Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

ABŞ-la müzakirənin heç bir nəticəsi yoxdur

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei 13 aban beynəlxalq imperializmlə mübarizə günü ərəfəsində bu gün (bazar günü) səhər respublikasının dörd bir tərəfindən gəlmiş minlərlə tələbə və şagirdlə görüşündə güclü, yüksək əhval-ruhiyyəli və motivasiyalı gənc nəslin İran üçün böyük bir nemət və qiymətli bir xəzinə olduğunu dedi və 1332-ci il çevrilişindən bu günə qədər ABŞ-ın İran xalqı ilə olan dərin düşmənçiliyinin davam etdiyini vurğuladı: “Canavar xislətli ABŞ zəifləsə də, daha vəhşi və həyasız olub. Əvəzində isə İran İslam Respublikası qüdrətli müdafiəsi ilə, habelə müzakirələrdən ağlabatan arqumentlərlə imtina etməklə ABŞ-ın ölkəyə təkrar nüfuz və giriş yoluna sədd çəkmişdir”.

İslam İnqilabının Rəhbəri habelə istehsalın daha da yaxşılaşdırılmasının əhalinin iqtisadi problemlərinin, o cümlədən bahalıq, inflyasiya və milli valyutanın qiymətinin azalması kimi problemlərin həlli açarı olduğunu dedi: “Əbəs yerə bir müddət HBFP-ni gözlədiyimiz kimi, indi də avropalıların tədbirlərini və hər hansısa digər məsələləri gözləməməliyik, əksinə, daxili imkanlara əsaslanmalı və istehsalın çiçəkləndirilməsi üçün çalışmalıyıq”.

Həzrət Ayətullah Xamenei 1332-ci il 28 mordad çevrilişinin Böyük Şeytanın İran xalqına qarşı düşmənçiliyinin başlanğıcı olduğunu dedi: “Amerikalılar həmin böhranla hətta onlara etimad edən Müsəddiq dövlətinə də rəhm etmədilər, milli hökuməti tənəzzülə uğradıb yerinə asılı, korrupsioner və diktator hökumət gətirdilər. Bu şəkildə İran xalqına qarşı mümkün olan ən böyük düşmənçiliyi etdilər”.

O əlavə etdi: “Çevriliş nəticəsində devrilmiş dövlət, əslində, Böyük Şeytana etimadın kötəyini yedi və amerikalılar pəhləvi rejimi vasitəsilə silahlı qüvvələr, neft, siyasət, iqtisadiyyat, bir sözlə, ölkənin bütün sahələrinə tam nəzarəti ələ keçirdilər”.

İnqilabın Rəhbəri qeyd etdi ki, bəziləri, o cümlədən amerikalılar tarixi təhrif etməklə ABŞ-ın İrana qarşı düşməçiliyə başlamasını casus yuvasının ələ keçirilməsi hadisəsi ilə əlaqələndirməyə çalışırlar: “Amerikalılar İranla olan əlaqələrin ilk günündən üzdə dostcasına görünən layihələrlə daxildə İran xalqı ilə düşmənçilik edirdilər. Bu düşmənçilik 28 mordad çevrilişi ilə üzə çıxdı. Bu mərhələ ABŞ-ın İranla olan açıq düşmənçiliyinin başlanğıcı oldu”.

O bildirid ki, 1332-ci il mordad çevrilişi xalqın əksər hissəsinin ayılmasına səbəb oldu: “On il sonra, yəni 1342-ci ildə İslam və xalq mübarizələri başladıqda İmam Xomeyni xalqın həqiqi və içdən gələn mövqeyini dərk edərək bildirdi ki, bu gün İran xalqının düşüncəsində ABŞ prezidentindən daha mənfur bir adam yoxdur”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, ABŞ həmin vaxtdan bu günə qədər heç dəyişməmişdir: “Eyni çirkinlik, canavar xisləti, beynəlxalq diktatura yeratmağa çalışmaq, sonsuz hökmranlıq istəyi bu gün də ABŞ-da var, sadəcə, bunlar daha çox vəhşi və həyasızcasınadır”.

O, ABŞ-dan asılı olan diktatura rejimin hakimiyyət başında olduğu vaxtda İranda hökm sürən təzyiq və boğucu vaxta işarə edərək dedi: “İslam İnqilabı, əsasən, ABŞ və asılı rejimə qarşı idi. Xalq İmam Xomeyninin rəhbərliyi altında çürük və asılı şahlıq rejiminin hakimiyyətinə son qoyub İslam Respublikasını hakimiyyət başına gətirdi”.

İnqilabın Rəhbəri amerikalıların keçən 41 il ərzindəki bəzi addımlarına, o cümlədən çevriliş, sanksiya, etnik təhriklər, separatçılıq, xaos, iqtisadi mühasirə, nüfuz və sair kimi metodlarına işarə edərək dedi: “Onlar bu müddət ərzində İnqilabdan, xüsusilə İslam Respublikası prinsipindən qaynaqlanan institutlara qarşı bilib, bacardıqları nə var idisə planlaşdırıb həyata keçirdilər. Təbii ki, biz də qarşılığında nəyi bacardıqsa, etdik və bir çox hallarda onları rinqin küncünə sıxışdırdıq”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, amerikalıların İrana təkrar siyasi nüfuzu və hökmranlıq imkanının yolunu kəsmək İslam Respublikasının Vaşinqton hakimlərinin məkrli planlarına qarşı ən mühüm cavabdır: “ABŞ-la müzakirədən imtina etmək onların əziz İrana giriş yolunu bağlamaq üçün ən mühüm vasitələrdən biridir”.

O dedi ki, İslam Respublikasının amerikalılarla düşmənçiliyinin əsasında möhkəm məntiq dayanır: “Bu rasional metod amerikalıların təkrar nüfuz yolunu bağlayır. İranın həqiqi əzəmətini və iqtidarını dünyaya sübut edir, qarşı tərəfin dünyadakı boş əzəmətini süquta uğradır”.

Həzrət Ayətullah Xamenei ABŞ-ın təkəbbürü və imperialist xarakterinə işarə edərək dedi: “Dövlət rəhbərləri ilə müzakirəni onlara minnət qoyan amerikalılar uzun illərdir ki, İran rəhbərləri ilə danışqlar aparmaq üçün israr göstərirlər, ancaq İslam Respublikası imtina edir. Bunu da qəbul etmək xalqın düşmənlərinə çox ağır gəlir. İran dünyaya sübut edib ki, dünyada ABŞ-ın beynəlxalq diktaturasını və qəsbkar iqtidarını qəbul etməyən və hərbə-zorbaya boyun əyəməyən bir dövlət var”.

İnqilabın Rəhbəri ABŞ-la müzakirənin, həqiqətən, nəticəsiz olduğunu vurğuladı: “ABŞ-la müzakirənin problemləri həll edəcəyini düşünən bəzi adamlar yüz faiz səhv edirlər. Amerikalılarla danışığın heç bir nəticəsi olmayacaq. Çünki onların heç bir imtiyaz verməyəcəkləri dəqiqdir”.

O bu həqiqətə aydınlıq gətirərək bildirdi ki, iranlı rəsmilərin danışıqlar masasına əyləşdirilməsi İslam Respublikasının diz çökürdülməsi kimi qələmə vermək məqsədi daşıyır. Danışıqların baş tutmasına israr göstərməkdə məqsədləri dünyaya maksimum təzyiq və sanksiyaların nəticə verdiyini və iranlıların diz çökürdüldüyünü deməyə nail olmaqdır.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Əgər İslam Respublikasının rəhbərləri sadəlövhlük göstərib danışqılara getsəydilər, təzyiq və sanksiyalardan heç nə azalmazdı, əksinə, amerikalıların yeni təzyiq və təvəqqelərinin rəsmiləşməsinə yol açılardı”.

İnqilabın Rəhbəri İranın raket müdafiə gücünü sıradan çıxarmaq və ya məhdudlaşdırmaq üçün ABŞ-ın göstərdiyi nəticəsiz səylərə işarə edərək dedi: “Bu gün Allahın lütfü və gənclərin əzmkarlığı sayəsində yalnız 1 metr xəta ilə iki min km. mənzillik dəqiq raketlərə malikik”.

O dedi: “Əgər danışıqlara getsəydik, amerikalılar raketlər məsələsini ortaya atacaqdılar. Məsələn, deyəcəkdilər ki, İran raketləri maksimum 15 km mənzillik olsun. Əgər bizim rəsmilər də bunu qəbul etsəydilər, ölkənin atası yanardı, əgər qəbul etməsəydilər, eyni aş, eyni kasa təkrarlanacaqdı”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, Kuba və Şimali Koreyanın ABŞ-la olan nəticəsiz müzakirələri kimi təcrübələrdən dərs çıxarmaq lazımdır: “ABŞ və Şimali Koreya rəhbərliyi bir-birlərinə “qarşılıqlı qurban olum”lar da dedilər. Ancaq sonda amerikalılar öz müzakirə adətlərinə sadiq qalaraq sanksiyaları bir qram da azaltmayıb heç bir imtiyaz vermədilər”.

O, Fransanın vasitəçilik etmək üçün göstərdiyi israra işarə edərək dedi: “Fransa prezidenti Trampla bir görüşün İranın bütün problemlərini həll edəcəyini hesab edirdi. Deməliyik ki, bu adam ya çox sadədir, ya da ABŞ-ın həmdəmidir”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Son günlər də, baxmayaraq ki, bilirdik, ancaq sınamaq məqsədilə və məsələ hər kəsə aydın olsun deyə dedim ki, amerikalıların HBFP-dən çıxmaqla səhvə yol verməsinə rəğmən, bütün sanksiyaları götürəcəklərsə, HBFP-də iştirak edə bilərlər. Baxmayaraq ki, qəbul etməyəcəklərini bilirdim. Məhz belə də oldu”.

O, ABŞ-ın Irandan istək və təvəqqelərinin sərhədləri harada bitir? – deyə bir sual ünvanlayaraq dedi: “Onlar indi deyirlər ki, regionda aktiv olmayın, müqavimət cəbhəsinə kömək etməyin, bəzi ölkələrdə olmayın, müdafiə imkanlarınızı və raket istehsalını dayandırın. Bundan sonra deyəcəklər ki, dini qanun və qaydalardan imtina edin, İslam hicabı məsələsində də israrlı olmayın. Bu minvalla ABŞ-ın istəkləri heç vaxt bitməyəcək”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Mən bir neçə il bundan qabaq elə bu hüseyniyədə hökumət rəhbərləri ilə görüşdə dedim ki, ABŞ-ın dayanacağı, artıq yeni bir təvəqqe etməyəcəyi hədd hansıdır? ABŞ-ın təvəqqelərinin sonu yoxdur”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, amerikalılar İranı İnqilabdan əvvəlki şəraitə qaytarmaq niyyətindədirlər: “İslam İnqilabı bu sözlərdən daha möhkəmdir. İslam Respublikasının polad iradəsi və möhkəm əzmkarlığı ABŞ-ın bu cür hiylələrlə yenidən İrana qayıtmasına icazə verməyəcək”.

O çıxışının davamında ölkənin daxili məsələləri və istehsalın çiçəkləndirilməsi məsələsinə işarə edərək dedi: “Keçən ilin şüarının elanından səkkiz ay keçir. Təbii ki, bu səkkiz ay ərzində bəzi yaxşı işlər görülüb, amma elə sahələr də var ki, onlarda daha böyük işlərin görülməsinə ehtiyac var”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, ölkənin iqtisadi problemlərinin həlli açarı istehsalın daha da yaxşılaşdırılmasındadır: “Mən iqtisadçı deyiləm, ancaq iqtisadçılar ictiamiyyət qarşısındakı çıxışları və açıqlamalarında ilin şüarını təsdiq etdilər. Çünki məşğulluq, milli sərvət, ümumi rifah, hətta elmi inkişaf istehsalın yaxşılaşdırılması ilə meydana gələcək”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Xalqın sıxıntılarının azaldılması, bahalıq, inflyasiya, milli pulun qiymətinin aşağı düşməsi kimi problemlər yalnız milli istehsal məsələsinə diqqət əsasında mümkün olacaq”.

O, bir müddət bundan əvvəl Sənaye nazirinin harada bir sənaye vahidi işini dayandırmaq həddinə gələrsə, köməyinə gedirik, - məzmunlu açıqlamasına işarə edərək dedi: “Bu söz böyük və sevindiricidir. İndi bu sözün üstündə durmaq lazımdır. Digər məsul şəxslər də bu cür işləməlidirlər”.

Həzrət Ayətullah Xamenei “xariciləri gözləmək” strategiyasını tənqid edərək dedi: “Bir müddət HBFP-nını gözlədik. Bir müddət də ABŞ prezidentinin üç aylıq möhlətlərin uzadılması ilə bağlı göstərişini gözlədik. Təəssüflər olsun ki, o da HBFP-də qaldı. Bir müddət də Fransa prezidenti və fransızları gözləyək. Halbuki bu gözləmələr investorlar və iqtisadi fəalların işini saxlayır, ölkəni durğunluq və geriliyə sürükləyir”.

O vurğuladı: “Bu gözləmələri boşlayın. Təbii ki, əlaqələrin tərk edilməsini demirik, dediyimiz odur ki, xaricilərə yox, yalnız daxilə ümid bağlayın”.

Həzrət Ayətullah Xamenei əyalət rəhbərlərindən birinin bir neçə ay ərzində bir əyalətdə 90 trilyon tümənlik bir müqavilə bağlanması ilə bağlı dediyi sözlərə işarə edərək dedi: “Bu, əyalətlərin saysız-hesabsız imkanlarının kiçik bir hissəsidir. Bu imkanlar üzərində mərkəzləşib onları diqqət mərkəzində saxlamaq lazımdır”.

O qeyd etdi ki, istehsalın daha da yaxşılaşdırılması yollarından biri də budur ki, daxili istehsalı olan məhsulların idxalının qarşısı alınmalıdır: “Bəzi adamlar var ki, onların küləklə gəlmiş həyat və sərvətləri idxalatdan asılıdır. Ancaq artıq və sistemsiz idxalat istehsalın məhvinə və gənclərin işsiz qalmasına səbəb olacaq. Buna görə də bu problemlərin əsl əlacı ondadır ki, hökumət və məclis elan edilmiş doğru siyasətlərin icrası və həyata keçirilməsi ilə bağlı proqram işləyib.

Həzrət Ayətullah Xamenei çıxışının başqa bir yerində gənc nəslin bəzi xüsusiyyətlərini, o cümlədən öz vəziflərini yerinə yetirməkdə malik olduqları motivasiya, enerji və hazırlıqlarını yüksək qiymətləndirərək dedi: “Ölkənin, sözün həqiqi mənasında bu nəslə ehtiyacı var. Çünki məsuliyyət hissi və doğru yolda addımlayaraq İranı düzəldib inkişaf etdirənlər bu dindar gənclər olacaq”.

O, gənc nəsil artımının məhdudlaşdırılması məsələsinə toxunaraq dedi: “Bu cür təhlükəli addımların nəticəsi iyirmi ildən sonra bilinəcək və İran artıq gənc nəsil çolxuğuna malik olmayacaq”.

İnqilabın Rəhbəri ölkənin məsul şəxslərinin mövcud problemlərin ortadan qaldırılması və nəslin məhdudlşadırılması prosesinə qarşı mübarizə məsələsi ilə bağlı fikirlərinə işarə edərək dedi: “Bu məsələyə ciddi yanaşılmalıdır”.

Həzrət Ayətullah Xamenei çıxışının sonunda dedi: “Ölkənin potensial və imkanları həddən artıq çoxdur. İslam Respublikası Allahın lütfü ilə düşmənlərin acığına bütün problemlərdən başıuca və alnıaçıq çıxacaq”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /