Şəhidlər ağası Həzrət Hüseynin (ə) Aşura gecəsində İslam İnqilabının Ali Rəhbəri, dövlət rəsmilərindən bir qrupu və Əhli-beytə (ə) sevgisi olan minlərlə insanın iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə matəm mərasimi təşkil olundu.
Bu mərasimdə çıxış edən Höccətül-İslam Rəfii İmam Hüseynin (ə) hərəkətinə qarşı olanların məqsədləri və İmamın (ə) onlara cavabını təhlil edərək dedi: “Həzrət Seyyidüşşühədanın (ə) hərəkətinə qarşı olanların bir qrupu hökumətin muzdurları idi. Onlar İmamın cəsur və qətiyyətli cavabı ilə qarşılaşdılar”.
Cənab Rəfii qeyd etdi ki, Həzrət Əbaəbdillah Hüseynin (ə) hərkət etməsini istəməyənlərin bir qrupu da başlarının salamat qalmasını istəyənlər idi: “Həzrət Seyyidüşşühədanın (ə) hərəkət etməsini istəməyən üçüncü qrup xüsusi insanlar idi. Onlar əvvəllər cihadda iştirak etsələr də, analiz etmək gücündə deyildilər. İmam (ə) onlara əsaslı və qənaətbəxş cavablar verdi”.
Çıxışçı vurğuladı ki, haqq olan imam qarşısında təslimçilik xilasın rəmzidir: “Həzrət Əbaəbdillah Hüseynin (ə) qiyamı Allahın əmri ilə olmuşdu. Onun Kərbəladakı səhabə və silahdaşlarının hamısı imam tanıyan və haqq qarşısında təslim olanlar idilər”.
Bu mərasimdə Atəşkar və Məhəmmədrza Tahiri cənabları Həzrət Seyyidüşşühəda (ə) və onun ailəsinin müsibətlərindən danışıb mərsiyyə və növhə oxudular.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir