gördüyü iş dayanmayacaq və yolu davam etdiriləcək. Lakin ötən gecə çirkin əllərini onun və digər şəhidlərin qanına bulamış cinayətkarları çox ağır intiqam gözləyir.

Şəhid Süleymani müqavimətin beynəlxalq simasıdır. Bütün müqavimət sevərlər onun intiqamını tələb edir. Bütün dostlar, elə düşmənlər də bilsinlər ki müqavimət və cihad daha böyük əzmlə davam etdiriləcək. Qəti qələbə bu mübarək yolun mücahidlərilədir.

Bizim əziz və fədakar sərkərdəmizin yoxluğu acıdır, lakin mübarizənin davam etdirilməsi və qələbə qatil və cinayətkarlar üçün daha acı olacaq.

İran xalqı general-leytnant Qasim Süleymani və onunla birlikdə şəhid olan mücahidlər, xüsusilə İslamın böyük mücahidlərindən olan cənab Əbu Mehdi Əl-Mühəndisin adı və xatirəsini həmişə əziz tutacaq. Mən ölkədə 3 gün ümumrespublika matəmi elan edirəm. Şəhidin həyat yoldaşına, övladlarına və digər qohumlarına başsağılğı verirəm.

Seyid Əli Xamenei
03 yanvar 20
20

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /