Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Avropa ABŞ-ın sanksiyalarına uyğun davranır

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı) səhər xalq tərəfindən Xubriqan Məclisinə seçilmiş nümayəndələrlə görüşdə ölkənin mövcud şəraiti, şüarların yayılması, İslam Respublikasının inqilabçı və siyasi gücü və onun regionda genişlənməsinin ümumi təhlilini verərək Müqəddəs Müdafiə dövrünün dərslərindən faydalanmağın və onun cəmiyyətdə dərinləşdirilməsinin zəruri və mühüm olduğunu dedi: “Ölkənin inkişafının davamlılığı Allaha təvəkkül, müqavimət, gələcəyə ümid, gənclərə, xüsusilə inqilabçı gənclərə etimad, xalq, xüsusilə inqilab qüvvələri arasında birlik və vəhdət, daxili istehsala real dəstək, yadlardan tamamilə ümidin kəsilməsi məsələləri ilə şərtlənir”.

Görüşün əvvəlində Müqəddəs Müdafiə həftəsini hörmətlə anan İslam İnqilabının Rəhbəri bu parlaq dövrün dərsləri və bu dərslərin cəmiyyətdə yayılması və dərinləşdirilməsinin zəruriliyinə işarə edərək dedi: “Müharibənin başlanğıcı və səkkiz illik Müqəddəs Müdafiə ərzində bütün problemlər, çatışmazlıqlar və təzyiqlərin olmasına baxmayaraq, İmamın (r.ə) Allah-taalaya təvəkkül etməsi heyrətamiz bir məsələdir. Bu təvəkkül bu gün də bütün sahələrdə mövcud olmalıdır”.

O dedi: “Bəzən cəmiyyətdə olan bəzi problemlər səbəbindən bəzi böyüklər və möhtərəm insanlarda çaşqınlıq yaranır. Halbuki Allaha təvəkkül etmək və çalışıb həmin problemi aradan qaldırmaq lazımdır”.

İslam İnqilabının Rəhbəri Allahın keçən qırx il ərzində lütfkarlıqlar göstərdiyini və İslam dövlətinin çətin keçidlərdən keçdiyini qeyd edərək dedi: “Ölkənin dünyadakı maddi və mənəvi iqtidarı, etibarı və izzəti, iş və fəaliyyətə hazır olan inqilabçı gənclərin böyük ordusu, nailiyyətlər və ölkənin sıçrayışları İslam İnqilabının qələbəsinin əvvəlki vaxtları ilə müqayisəyə gəlməzdir. Bütün bu uğurlar Allahın lütf və yardımının nəticəsidir. Buna görə də Allaha təvəkkül heç vaxt unudulmamalıdır”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, gələcəyə ümid və gənclərə etimad Müqəddəs Müdafiə dövrünün verdiyi dərslərdəndir: “Gənclər meydana atılmalı və onların gücü diqqətdən kənarda qalmamalıdır. Təbii ki, gənclərdən istifadə edilməsi o demək deyil ki, gənc olmayan insanlar səhnədən xaric olmalıdırlar. Çünki hər bir fərdin öz təcrübəsi və fəaliyyətinə uyğun yeri var”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, gənc qüvvənin diqqətdən kənarda qalması yanlışdır, gənc qüvvələr gənc olmayan qüvvələrə yardım göstərməlidirlər: “Müqəddəs Müdafiə dövrünün ən mühüm cəhətlərindən biri budur ki, gənclər komandanlıq vəzifələri, Bəsic, Sepah və ordu sıralarında təmsil olunurdular. Bu gün də bu fürsət qənimət hesab edilməli və gənclərdən yüksək, xüsusilə orta idarə heyətlərində istifadə edilməlidir”.

Həzrət Ayətullah Xamenei bildirid ki, milli əzm və iradə Müqəddəs Müdafiənin başqa bir dərsidir: “Düşmən xalqın əzm və iradəsini zəiflətmək, onu ümidsiz etmək üçün çox çalışır. Bu səylərin qarşısında milli əzmkarlıq və iradə gücləndirilməlidir. Bu mühüm məsələ göstərişlə olmaz, o, doğru arqumentlər, fikir və düşüncə sahiblərinin yerində və zamanında insanların arasında yer alması ilə reallaşa bilər”.

O vurğuladı ki, ölkənin bütün fəaliyyət sahələrinın əsası və ayrı-ayrı sahələrdəki uğur mətanət və müqavimətlə şərtlənir: “Bəzi işlərdə uzunmüddətli müqavimətə ehtiyac var. Buna görə də düşmənlər və quldurlar cəbhəsinin genişliyindən qorxmaq olmaz. Müqəddəs Müdafiə dövründə olduğu kimi, mətanət və müqavimət vasitəsilə sübut etmək lazımdır ki, biz bacarırıq”.

İslam İnqilabının Rəhbəri düşmənlərin qərar qəbul edən insanların, habelə bütün xalqın düşüncə və idrakına təsir göstərərək, onlara bacarmazsınız və olmaz kimi məzmunları təlqin etmək üçün çox çalışdığını dedi: “Düşmənin xalqı və ölkə rəhbərlərinin ölkənin gerçəkləri ilə bağlı dərk və idrakında çaşqınlıq yaratmaq, milli maraq və mənafeləri öz məqsədlərinə uyğun şəkildə izah etmək üçün göstərdiyi bütün səy və fəaliyyətin əksinə olaraq ölkənin imkan və potensalları elə şəkildədir ki, bütün iqisadi düyünlər və məişət problemləri düzgün tədbir, nəzarət və məşvərət sayəsində həll edilə bilər”.

Həzrət Ayətullah Xamenei ABŞ perzidentinin “Əgər İran ABŞ-ın istəklərini yerinə yetirsə, xalqın vəziyyəti daha yaxşı olacaq” məzmununu ifadə edən son fikirlərinə işarə edərək dedi: “ABŞ və Avropa rəsmiləri və media qurumları davamlı olaraq bu cür fikirləri səsləndirməklə “Siz bacarmaszınız” fikrini təlqin etməyə çalışırlar. Lakin İran xalqı bu təbliğat və təlqinlərə əhəmiyyət vermir”.

O dedi: “Xalqın və ölkə rəhbərliyinin dərk və idrakının sapdırılmasında diqqət mərkəzində olan məsələlərdən biri də İnqilab şüarlarına bağlılıqdır. Son günlər bəzi Avropa rəsmiləri bildiriblər ki, İran inqilab şüarlarından əl çəkməlidir”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, bu cür fikir və təlqinlərin səbəbi budur ki, ABŞ və Avropa inqilab şüarlarından və İslam İnqilabının yaratdığı üçüncü yoldan qorxub vahimələnir: “Ölkənin problemlərinin həlli inqilab yolu və şüarlarında israrlı olmaqdan keçir”.

Həzrət Ayətullah Xamenei “Əhzab” döyüşü və bu müharibə ilə bağlı ayələrə işarə edərək qeyd etdi ki, ABŞ və xəbis Avropa da daxil olmaqla bütün düşmənlər və şeytanların bir araya gəlməsi İslam Respublikasının haqlı və qüdrətli olduğunu göstərir: “Ölkə irəliyə doğru hərəkət etməklə yanaşı, bəzi məqamlarda sıçrayış da etməlidir. Düşmən bu məsələdən narahatdır. Sanksiyaların əsas səbəbi də bu sıçrayışların qarşısını almaqdır. Lakin Allahın lütfü ilə yaxın gələcəkdə müxtəlif sahələrdə müəyyən sıçrayışların şahidi olacağıq”.

O, çıxışının davamında Avropa ilə bağlı bəzi məsələlərə aydınlıq gətirdi.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, ABŞ və sionist rejimindən başqa heç bir ölkə ilə qarşılıqlı əlaqə və müzakirə yolu bağlı deyil: “Ancaq başda ABŞ və bəzi Avropa dövlətləri olmaqla İslam dövləti ilə münasibətdə düşmənçilik bayrağı qaldırmış ölkələrə heç bir vəchlə güvənmək olmaz. Çünki onlar İran xalqına qarşı açıq düşmənçilik edirlər”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, avropalıların İslam Respublikası ilə düşmənçilik prinsipləri ABŞ-ın prinsiplərindən fərqlənmir: “Avropalılar üzdə vasitəçi kimi çıxış edib uzun-uzadı danışsalar da, hamısı puçdur”.

O, nüvə sazişindən sonra avropalıların sərgilədikləri davranışlara, verilən vədlərə əməl edilməməsinə, habelə ABŞ-ın HBFP-dən çıxmasından sonra Avropanın davranış formasına və ikinci sanksiyaların qəddarcasına tətbiqinə işarə edərək dedi: “Avropalılar verdikləri vədlərə baxmayaraq, əməldə ABŞ-ın sanksiyalarına sadiq qaldılar və heç bir addım atmadılar. Bundan sonra da İslam Respublikasının xeyrinə bir iş görəcəkləri də ehtimal olunmur. Buna görə də avropalılardan ümidi tamamilə kəsmək lazımdır”.

İslam İnqilabının Rəhbəri dedi: “Gediş-gəliş və müqavilə bağlanılmasının heç bir problemi yoxdur. Ancaq onlara qətiyyən ümid bəsləmək və etimad göstrəmək olmaz”.

Həzrət Ayətullah Xamenei avropalıların öz on bir bəndlik öhdəliklərinə əməl etməməsinə işarə edərək dedi: “Müzakirə etmiş həmin adamlar özləri indi deyirlər ki, avropalılar öhdəliklərinin heç birinə əməl etmədilər. Bu, hər hansı məsələdə onlara etimad etməməli olduğumuzu göstərən ən güclü arqumentdir”.

O, bütün bu düşmənçiliklərə rəğmən, hadisələrin gedişatının İslam Respublikasının xeyrinə olduğunu dedi: “Bu gün İslam dövləti təkcə keçən qırx ildəkindən yox, həm də qarşıdan gələn on ildəkindən də güclüdür. Onun regiondakı inqilabçı və siyasi gücü artmış, inqilabın kökləri daha da dərinləşmişdir”.

İslam İnqilabının Rəhbəri İslam dövlətinin müxtəlif sahələrdəki nailiyyətlərinə işarə edərək dedi: “Əlbəttə, hamının üzərində ağır vəzifələr var. Çünki mədəni və iqtisadi sahələrdə müxtəlif çətinliklər var. Düşmən də mədəni nüfuz və fəaliyyətlər sahəsində kəskin şəkildə fəaldır. Ancaq ölkə rəhbərliyi öz fəaliyyətlərində düşmənə etimad göstərməməyi şüar etsə, məkrli planlar qarşısında tam qətiyyətlə dayanıb onları iflasa uğratmaq olar”.

Həzrət Ayətullah Xamenei ABŞ və Avropanın sosial, siyasi və iqtisadi vəziyyətinin qiymətləndirilməsini davam etdirərək dedi: “Əsl düşmənimiz olan ABŞ bu gün dünyanın ən mənfur dövlətidir. Avropalılar özləri də zəiflədiklərini və qüdrətlərinin tənəzzülə uğradığını etiraf etməkdədirlər”.

O, Avropa dövlətlərinin rəhbərlərindən birinin BMT-nin ümumi assambleyasındakı çıxışına işarə edərək dedi: “Bu avropa rəsmisi Qərb mədəniyyətinin tənəzzülə uğradığını açıq şəkildə və əsaslarla etiraf etdi. Sadəcə, elə bu zəif şəraitdə də öz imperialist xasiyyətlərini də unutmurlar”.

İslam İnqilabının Rəhbəri beynəlxalq mərkəzlərin Avropanın məşhur dövlətlərinin borcları ilə bağlı statistikalarına işarə edərək dedi: “Bu ölkələrin problemləri ciddidir. İngiltərə və Fransanın problemləri də göz önündədir. Buna görə də bu mövqedən istifadə etmək lazımdır”.

Həzrət Ayətullah Xamenei çıxışını yekunlaşdırarkən İnqilabın qürurlu yolu və düşmənçiliklər üzərindəki qələbənin davam etdirilməsi üçün lazım olan bir neçə mühüm vəzifəni vurğuladı.

İslam İnqilabının Rəhbərinin toxunduğu birinci məsələ Allahın vədinə inam və etimadla bağlı oldu: “Məqsədimiz cəmiyyətdə Allah dininin gerçəkləşdirilməsi və ilahi şəriətin həyata keçirilməsidir. Buna görə də Allah öz vədinə əsasən, bizə kömək edəcək. Necə ki, bu vaxta qədər də ona əməl etmişdir. Çoxlu problemlərin olmasına baxmayaraq, İslam Respublikası izzətin yüksək zirvəsində qərarlaşmış, İslamın fəxr və qürur mənbəyinə çevrilmişdir”.

O hər kəsi, xüsusilə ölkə rəhbərliyini və idarə heyətini təqvalı, sədaqətli və mücahid olmağa çağıraraq digər mühüm vəzifənin korrupsiyaya qarşı ciddi mübarizə olduğunu dedi: “Təbii ki, korrupsiya ilə mübarizədə profilaktika müalicədən üstündür. Yəni korrupsiyanın səbəblərini yox etmək lazımdır. Yeri gəlmişkən, korrupsiya ilə mübarizə məhkəmə sisteminə məxsus deyil, ölkənin bütün qüvvələri bu məsələdə məsuliyyətli olmalıdır”.

Həzrət Ayətullah Xamenei bəzi tapşırıqların düşünülməmiş işlər və ya korrupsiya nümunələrindən olduğunu dedi: “Halbuki bir tərəfdən bir qrup motivasiyalı gənc ölkədə istehsalı daha da yaxşılaşdırmaqdan ötürü çalışır, digər tərəfdən isə korrupsiyadan qaynaqlanan bəzi təxribat xarakterli fəaliyyətlər istehsalı məhv edir. Buna görə də Ərak və Xuzistan zavodlarında baş verən hadisələrdə olduğu kimi, bu cür halların baş verməsinə və problemlərin ortaya çıxmasına imkan vermək olmaz”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, istehsala kömək etmək məsul şəxslərin vəzifəsi və ölkənin problemlərinin açarıdır: “Əgər istehsal yaxşılaşsa, ölkənin problemlərinin bir çoxu, o cümlədən milli valyutanın dəyərinin düşməsi, inflyasiya və əhalinin alıcılıq qabiliyyəti kimi problemlər öz həllini tapar. Əlbəttə, sistemsiz idxalatın da qarşısı alınmalıdır”.

Həzrət Ayətullah Xameneinin növbəti tövsiyəsi İnqilaba vəfalı olan qüvvələrin gücləndirilməsi ilə bağlı oldu.

O bildirdi ki, İslam dövlətinin xalqın bütün üzvlərinin hüquqlarına baxışı onların dini məzhəbi və tutduqları vəzifənin föqündədir: “İnsanların müsəlman olub olmaması və ya İslam dövlətinə vəfalı olub olmamasından asılı olmayaraq, hər kəsin hüquqları qorunmalıdır. Məsələn, ölkədə əmin-amanlıq pozulmamalıdır, bütün insanların azadlığı və onlara ədalətli baxışı eyni olmalıdır”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, bu məsələ ilə yanaşı, İnqilaba vəfalı olan və ölkənin müstəqilliyinə inanan qüvvələrin dəstəklənməsi zəruridir. Bu motivasiyalı qüvvələri ifratçılıq və sərtlik yarlıqları ilə meydandan çıxarmaq olmaz: “Əhalinin böyük bir hissəsini təşkil edən mömin və inqilabçı qüvvələr hər yerdə və bütün hücumlar qarşısında müdafiə edilməli, onların həssas mərkəzlərdəki iştirakına imkan yaradılmalıdır. Çünki bunlar 1388-ci ilin 9 dey hadisəsi və ya 1396-cı ilin hadisələri zamanı böyük hərəkətlə meydana daxil olub düşmənlərin arzularını ürəklərində qoydular”.

Həzrət Ayətullah Xamenei məsul şəxslərə inqilabçı qüvvələrdən istifadə edilməsi ilə bağlı verdiyi təkrar tövsiyələri yenidən xatırlatdı: “Mən ayrı-ayrı vaxtlarda seçilmiş prezidentlərə demişəm ki, işlərinizi inkişaf etdirməkdən ötrü inqilaba vəfalı olan qüvvələrdən isitfadə edin. Çünki təhlükə vaxtı dövlətə kömək etmək üçün məhz onlar səhnəyə atılırlar”.

O, insanların vəhdətinin zəruri olduğunu vurğuladı: “İnqilabçı qüvvələrin birliyi də çox mühümdür. İnsanların baxış bucaqlarındakı fərqlilik müxalifət və qarşıdurma ilə nəticələnməməlidir”.

İslam İnqilabının Rəhbəri çıxışının sonunda çıxışları zamanı və ya virtual məkanda insanlarda məyusluq yaradan bəzi adamları tənqid edərək dedi: “İnsanlarda ümidsizlik yaratmaqdan çəkinmək ən mühüm işlərdəndir. Çünki ümid olmasa, heç bir böyük işə imza atmaq olmaz. Təbii ki, gələcəyə ümid yalançı bir ümid də deyil. Əslində, ölkənin gələcəyi həqiqətən, parlaq və ümidvericidir”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən Xubriqan Məclisinin sədri Ayətullah Cənnəti bu məclisin düşüncə heyətlərinin işçi qruplarının fəaliyyətləri haqqında məlumat verdi.

Xubriqan Məclisinin sədrinin müavini Ayətullah Müvəhhidi Kermani Xubriqanın üzvlərinin iclas çıxışlarında toxunduqları mühüm və narahatlıq doğuran məsələlər haqıqnda məlumat verərək dedi: “Xubriqan Məclisinin nümayəndələri ümid yaratmaq, imperializmə qarşı mübarizə, ABŞ-la istənilən növ müzakirənin yolverilməzliyi, ölkəni nağd valyuta ehtiyatlarının istehsala yönəldilməsi, korrusiya ilə mübarizədə məhkəmə sisteminə dəstək, hicab və iffətlə bağlı qanunların tam icrası, vergi, bank və özəlləşdirmə sistemindəki struktur problemlərinin aradan qaldırılması, Keçikçilər Şurasının parlament seçkilərinə namizədliyi olan adamların səlahiyyətlərinə diqqəti məsələlərinə toxundular”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /