* Ayat namazının vacib olmasının şəri səbəblərindən biri Günəş tutulmasıdır. Hətta Günəşin az bir hissəsi tutulsa belə, ayat namazı vacib olur.
* Günəş tutulmağa başladıqda və bunu görmək mümkün olduqda, ayat namazını qılmaq vacibdir. Amma əgər bir məntəqədə Günəş açılmağa başladıqdan sonra günəş doğarsa, Günəş tam açılmamışdan öncə ayat namazını əda və qəza niyyəti etmədən qılmaq lazımdır.
* Əgər Günəş tam tutulmayıbsa, Günəşin tutulduğunu sonradan xəbər tutan şəxslərə ayat namazını qılmaq vacib deyil.
* Ayat namazını camaatla qılmağın maneəsi yoxdur, hətta onu camaatla qılmaq müstəhəbdir.
* Ayat namazını camaatla qılmağın hökmü gündəlik namazları camaatla qılmağın hökmü kimidir. Belə ki, imam-camaatın "qiraət"i kifayət edir və məmum"qiraət" etmir (yəni Həmd və Surəni oxumur).
* Əgər bir şəxs camaatla qılınan ayat namazının birinci və ya ikinci rəkətinin birinci rükusuna çatmazsa, camaat namazına qoşulması iradlıdır.