İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər iki min elit gənc və yüksək elmi istedadı olan insanla görüşdə qeyd etdi ki, ölkənin elmi inkişafının dünyanın çox sürətlə cərəyan edən elmi hərəkətindəki iştirakı zəruridir. O, çox böyük şövqün olduğuna işarə edərək elit gənclərin özünə güvəni və təqdirəlayiq motivasiyası olduğunu vurğuladı: “Hər bir elit gənc bizim əziz İranın bədəninin bir parçasıdır. Elitaların problemlərini aradan qaldırmaq üçün elitalarla iş üzrə strateji sənəd tam ciddi şəkildə icra edilməlidir”.
Həzrət Ayətullah Xamenei elitalardan 12 nəfərinin bu görüşdə qeyd etdiyi məsələlərin, habelə elit gənclərin ölkənin mühüm məsələlərini düşünməsinin çox yaxşı və zövqverici bir məsələ olduğunu dedi. Sonra o, elitaların tələb və təkliflərinin aid olduğu aidiyyatı qurumlara səslənərək dedi: “Ölkədə başlamış elmi hərəkətin davamlılığına ehtiyac var. Təbii ki, nano və biotexnologiya kimi bəzi yeni yaranmış sahələrdə İranın yüksək elmi pillələrdə qərarlaşması çox qürurvericidir. Amma bu, qətiyyən kifayət etmir və bizi qane etməməlidir; elmi inkişaf sürətlə davam etməlidir”.
O, ötən gün elm əsaslı şirkətlərin sərgisindəki iştirakından söz açaraq mütəxəssis gənclərin söz və əməl müstəvisindəki motivasiyası, özünə güvəni və inamının ölkədəki elmi cərəyanın davamlılığının sevinc və fərəh bəxş edən bir əlaməti olduğunu dedi: “Bu gənclər ölkənin elm əsaslı dörd min şirkətindən yalnız otuzunun elitaları idi. Bu say məhdud və bəlli bir müddət ərzində bir neçə dəfə artmalıdır”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, bu məqsədin reallaşması üçün elm əsaslı şirkətlərlə bağlı qanuni infrastrukturlaırn yaradılması və onların qarşısında duran maneələr aradan qaldırılmalıdır: “Dəfələrlə vurğulamışam ki, marketinq mühiti islah edilməlidir. Məsələn, bir həftə ərzində verilməli olan lisenziya üçün altı ay vaxt sərf edilməməlidir, yalnış paralellər ixtisar edilməli və manapoliya ortadan qaldırılmalıdır”.
İslam İnqilabının Rəhbəri gənc elitalara üzünü tutaraq bir neçə məsələni qeyd etdi:
Həzrət Ayətullah Xameneinin vurğuladığı birinci məsələ “Elitalarla iş üzrə strateji sənədin ciddi şəkildə icrası və həyata keçirilməsi” ilə bağlı oldu.
O bildirdi ki, bu sənədin tam icrası elmi inkişaf, elmi və texniki məhsulların kommersiyalaşdırılması sahəsində mövcud olan bir çox problemlərin ortadan qalxmasına, elmi sahənin digər problemlərinin həllinə səbəb olacaq: “Elitalar Fondu bu sənədlə məşğul olmalı, Mədəni İnqilab Ali Şurası da bu sənədi yeniləndirməklə onun reallaşmasını tələb etməli və izləməlidir”.
Həzrət Ayətullah Xameneinin elit gənclərə növbəti tövsiyəsi bu oldu: “Ölkənin elmi sıçrayışını inkar edən bədxah cərəyanın mənfi təlqinlərindən məyus omamaq lazımdır”.
O əlavə etdi: “Bədxah bir cərəyan, təəssflər olsun ki, universitetlərin daxilində də var. Bu cərəyan ölkənin aşkar gerçəklik olan elmi sıçrayış həqiqətini inkar etməklə, habelə heç bir mühüm elmi hadisə baş vermədiyini təlqin etməklə insanlarda tərəddüd yaratmağa və elitaları ümidsizliyə sürükləməyə çalışırlar. Ancaq siz bu cərəyanın qarşısında əsla məyus olmayın”.
İslam İnqilabının Rəhbəri qeyd etdi ki, bu cərəyanın çirkin işlərindən biri də dəllallıq etmək və istedadlı elitaları ölkə xaricinə göndərməkdir: “Elit gənc İrana məxsusdur və ölkənin bədəninin parçasıdır. Ancaq onlar elit gənci ruhdan salmaq, onu pul və ya qeyri-pül vədləri və xülyalarla aldatmağa çalışırlar. Səhiyyə və elmlər nazirlikləri universitetləri bu cərəyandan qorumaq məsuliyyəti daşıyırlar”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu cərəyanın təlqinlərinin əksinə olaraq ölkənin yüksək vəzifəli şəxsləri problemlərdən və mənfi xəbərlərdən xəbərdardırlar. Amma ölkənin elmi cərəyanının müsbət tərəfləri onun mənfi tərəflərinə mütləq qalib gələcək”.
O bildirdi ki, İslam İnqilabının bacarığı ondadır ki, kişi və qadınlara, qoca və gənclərə çətin meydanlara, o cümlədən hətta düşmənlərin də tərifinə səbəb olan elmi meydanlara girmək cürəti verdi. O, ölkənin elmi nailiyyətlərinin bir neçəsinə işarə edərək dedi: “Ölkənin ayrı-ayrı sahələrində elmi imkandan istifadə müdafiə gücünün artırılması, mütərəqqi müalicə və təbabət, xəstələrə nəzarət, mühəndisliyin texniki məsələləri, biotexnologiya, nanotexnologiya ilə davamlı məhsulların istehsalı və sülh məqsədi daşıyan nivə texnologiyası ilə nticələnmişdir”.
Həzrət Ayətullah Xamenei dedi: “Bu aşkar nailiyyətlərin olmasına baxmayaraq, bəzi fərdlər ölkənin elmi hərəkətini pozur, inkar edir, bacarsalar qarşısında maneə yaradırlar”.
O əlavə etdi: “Əlbəttə, bu maneələr ortadan qaldırılmalıdır. Bu məsələdə məsuliyyət aidiyyatı mərkəzlərin üzərindədir. Ancaq siz əziz gənclər bu təxribatçı cərəyanın əksinə olaraq öz şövqlü, daha böyük və dayanmaz hərəkətinizə davam etməlisiniz”.
İslam İnqilabının Rəhbəri qeyd etdi ki, bütün elita qurumları, o cümlədən Elitlar Fondunda humanitar elmlərə diqqət zəruridir: “İranlı gənc elita mühəndislik sahəsində dünya səviyyəsində iş görür, çox mürəkkəb qurğuların düzəldilməsində çox mühüm işlər görür. Təbii ki, onun iqtisadiyyat, hüquq, idarəetmə, iqtisadi və sosial problemlərin həlli yolunun təqdim edilməsi kimi sahələrdəki iştirakı effektiv və həlledici olacaq”.
O, bəzi iqtisadi problemlərin elmi tədqiqat çatışmazlığından qaynaqlandığını dedi: “Elit insanların elm və biliyi sayəsində bu problemlərin həll etmək üçün yaxşı həll yolları tapmaq olar”.
Həzrət Ayətullah Xamenei vurğuladı ki, ölkənin çox qiymətli elmi xəritəsinin tam icrası vacibdir: “Gənc elitaların humanitar elmlər sahəsindəki iştirakı ölkənin elmi bədəninin uyğun şəkildə inkişafına səbəb olur. Yəni bir sahə fövqəladə şəkildə güclü, digər sahə isə zəif və cansız olmur”.
İnqilabın Rəhbəri bildirdi ki, elmin doğru humanist mədəniyyətlə müşayiət olunması bəşəriyyətin elm və biliyin həqiqi mənfəətlərindən istifadəsinə zəmin yaradacaq: “Çox mühüm və faydalı olan nüvə elminin yanlış hegemon mədəniyyəti ilə müşayiət olunması atom bombasının istehsalı, dünya və bəşəriyyətin təhdid edilməsi ilə nəticələndi”.
Həzrət Ayətullah Xamenei İslam Respublikasının atom bombasından istifadə edilməsinin dini cəhətdən haram olması məsələsindəki qətiyyətli və cəsarətli mövqeyini vurğulayaraq dedi: “Biz bu yolda addım ata biləcəyimiz halda, əziz İslamın hökmünə əsasən, bu silahın istifadəsinin şəriət baxımından qeyd-şərtsiz haram olduğunu elan etdik. Buna görə də istifadəsi mütləq şəkildə haram olan bir silahın istehsalı və saxlanması üçün xərc çəkməyə heç bir dəlil yoxdur”.
O, milli əsaslar və milli şərəfə bağlı olmağın elita təşkilatlarının iki vacib şərti olduğunu dedi: “İranlı alim İslam və İran mədəniyyəti ilə çulğalaşdıqda xalqın həyatının strateji komponentinə çevrilmiş olur, ölkəyə ruh və güc bəxş edir”.
O, elmlə doğru mədəniyyətin birlikdə olmasının zəruriliyi məsələsinə belə əlavə etdi: “Biz şagirdlik edib öyrənməkdən qətiyyən utanmırıq, ancaq universitetlərimizin yenidən əvvəlki kimi yanlış qərb mədəniyyətinə malik amerikan universitetlərini yaratmasını istəmirik”.
İnqilabın Rəhbəri kök hüceyrələr, nano, bio və nüvə texnologiyası sahələrində çalışan fəal təşkilatların İran-İslam mühitindən məmnun olduğunu qeyd etdi və bildirdi ki, bu sahələrin fəal elitaları elmi işi bir növ cihad hesab edirlər. Bu təfəkkür və baxışa bütün akademik mühitlərdə ehtiyac var.
Həzrət Ayətullah Xamenei çıxışının bu hissəsini yekunlaşdırarkən dedi: “Bizim şəraitimiz başqalarının şəraitindən fərqləni. Biz iranlı kimi düşünməli və iranlı kimi yaşamalıyıq. Mütərəqqi İslam-İran meyarının icrası və ona riayət etmək bu məqsədə çatmaqda kömək edə bilər”.
O qeyd etdi ki, Qərb universitetlərinin mədəniyyətini təqlid etmək elmi innovasiya və təşəbbüslərin məhvinə səbəb olur: “Başqalarını təqlid həqiqi elmi intibah və əhval-ruhiyyəni də məhv edir”.
İslam İnqilabının Rəhbəri altıncı məsələyə aydınlıq gətirərkən elit cəmiyyəti ümumi diplomatiya sahəsində rol ifa etməyə çağırdı.
O, böyük mədəniyyəti olan İran elitalarının, yəni əsrlərlə geniş bir ərazini əhatə edən İran mədəniyyətinə daxil olan elitalarının toplanmasının elitalar cəmiyyətinin gələcək potensiallarından olduğunu dedi: “Qərbi-Asiya regionunun, İslam dünyası və müqavimət xəttinin elitalarının əlaqələndirilməsi və toplanması, hətta bütün ölkələrdə, o cümlədən ABŞ və Avropada olan haqq-həqiqət axtaran elitaların toplanması pak və şərafətli elmin, dürüst düşüncənin bir növ təqdimi və yayılmasının institulaşdırılmasına səbəb ola bilər”.
Həzrət Ayətullah Xamenei İslam İnqilabından qaynaqlanan üçüncü yolun bütün dünyaya təqdim edilməsində yol verilən bəzi səhlənkarlıqları tənqid edərək dedi: “Bizim yolmuz nə sosializmdir, nə də liberal demokratiyaya əsaslanır. Biz İslamın bərəkəti sayəsində xalqla üçüncü bir yol təqdim etmişik. Biz əvvəlkindən daha çox öz məntiqi açıqlamalarımız və əməlimizlə qəlbləri bəşəriyyət üçün faydalı olan bu üçüncü yola cəzb etməli, xalqları Qərbin dekedant mədəniyyətinin artmaqda olan təsirindən xilas etməliyik”.
İnqilabın Rəhbəri iki min nəfər elit gəncin qarşısında etdiyi çıxışın son hissəsində ümidin yaradılması və yayılmasının zəruri olduğunu vurğuladı: “Elitlər, ustadlar, və elmi hərəkətin öndərləri ölkənin elmi inkişafı ilə bağlı yaranmış ümidin sönməsinə imkan verməməlidirlər”.
O dedi: “Ölkədə müxəlif problemlər mövcuddur. Ancaq bu problemləri davamlı uğurları nəzərə almadan birtərəfli mühakimə etmək və buna yas tutub ağlamaq olmaz. Çünki belə olan halda gənclərin qəlbindəki ümid işığı zəifləməyə başalayır”.
İslam İnqilabının Rəhbəri bildirdi ki, böyük uğurlara diqqət və onların çatdırılması elitlərin gənc nəsil qarşısındakı vəzifələrindəndir: “İranlı istedadı İnqilabdan sonra yaranmamışdır. Bu, Allahın bəxş etdiyi və hər zaman olmuş bir nemətidir. Sadəcə, İnqilab bu istedadlara meydan verməklə İranı durğunluqdan, gerilikdən və asılılıqdan çıxarıb müstəqil, inkişaf etməkdə olan, çoxlu uğurları olan bir ölkəyə çevirdi. Bu həqiqətlərə tam diqqət ayrılmalıdır”.
O bildirdi ki, universitetlərin son qırx ildəki elmi nailiyyətləri ilə İnqilabdan əvvəlki vaxtların müqayisəsinin nəticələri heyrətamizdir: “Bu böyük hərəkət təbii ki, yolun başlanğıcıdır. Ancaq Allahın lütfü, elitlərin və gənclərin səyi ilə zirvəyə yüksələcək. İranlı gənc gələcəyə bu baxışla baxmalıdır”.
Təvəkkül, təqva və mənəviyyatın həqiqi və artmaqda olan ümidin əsas sərmayəsi olduğunu deyən Həzrət Ayətullah Xamenei elit gənclərə tövsiyə verdi: “Bacardığınız qədər pak qəllərinizi daha da pak edin, söz və əməldə Allahı diqqət mərkəzində saxlayın. Belə olan halda Allahın daim inkişafa yardım və köməklik etdiyini hiss və dərk edəcəksiniz”.
İnqilabın Rəhbəri çıxışının sonunda bir neçə il bundan qabaq dediyi sözləri təkrar xatırlatdı: “Demişik ki, elə inkişaf etməliyik ki, 50 ildən sonra dünyanın hər bir yerində hər kim və ya hər hansı elit elmi yenilikləri öyrənmək istədikdə fars dilini öyrənmək məcburiyyətində qalsın. Bu məqsədin reallaşması mütləq iranlı zəkası, istedadı və səyi çərçivəsində mümkündür”.
Bu görüşdə çıxış edən prezidentin elm və texnologiya məsələləri üzrə müavini cənab Səttari endogen elmi inkişafın yerli işçi qüvvəsi, təhsil və mədəniyyətə, habelə elitaların milli fondunun strategiyasına əsaslandığını dedi: “Bizə görə elita öz ölkəsinə əlavə dəyər və məşğulluq bəxş edən şəxsdir. Bu əsasla Elitalar Milli Fondunun dəstəkləri iş, zəhmət və innovasiya ilə şərtlənir”.
Cənab Səttari bildirdi ki, elmi elitalar layihəsi, Mustafa və Şəhid Əhmədirouşən mükafatları Elitalar Elmi Fondunun icrada olan proqramlarındandır: “Elm əsaslı iqtisadiyyat neft və asılı iqtisadiyyatın tam əks qütbüdür. Burada işçi qüvvəsinin keyfiyyəti və özəl sektorun investisiyaya daxil edilməsi əsasdır”.
Bu görüşdə İnqilabın Rəhbərindən əvvəl çıxış edən 12 elit və ayrı-ayrı sahələr üzrə tədqiqatçı öz görüşlərini bildirdilər:
- Tibb mühəndisliyi üzrə dosent Seyidəli Musəvi;
- Hüquq Xidmətləri üzrə elm əsaslı şirkətin təsisçisi, hüquq üzrə fəlsəfə doktoru Yusif Qasimi;
- Dövlət idarəçiliyi ixtisası üzrə doktorant Məhəmməd Fədayi;
- Əmir Kəbir Universitetinin riyaziyyat üzrə postdoktorantı, Beynəlxalq Olimpiadanın qızıl medalçısı Ürfan Salavati;
- Şərif Universitetinin memarlıq və mühəndislik üzrə dosenti Müctəba Məhsuli;
- İnformasiya Texnologiyası üzrə magistr Həsən Ənsarifər;
- Ağac və kağız Sənayesi üzrə doktorant Əlikazım Təbrizi;
- Tərbiyət-e Modərres Universitetinin energetika mühəndisliyi üzrə doktorantı Rəsul Rəcai;
- İdarəetmə üzrə doktorant Ümid Hatəmi;
- Neft mühəndisliyi üzrə doktorant Hüseynəli Əxlaqi;
- İncəsənət tədqiqatları üzrə doktorant İlahə Şakiri;
- Tehran Tibb Elmləri Universitetinin endokrin xəstəliklər üzrə yüksək mütəxəssisi Seyyidə Sədiqə Mədəni.
Çıxışçılar çıxışlarında aşağıdakı məsələləri vurğuladılar:
- Cəmiyyətdə innovativ sahibkarlara baxışların islahı zərurəti;
- Elitalara dəstək və tətbiqi tədqiqatlar istiqamətində maneə yaradan qanunların ixtisar edilməsi zərurəti;
- Fundamental Elmlər sahələrinə invesitisya qoyulması zərurəti;
- Virtual mühitdə məzmun istehsalı yoxsulluğuna qalib gəlmək məqsədilə internet televiziyasının təsis edilməsi;
- Ölkədə yeni biznes fəaliyyətlərinin çətin şərtlərinin tənqidi;
- Parlaq İstedadların İnkişaf Etdirilməsi Milli Təşkilatının məktəblərinin vəziyyətinin araşdırılması zərurəti;
- İnternet bizneslərinin dəstəklənməsi, onların fəaliyyət üslubunun dayandırılmasının qarşısının alınması;
- Ölkənin idarə sisteminin islah edilməsi ilə bağlı təkliflərin açıqlanması;
- Elmi olimpiadalar kimi məktəbdən xaric fəaliyyətlərin tənzimləndirilməsi və inkişafı zərurəti;
- Ölkənin universitetləri və elmi məkəzləri üçün nəzərdə tutulan büdcənin bölgü meyarının tələbə və müəllimlər üzrə adambaşına prinsipindən ölkənin problemlərinin həlli keyfiyyəti prinsipinə dəyişdirilməsi təklifi;
- Yeni təhsil meyarları, xüsusilə sahibkarlıq və sosial rifahın artırılması prioritetli təhsil istiqaməti üzrə hərəkət edilməsi zərurəti.
Görüşün sonunda İslam İnqilabının Rəhbərinin imamətliyi ilə zöhr və əsr namazları qılındı.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir