Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbəri:

Düşməni iqtisadi müharibədə də geri oturdacağıq

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gecə (çərşənbə axşamı) iki min beş yüz nəfər istehsalçı, sahibkar və iqtisadi fəalla görüşdə milli sərvətin əhəmiyyəti, İslam dövlətində ümumi rifahın yaxşılaşdırılması və ölkə xaricinə ümid bəslənilməməsinin zəruriliyi məsələlərinə toxunaraq dedi: “Əsas işimiz və strategiyamız daxili istehsalın gücləndirilməsi və yaxşılaşdırılması vasitəsilə iqtisadiyyatın sanksiyalardan qorunmasını təmin etməkdir. Mən bu işin arxasındayam və ölkənin həqiqi inkişafını tam müdafiə edirəm”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, istehsalçılar, sahibkarlar və iqtisadi fəallarla təşkil edilmiş bu görüşün əsas məqsədi ictimai rəydə bu əsas komponentlərə ehtiram göstərilməsidir. O, istehsalçıların bu görüşdə qeyd etdiyi fikirlərin çox mühüm, düşünülmüş və diqqətə layiq olduğunu dedi.

İnqilabın Rəhbəri dedi ki, kaş dövlət sektorunun məsul şəxsləri və parlament nümayəndələrinin çoxu bu iclasda iştirak edəydi: “İstehsalın yaxşılaşdırılması məsələsində başqa cür düşünənlər və problemlərin həlli üçün başqa bir yerə göz dikənlər bu istehsalçıların bu gecə səsləndirdikləri sözləri dinləməli və dərk etməli idilər ki, həyat, işıq və gücün ölkə daxilinə transferinin yeganə qapısı istehsal sahəsinin fəallarının ölkənin üzünə açdıqları qapıdır”.

Həzrət Ayətullah Xamenei bildiri ki, İslam dövlətində iqtisadiyyatın rolu çox mühümdür: “Əhalini zəngin etmək, milli sərvəti artırmaq, ümumi rifahı yaxşılaşdırmaq, İslamda ümumi mənbələrin ədalətli şəkildə bölünməsi elə bir dəyərdir ki, bu baxışın reallaşması ilə cəmiyyətdə fərqliliyin olmasına baxmayaraq, sinfi bölgü meydana gəlməyəcək”.

İnqilabın Rəhbəri istehsalçıların daxili istehsal, iqtisadi bum, ümumi rifahın yaxşılaşdırılması istiqamətlərinin həyat səhnəsinin komandanları, öndərləri, qırıcıları və ön sıraları olduğunu dedi: “Bu böyük meydan həqiqi müharibə meydanıdır”.

O, dövlətlər və güclər arasında gedan daimi iqtisadi müharibəyə işarə edərək dedi: “ABŞ-ın indiki perzidentinin prezidentliyi dövründə bu müharibə Çin, Koreya, Avropa və digər regionlarla baş verib, sonra genişlənmiş, İrana qarşı sanksiyaların tətbiqi ilə vəhşi, kinli və cinayətkar şəkil almışdır”.

İnqilabın Rəhbəri sanksiyaların gələcək bir-iki ildə başa çatacağı təsəvvürünün puç bir xəyal olduğunu dedi: “İmperializm cəbhəsi ilə bağlı bilgimə əsasən, deməliyəm ki, sanksiyalar uzaq gələcəyə qədər davam edəcək. Buna görə də ölkə iqtisadiyyatını xilas etmək üçün sanksiyaların bitməsini, filan şəxsin olub olmamasını və ya filan ölkənin addımını gözləmək olmaz”.

O əlavə etdi: “Təbii ki, sanksiyaların uzaqlaşdırılması çox yaxşı bir taktikadır. Lakin əsas iş və strategiya ölkənin sanksiyalardan qorunmasə üzərində mərkəzləşdirilməlidir”.

O bildirdi ki, hətta cari büdcədə neft gəlirlərindən asılılıq ölkənin zərər görməsinə səbəb olacaq: “Bu söykənmə snaksiyalara əsasən, bir qədər azalmışdır, amma 70-ci ildən, yəni əziz qardaşımız və dostumuz mərhum Haşimi Rəfsancaninin (r.ə) prezident olduğu dövrdən başlayaraq israrla bildirirəm ki, neft asılılığını tədricən azaltmaqlıyıq”.

Həzrət Ayətullah Xamenei dedi ki, Milli İnkişaf Fondunun yaradılmasının məqsədi hər il neft gəlirinin bir hissəsini dövlət qurumlarının nəzarətindən xaric etməkdir: “Keçmişdən bu günə qədər bütün hökumətlər problemlə qarşılaşdıqda məndən israrla fonddan istifadə etməklə bağlı icazə verməyimi xahiş ediblər. Bu rposes nəticsində təəssüflər olsun ki, inkişaf fondunun effektivliyi azalıb”.

O bildirdi ki, İnqilabın daxili istehsal silahı və iradəsi ilə silahlandırmaq problemlərin əlacıdır: “Mövcud problemlərin yeganə həlli yolu budur ki, daxili istehsalın gücləndirilməsi və sürətləndirilməsi istiqamətini ciddiyyətlə davam etdirək, doğru qərarlar və lazımi tədbirlərlə maneələri ortadan qaldıraq. Onu da qeyd edim ki, əvvəlki illərlə müqayisədə bu istiqamətdə hərəkətin müsbət nəticələri müşahidə edilməkdədir”.

İnqilabın Rəhbəri vurğuladı ki, daxili istehsala diqqət ölkənin şərti vəziyyətdən uzaqlaşmasına səbəb olmuşdur: “Problemlərin həllini başqalarının qərarlarına düyünləmək ölkə üçün problemlərin daha da pisləşməsinə səbəb olur”.

Həzrət Ayətullah Xamenei son bir neçə ildə belə bir vəziyyətin yaranmasından təəssüf hissi keçirdiyini dedi: “Bu illər ərzində “baxaq görək altı ay sonra nə olacaq” və ya “HBFP ilə nə baş verəcək” kimi məsələlər, indi də Fransa prezidentinin təşəbbüsünə ümid bəsləmək heç bir problemi həll etməmiş və etməyəcək də. Bu baxış bir kənara qoyulmalıdır”.

O vurğuladı: “Təbii ki, qırmızı xətti aşmayan hər hansı işin görülməsinin heç bir problemi yoxdur. Lakin iqtisaid problemlərin həllini bu işlərə düyünləmək və ictimai rəyi şərtləndirmək olmaz”.

İnqilabın rəhbəri daxili imkanların sonsuz və tükənməz olduğunu dedi: “Bir iqtisadi fəal, məsələn, bu gecə olduğu kimi gileylənirsə və narahatdırsa, əslində, bu həqiqəti çatdırır ki, ölkədə inkişaf imkanı var, sadəcə, maneələr aradan qaldırılmalıdır”.

Həzrət Ayətullah Xamenei qeyd olunan məsələ ilə bağlı bunları dedi: “İnşallah yalnız bir hissəsi istifadə edilmiş misilsiz imkanlardan istifadə etməklə və iqtisadi fəalların fəaliyyətləri sayəsində sanksiyaları təhdiddən fürsətə çevirəcəyik”.

İslam İnqilabının Rəhbəri çıxışının davamında qeyd etdi ki, əgər İran xalqı, ölkənin iqtisadi fəalları və alimləri daxili gücə söykənərək sanksiyaları təsirsiz etsələr, sanksiyanın subyekti də sanksiyaların davam etdirilməsindən əl çəkəcək. Çünki zərər görəcək.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, qarşı tərəf sanskiya siyasətindən əl çəksə də, biz daxili imkana əsaslanma siyasətini dəyişməməliyik: “Bəziləri gözləyirlər ki, əgər o tərəfin yolu açılsa, ölkə iqtisadiyyatının istiqamətini xaricə baxış səmtinə dəyişsinlər. Halbuki beləb bir baxış yanlışdır”.

O dedi: “Daxili imkana əsaslanma siyasətləri o qədər möhkəm və sarsılmazdır ki, sanksiyalar götürülmüş olsa da belə, bu siyasətlərə heç bir ziyan vurmayacaq”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, gənc qüvvə və ya mütəxəssislərin təbirincə desək, sosial pəncərə ölkənin mühüm məziyyətlərindəndir: “Bu gün ürəyimizdə bu fürsəti düşünmüşük. Əlbəttə, qarşıdan gələn iyirmi ilə qədər bu mühüm məziyyətdən isitfadə etmək imkanı mövcuddur. Əgər bu iyirmi ildə laqeydlik olsa, ölkə yaşlılıq müstəvisinə daxil olacaq və artıq heç bir iş görmək olmayacaq”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, doğulanların sayını artırmaq, habelə davamlı sərvət yaradılması zəruridir: “Tez-tez uşaq məsələsinə toxunmağımızın səbəbi də budur. Çünki bu məsələ diqqətdən kənarda qalacağı təqdirdə - təəssüflər olsun ki, uzun müddət buna diqqət göstərilməyib - iyirmi ildən sonra dəyişdirilməsi mümkün olmayan bir yola daxil olacağıq”.

O, çıxışının davamında iqtisadi fəallara, bütün xalqa, akademik elitaya, qeyri-dövlət ictimai təşkilatlara, mediaya və dövlət qurumlarına mühüm tövsiyələr ünvanladı.

İslam İnqilabının Rəhbəri başlanğıcda iqtisaid fəallara dedi: “Hüdudları da müəyyən edilmiş 44-cü maddənin əsas siyasətlərinin obyekti sizsiniz. Bu siyasətlər sizə həm hüquq, həm də vəzifə müəyyən edir”.

İslam İnqilabının Rəhbəri 44-cü maddənin siyasətlərinin iqtisadi ekspertlər tərəfindən təsdiq edilməsinə işarə edərək dedi: “Əlbəttə, bu siyasətlərin icrası zamanı onlara düzgün əməl edilmədi. Çünki bəzi müəssisələrin sui-istifadəçilərə həvalə edilməsi özəl sektorun güclənməsinə səbəb olmamaqla yanaşı, sayca az olan fərdlərin yanlış fəaliyyəti mühiti özəl sektorun sayı çox və sağlam olan fəalları üçün əlverişsiz etdi”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Özəl sektorun fəalları 44-cü maddənin siyasətlərinin imkanlarından istifadə edərək bir əməli proqram və yol xəritəsi ilə elm, layihələşdirmə və mühəndislik istehsalından məhsul və marketinq istehsalına qədər ixtisaslaşmış bir zəncir təşkil etsinlər”.

İnqilabın Rəhbəri qeyd etdi ki, 44-cü maddənin siyasətləri heç də o demək deyil ki, özəl sektor dövlət sektorunun yerinə keçməlidir: “Bu iki sektor bir-birinə kömək etməli, mane olmamalıdır. Məsələn, özəl sektor elə bir iş görə bilər ki, dövlət sektoru və qeyri-dövlət ictimai təşkilatlar özlərini özəl sektora rəqib bilməsinlər, o işə girməsinlər, əgər fəaliyyətləri də olsa, kənara çəkilsinlər”.

O əlavə etdi: “Təbii ki, dövlət sektoru iqtisadi fəaliyyətlərdən tamamilə çəkilməməlidir. Çünki elə işlər var ki, onu yalnız dövlət sektoru və ya qeyri-dövlət ictimai təşkilatlar görə bilər”.

O, ölkənin iqtisadiyyat sahəsindəki kooperativ sektorun arzuolunan bir hadisə olduğunu dedi: “Kooperativlərdə az sərmayə ilə geniş məşğulluq imkanları yaratmaq olar. Əgər yaradılmış bu məşğulluq imkanları şəbəkə şəklində bir-birlərinə birləşsə, ölkə iqtisadiyyatı üçün böyük imkanlar yaranacaq. Kooperasiya naziri də kooperativlər məsələsini ciddi şəkildə nəzarətdə saxlamalıdır”.

Daxili məhsullardan istifadə, kooperativlər və birja kimi istehsalçı investisiya yatırımlarında iştirak, cihad və kooperativ işi mədəniyyətinə rəvac verilməsi məsələləri İslam İnqilabının Rəhbərinin ictimaiyyətə ünvanladığı tövsiyələr oldu.

Həzrət Ayətullah Xamenei xüsusilə sel və zəlzələ kimi təbii fəlakətlər zamanı əhali arasında mövcud olan kooperasiya və əməkdaşlıq ruhiyyəsinə işarə edərək bütün işlərdə bu ruhiyyədən istifadə edilməsinin zəruri olduğunu dedi: “Əhali daxili istehsalata hörmətlə yanaşmalıdır. Əgər bu sahədə yanlış davranış varsa, ona nifrətlərini ifadə etsinlər, ancaq bunu tamamilə daxili istehsala şamil etməsinlər”.

O, nümunə üçün daxili istehsal sahəsində mövcud olan yanlış davranışlardan birinin xarici brenddən istifadə olduğunu dedi: “Bu cür hərəkət düzəlməlidir”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, elmi və akademik elitanın vəzifəsi iqtisadi problemlərin həllinə kömək etmək, elm və təcrübə mübadiləsi istiqamətində istehsal sahələri ilə əməkdaşlıq etməkdir: “Elitanın mühüm vəzifələrindən biri yaradıcı, təşəbbüskar, günün tələbinə uyğun işçi qüvvəsi yetişdirmək, habelə ölkənin bank və büdcə sistemində mövcud olan problemləri həll etmək üçün elmi tədbir görməkdir”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, dövlət qurumları universitetlərin elmi imkanından istifadə etməlidirlər: “İlin əvvəlində dörd ay fürsət verildi ki, ölkənin büdcə sistemi islah edilsin. Ancaq təəssüflər olsun ki, bu iş həyata keçirilmədi. Səbəbi də elmi düyünlərdir. Bu düyünlər universitetlər və akademik elitanın köməyi ilə aradan qaldırılacaq”.

Həzrət Ayəyutllah Xamenei davamında dövlət qurumlarına da tövsiyələr ünvanladı: “Hökumət qurumları biznes mühitinin sağlamlaşdırılması, maneə yaradan qanunların ortadan qaldırılması, yanlış fəaliyyətlərin islah edilməsi işlərini ciddi şəkildə davam etdirsinlər ki, ölkədə istehsal üçün əlverişli şərait yaransın”.

O vurğuladı: “Maliyyə, pul, bank, gömrük, büdcə və sosial təminat məsələləri ilə bağlı qanunlar istehsalın xeyrinə dəyişdirilməli, idxalat və spekülyasiya sıxışdırılmalıdır”.

İnqilabın Rəhbəri bildirdi ki, qanun-qaydaların dəyişdirilməsi İslam Şurası Məclisinin vəsifəsidir: “Əlbəttə, bu qanunların bəzisi dəyişdirilib və parlament tərəfindən təsdiq də edilib. Ancaq hələ icraya verilməyib”.

İstehsal sahəsinin əsas probleminin bank və gömrük məsələləri ilə bağlı olduğunu deyən Həzrət Ayətullah Xamenei hökumət və parlamentə bu problemləri həll etmək üçün ciddi tədbirlər görməyi tövsiyə etdi.

O, istehsalçılar tərəfindən bəzi xətaların baş verə biləcəyi ehtimalına işarə edərək dedi: “Bütün xətalar eyni səviyyədə deyil. Hər xətadan ötrü də nəzarət orqanlarını istehsalçının başına tökmək olmaz. Təbii ki, xəyanət məsələsi bu cür xətalardan istisnadır”.

İslam İnqilabının Rəhbəri məhkəmə orqanının başçısının bağlanmaq astanasında olan çoxlu sayda isehsal müəssisələrinin bağlanmasının qarşısının alınması ilə bağlı verdiyi məlumata işarə edərək bunun çox yaxşı bir addım olduğunu dedi.

Həzrət Ayətullah Xameneinin dövlət qurumlarına ünvanladığı başqa bir tövsiyə maliyyə və pul siyasətlərinin stabilliyinin zəruriliyi ilə bağlı oldu.

O, habelə xarici ölkələrlə olan iqtisadi və ticari mübadilələr təcrübəsinə işarə edərək dedi: “Bu təcrübə göstərir ki, xarici ölkələr, xüsusilə neft, neft-kimya və avtomobil sahəsi ilə bağlı olan əsas texnologiyanın İrana transfer edilməsini istəmirlər. Buna görə də dövlət qurumları bu texnologiyalara nail olmaq üçün daxili imkanlardan istifadə etməyə çalışmalıdırlar”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Heç bir kömək almadan kök hüceyrələrin nadir və mürəkkəb texnologiyasına və ya uranın 3,5%-dən 20%-ə qədər zənginləşdirilməsi texnologiyasına nail olmağı bacaran dəqiq fikir və düşüncə neft quyularından daha çox və daha yaxşı neft istehsal etmək texnologiyasına nail ola bilməzmi? Əlbəttə, bilər. Buna görə də bu əvəzolunmaz daxili imkandan istifadə etmək lazımdır”.

O, sanksiyaların elanından sonra xarici neft və avtoimobil şirkətlərinin sürətlə ölkəni tərk etməsinə işarə edərək dedi: “Həmin vaxt bəziləri buna kədərləndi. Ancaq kədərlənmək olmaz, əksinə, sevinmək lazım idi”.

İslam İnqilabının Rəhbəri avtomobil ehtiyat hissələri, neft sənayesi, ev əşyaları və texniki avadanlıqlar kimi sahələrdə fəaliyyət göstərən şirkətlərə işarə edərək dedi: “Bu imkandan istifadə etmək lazımdır. Daimi bir sərgi təşkil etməklə bu şirkətlər arasında qarşılıqlı əlaqə yaratmaq lazımdır”.

O, hərbi qurumların çox yüksək mühnədislik və texnoloji imkanlarının qeyri-hərbi qurumlara transfer edilməsinin zəruri olduğunu dedi: “Bir neçə il bundan əvvəl bir İsrail generealı demişdi ki, iranlılardan zəhləm gedir, ancaq onların hərbi tərəqqisi qarşısında baş əyirəm. Əlbəttə, o vaxtdan bu günə qədər çoxlu sayda daha mühüm və daha maraqlı nailiyyətlər əldə etmişik. Maksimum bir neçə metr xəta ilə iki min km. mənzillik ballistik raket bunlardan yalnız biridir”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Hərbi qurumların bu cür qürurverici nailiyyətlərlə nəticələnən mühəndislik və texnoloji imkanı avtomobil, neft, kosmos və digər sahələrdə də reallaşdırılmalıdır”.

Həzrət Ayətullah Xamenei ixracat və iqtisadi fəalların digər ölkələrdəki fəaliyyətinə dəstək verilməsinin də əhəmiyyətli olduğunu dedi: “Diplomatik imkandan istifadə etməklə qonşular və digər ölkələrlə yaxşı iqtisadi əlaqələr yarada bilərik”.

O, məsul şəxslərə beynəlxalq forumlarda daxili istehsaldan istifadə etməyi tövsiyə etdi: “Məsul şəxslər İran brendlərini, hərflərini və simvollarını təbliğ etməlidirlər. Ancaq bəziləri bunun əksini edirlər”.

İslam İnqilabının Rəhbəri dedi: “İllər öncə bizim bəzi məsul şəxslərdən gileyimiz bu idi ki, nə üçün avropalılarla söhbət edəndə avropalı bir mütəfəkkirin yüz il bundan əvvəl dediyi bir sözü deyirlər? Bu söz avropalılar üçün təzə deyil və dəyəri də yoxdur. Amma bizim sözlərimiz təzə və eşidilməmişdir. Onları demək lazımdır”.

Həzrət Ayətullah Xamenei çıxşının davamında özəl və kooperativ sektorun neft və qaz sahəsində hərtərəfli iştirakının zəruri olduğunu dedi: “Son günlər parlamentin neft və qaz emalı sənayesi sahəsi ilə bağlı qəbul etdiyi qanun kimi bəzi qanunlar nizamnamələrlə şərtlənir. Halbuki bu işlər sürətlə həyata keçirilməlidir ki, istehsal fəaliyyətləri sürətlənsin”.

İslam İnqilabının Rəhbəri çıxşının davamında KİV-ləri istehsalçıların uğurlarını geniş və uyğun şəkildə əks etdirməyə çağırdı: “Media, təbii ki, ürək yanğısından bəzi problemləri işıqlandırır. Eybi də yoxdur. Məsul şəxslər televizorda görsələr, problemlərin harada olduğunu başa düşərlər. Ancaq bununla yanaşı, ayrı-ayrı istehsal sahələrinin uğurlarını da insanlara, xüsusilə gənclərə çatdırmaq, imkanları tanıtdırmaqla, istehsal fəaliyyətində maraqlı olanlar iqtisadi fəalların tələblərini də izləsinlər ki, məsul şəxslər onlara diqqət yetirsinlər”.

O, habelə bildirdi ki, daxili məhsulların təbliğat tarifləri ilə xarici məhsulların təbliğat tariflərinin fərqləndirilməsi də zəruridir: “Bu sahədə elə davranmaq lazımdır ki, iqtisadi fəallar öz brendlərini təbliğ edə bilsinlər”.

Həzrət Ayətullah Xamenei çıxşının sonunda İran xalqına, İnqilabın dost və düşmənlərinə səslənərək dedi: “İran xalqı hərbi, siyasi və təhlükəsizlik müharibəsində (Bu son günlərdə olanlar kimi. Onlar xalqın işi deyildi) düşməni geri oturdub. Allahın lütfü ilə iqtisadi müharibədə də düşməni qəti şəkildə geri oturdacaq. O, istehsalın daha da yaxşılaşdırılması və iqtisadi inkişaf yolundakı indiki hərəkətini davam etdirməklə öz işıqlı gələcəyini reallaşdıracaq”.

İstehsalın daha da yaxşılaşdırılması ilinə təsadüf edən bu görüşün əvvəlində sahibkarlar, milli istehsal və iqtisadiyyat sahəsinin fəallarının bir qrupu öz görüş və narahatlıqlarını bildirdilər:

İran Kooperasiya Palatasının rəhbəri Bəhmən Abdullahı

Neft sənayesi təchizatlarının istehsalçı Sirus Talari

Müxtəlif polimer tərkiblərin istehsalçısı Səid Zəkayi

İran Ofis Maşınları Sənayesinin istehsalçısı Babək Səqəfi

Ayaqqabı və müxtəlif növ süni dəri məmulatlarının istehsalçısı Məhəmməd Ərəb

Akvarium balıqlarının yetişdiricisi Hüseyn Yusifi

Bioloji dərmanların istehsalçısı Əmir Fərşçi

Qızıl və zinət əşyaları sənayesi üzrə fəal Əlirza Hüseyn Əhədi

Dəniz Təsisatlarının Kəşfi və İstehsalı Təşkilatının idarə heyətinin üzvü Seyid Məhəmmədhüseyn Dana

Bəluc iynə tikişi sənayesi üzrə istehsalçı və ixracatçı xanım Şəhin Şəhrəki

Çıxşıçıların çıxışları aşağıdakı mövzuları əhatə edirdi:

- İqtisadi siyasətlərin həyata keçirilməsi üçün lazım olan əsas vasitə kimi kooporasiya mədəniyyətinə inam zərurəti

- Ümumi ehtiyacların təmin edilməsi üçün distributor kooperativ şəbəkələrin tənzimlənməsi

- Milli iqtisadiyyatda kooperasiyanın 25% imkanına nail olmaq üçün səy göstərilməsi zərurəti

- Neft sənayesi təchizatlarının istehsalçılarının İnqilabdan əvvəlki dövrün mütləq asılılığından 85%-dən artıq istehsal və layihələşdirmək gücünə malik olacaq dərəcədə heyrətamiz yüksəlişi

- Makroiqtisadi qərarların qəbul edilməsində özəl sektorun iştirakının zəruriliyi

- İstehsalı və ixracatı yubadan bir çox qanun və qərarların islah edilməsinin vacibliyi

- Elmsizlikləri ucbatından ixracat fəaliyyətlərinin sürətini azaldan və dayandıran fərdlərin tənbeh edilməsi zərurəti

- Ölkənin sənaye strategiyasının proqramlaşdırılması və həyata keçirilməsi, ixracat hədəfi olan ölkələrdə milli brendlərin inkişaf etdirilməsi zərurəti

- Elitanın qarşısını almaq məqsədilə əsas sənaye kimi, xüsusilə elektronika sənayesinə investisiya yatırımı edilməsi zərurəti

- Ölkəni sanksiya xəsarətlərindən daha çox uzaq tutmaq və digər sənaye sahələrinin inkişafına zəmin yaratmaq

- 3 il müddətinə ev əşyalarının istehsalçılarının rəqabət valyutası ilə təmin edilməsi təklifi

- Birja tşkilatının ev ləvazimatları sənayesinin idxalı və maliyyə vasitələrinin istifadə təchizatına dəstək verməsinin vacibliyi

- Ölkəni Qərbi Asiyada ayaqqabı ixracatı səkisinə çevirmək üçün ayaqqabı sənayesinin imkanını genişləndirmək

- Su sənayesini inkişaf etdirmək və daha da yaxşılaşdırmaq üçün ölkənin beş min km-lik sahil imkanlarına baxış

- Əczaçılıq biotexnologiyasında İranın üstün mövqeyindən daha çox istifadə zərurəti

- Qızıl və zinət əşyaları sənayesinin regionda artefaktların ixracatı üzrə ikinci pilləyə yüksəlməyi qarşısına məqsəd qoyması

- Ölkənin əsas qurumlarından İranın kəşflər və neft istehsalı şirkətlərinin böyük layihələrinə dəstək verilməsinin istənilməsi

- Yerli işçi qüvvələrdən istifadə etməklə ölkənin bütün nöqtələrində kustar sənayenin inkişaf etdirilməsi vasitəsilə stabil məşğulluq yaradılması

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /