Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Namazla ruhumuzu saflaşdıraq və onu günahdan uzaq edək

Həzrət Ayətullah Xamenei XXVIII Ümumrespublika Namaz konfransına ünvanladığı müraciətdə namazın heyrət doğuran ən böyük və ən cazibədar nemətlərdən olduğunu dedi və bildirdi ki, namaz insanı bu ilahi fenomen qarşısında heyrətə gətirir: “Allah-taala bu neməti bizə hədiyyə edib ki, onunla ruhumuzu saflaşdıraq, bəşəri əlaqələrimizə mənəviyyat, cəmiyyətə psixoloji əmin-amanlıq, sağlamlıq, münaqişəli problemlərdən xilas, sevinc və şadlıq bəxş edək”.

İslam İnqilabının Rəhbərinin bu gün (cümə axşamı) səhər Qorqanda keçirilən bu konfransa ünvanladığı və Vəliyyi-Fəqihin Gülüstan əyaləti üzrə nümayəndəsi tərəfindən oxunan müraciətin mətni:

Bağışlayan və Mərhəmətli Allahın adı ilə

Allahın salavatı olsun Muhəmməd və onun pak ailəsinə

Heç kəsin sayıb hesablamaq iqtidarında olmadığı böyük ilahi nemətlər arasında elələri var ki, malik olduqları aşkar xüsusiyyətləri ilə təfəkkür və düşüncə adamlarını heyrətə salırlar. Bu heyrətamiz nemətlərin ən cəzbedicisi namazdır. Namazın zikirləri və hərəkətlərinin tərkib hissələri, vacib və müstəhəb namazların vaxtlarının tərtibatı, namazda diqqətin bir yerə toplanması və qəlbin hazırlığı, namazın cəmiyyətlə qılınması məsələsinə təkid edilməsi, namazda paklığın vacibliyi, həm bədənin və patların nəcisdən təmizlənməsi, həm də qüsl və dəstamaz vasitəsilə qəlbin və ruhun pak edilməsi şərti, dünyanın bütün nöqtələrindən namazın bir mərkəzə - Kəbəyə doğru qılınmasının vacibliyi, bu misilsiz və üstün əməldə olan kifayət qədər zərif, dəqiq və məzmunlu nöqtə və nüanslar insanı bu ilahi fenomen qarşısında heyrətə gətirir.

Allah-taala bu böyük neməti bizə hədiyyə edib. Onunla ruhumuzu saflaşdıra, özümüzü günahdan uzaqlaşdıra, sosial münasibələrimizə mənəviyyat bəxş edə, bu vasitə ilə cəmiyyətə ruhi əmin-amanlıq, sağlamlıq, münaqişələrdən xilas, sevinc və şadlıq bəxş edə bilərik. Bu hədiyyə vacibi vəzifə formasına salınıb ki, ən azı cəmiyyət onun minimumlarından məhrum qalmasın, bu qədər ağır çəkidə olan, qarşılığında isə ən az vaxt və maliyyə xərci hesabına başa gələn hədiyyə, həqiqətən, sonsuz şükür və təşəkkürə layiqdir.

Hörmətli iştirakçılar! Biz də bu vacib şükrü yerinə yetirməkdə qüsurlu və müqəssirik. Çox işlər görülməlidir. Ümidvaram mücahid alim cənab Höccətül-İslam Qiraəti bizim hamımıza bunu xatırladacaq.

Allahın salamı və rəhməti üzərinizə olsun!

Seyyid Əli Xamenei
11 dekabr 2019

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /