İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei Konstitusiyanın 110-cu maddəsinin icrasına müvafiq olaraq, qanunvericilik sisteminin ümumi siyastələrini elan etdi və onun əlavəsinin əhəmiyyətinə əsasən, dedi: “Üç qüvvənin siyasətləri elan edilməlidir. Üç qüvvə fəaliyyətlərin qrafikini müəyyən etməli və nailiyyətlər haqqında məlumat verməlidir”.
Dövlətin Mənafeyini Müəyyənləşdirən Şura ilə məsləhətləşmələrdən sonra hazırlanmış və Ali Məqamlı Rəhbər tərəfindən təsdiq edilmiş qanunvericilik sisteminin ümumi siyasətləri aşağıdakılardan ibarətdir:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə
Qanunvericilik sisteminin ümumi siyasətləri
1. Qanun layihələrinin hazırlanması və təsdiqi zamanı qanunvericiliyin əsas mənşəyi kimi şəriət normalarına diqqət.
2. Ölkədə şəriət normaları və İran İslam Respublikasının konstitusiyası ilə ziddiyyət təşkil edən qanun və qaydaların qiymətləndirilməsi və təmizlənməsi, konstitusiyanın dördüncü maddəsini sığortalamaq üçün lazımi mexanizm yaradılması.
3. Qaydaların kostitusiya ilə ziddiyyət təşkil etməməsi üçün uyğun mexanizm müəyyən edilməsi.
4. Nəzarət Şurası və Dövlətin Mənafeyini Müəyyənləşdirən Şura ilə əməkdaşlıq etməklə qanunların ümumi dövlət siyasətləri ilə uyğunluğu və onunla ziddiyyət təşkil etməməsinə nəzarət etmək və ümumi dövlət siyasətlərinin hər birinin gerçəkləşdirilməsi üçün lazım olan qanunların qəbul edilməsi.
5. İslam Şurası Məclisi tərəfindən qanun, 138-ci maddə ilə tənzimlənən nizamnamə, qətnamə və direktiv, 85-ci maddə ilə qəbul edilən eksperiment qanun və əsasnamə, 134-cü maddəyə əsasən, müəyyən edilmiş hökumət proqramı, fəaliyyət istiqaməti və qərarlar, 161-ci maddə ilə müəyyən edilən proses və kriteriyaların birliyi və sair qərarlarla bağlı aydın izahlar təqdim edilməklə qanun və qaydaları qəbul edən mənbələrin ixtiyar və səlahiyyətlərinin hüdudlarının müəyyən edilməsi, habelə şəriət və ya konstitusiyanın maddələrinin müvafiq izahı əsasında ölkənin siyasətlər piramidası, qanun və qaydalarının müəyyənləşdirilməsi və təsnifatı.
6. Layihələrin məqsədlərinə əsasən, layihələrin islahı işində parlamentin səlahiyyətlərinin hüdudlarının müəyyən edilməsi.
7. Lazımi qanun qbul etməklə və parlamentin daxili nizamnaməsinə düzəliş etməklə ölkənin illik büdcəsinin strukturu və məzmununun (gəlirlərin proqnozu, məqsədlərin müəyyən edilməsi, xərclər istiqamətləri və sair) təsdiq edilməsi işində parlamentin səlahiyyət hüdudlarının müəyyən edilməsi.
8. Nazirlərin sayı və onların vəzifə və səlahiyyətləri ilə bağlı hökumət və məclisin vəzifələrinin, konstitusiyanın 60 və 124-cü maddələrinə əsasən, prezidentin qanuni vəzifələrinin müəyyən edilməsi, idarələrin hər növ birləşdirilməsi, qoşulması, ayrılması və yaradılması ilə bağlı qanun qəbul eidlməsi.
9. Aşağıdakı prinsiplərə əsasən, layihə və proqramların uyğunluğu üçün mexanizm müəyyən edilməsi, qanunvericilik prinsiplərinə riayət edilməsi.
- Qanunun icra və ölçülə bilən olması.
- Real ehtiyaclara uyğun elastik olması.
- Şəffaflıq və anlaşılmazlığın olmaması.
- Ədəbiyyat və hüquqi terminlərdə möhkəmlik.
- Qanun layihələrinin hər birinin ixtisaslaşmış kodunun açıqlanması və onun təklif edilməsinin səbəbi
- Mütxəssis rəylərinə əsaslanmaq və qanunun icrasının təsirinin qiymətləndirilməsi.
- Sabitlik, uzunmüdətli və milli baxış.
- Qanunların uyğunluğu, dəyişməzliyi və ya ixisaslaşma kodunu qeyd etmədən onların uyğun düzəlişi.
- Xalqın, maraqlı olan qrupların, qanuni müəssisələrin, ixtisaslaşmış müəssisələrin və birliklərin nümayəndələrinin qanunvericilik prosesində iştiraka cəlb edilməsi.
- Qanunlarda ədalətə riayət edilməsi, xoşagəlməz ayrıseçkilikdən qorunmaq, qanunun ümumiliyı, əhatəliliyi və imkan daxilində qanuni istisnalardan qorunmaq.
10. Ümumi qanunların ünvanlarının müəyyən edilməsi və altıncı inkişaf proqramı boyunca ölkədə mövcud olan qanunların kodlarının klassifikasiyası, islahı və məyyən edilməsi.
11. Müzakirəyə və baxılmaya çıxarılmazdan əvvəl parlamentə çıxarılma imkanının müəyyən edilməsi (konsitutiyanın 75-ci maddəsinə əsasən) üçün İslam Şurası Məclisi tərəfindən mexanizm məüyyən edilməsi.
12. Parlamnetin qəbul ediyi qanun Keçikçilər Şurasının rəyi ilə ziddiyyət təşkil etdiyi hallarda Dövlətin Mənafeyini Müəyyənləşdirən Şuraya müraciət edilməsi üçün yüksək hədd və meyar müəyyən edilməsi.
13. Mənafeyin etibarlılıq dövrünün müəyyən edilməsi aspektindən Dövlətin Mənafeyini Müəyyənləşdirən Şuranın məsləhətinə əsasən təsdiq edilmiş qərarlara yenidən baxış.
14. Ali şuralar kimi qurumların təşkili ilə bağlı qanunlarda üç qüvvənin əsas səlahiyyətinə riayət edilməsi, bu qurumların mövcud qanunlarına təkrar baxış, onların qəbul etdiyi qanunların adi qanunlarla təzad əşkil etməməsini sığortalamaq üçün lazım olan qanuni faydalı mexanizmin proqnozlaşdırılması.
15. Ölkənin icra işlərindəki problemlərin həll edilməsi, konstitusiyanın icra edilməmiş maddəsi, perspektiv sənədi, dövlətin ümumi siyasəti, beş illik inkişaf proqramı, rəhbərliyin tələbləri prinsipləri əsasında qanunvericiliyin prioritetlərinin müəyyən edilməsi.
16. Silahlı Qüvvələrlə bağlı qanunvericilikdə silahlı Qüvvələrin Ali Baş Komandanlığının tədbirlərinə riayət edilməsi.
17. Qanuna riayət, ona tabe olmaq və hörmət göstərmək mədəniyyətinin təbliği və institutlaşdırılması
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir