İslami Müqavimət Hərəkatının (Həmas) siyasi idarəsinin rəhbəri cənab İsmail Həniə Həzrət Ayətullah Xameneiyə göndərdiyi məktubda Həmasın nümayəndə heyəti ilə görüşdə Fələstin müqavimətini açıq şəkildə dəstəklədiyini və İranın Həması öz vəzifəsini yerinə yetirmək üçün ehtiyac duyduğu vasitələrlə təchiz etməyə hazır olduğunu elan etdiyi üçün ona öz təşəkkürünü bildirmişdir: “Bütün haqq, ədalət, azadlıq qüvvələri və onların əsas güc mənbəyi olan İran İslam Respublikası ilə birlikdə dəyişməz müqavimət səngərindəki iştirakımızın son qələbəyə qədər davam edəcək strategiyasının dəyişməzliyini bir daha elan edirik”.
Cənab Həniə bu məktubda İslam İnqilabının Rəhbərinə belə yazmışdır: “Sizi bizə lütf etdiyi üçün Uca Allaha şükür edirəm. Ondan istəyirəm ki, sizə Öz nemətlərini bəxş etsin, sizi bəlalardan, zalım və müstəbid düşmənlərin hiylə və məkrindən qorusun”.
Həmasın siyasi idarəsinin müdiri İnqilabın Ali Rəhbəri və İran İslam Respublikasının rəhbər şəxslərinin Həmasın ezam olunmuş nümayəndə heyətini yüksək səviyyədə qarşıladıqları üçün də təşəkkürünü bildirmişdir.
Cənab Həniə vurğulamışdır: “Ezam edilmiş nümayəndə heyəti mənə bu səfər zamanı keçirilmiş görüşlər, xüsusilə onların sizinlə olan görüşləri, sizin Müqavimət Hərəkatını və fələstinli qardaşlarınıza xüsusi və geniş miqyaslı dəstəyinizi ifadə edən açıqlamalarınız, habelə Həması öz vəzifələrini yerinə yetirmək üçün lazım olan vasitələrlə təchiz etməyə hazır olduğunuzu elan etməyiniz haqqında məlumat verdilər. Sözləriniz bizim çox böyük sevincimizə səbəb oldu, qarşımızda geniş üfüqlər açdı. Bu sözlərinizin sionist düşmənə qarşı olan strateji yönlərə və açıq meydan səhnəsinə də böyük təsiri olacaq”.
Həmasın siyasi idarəsinin rəhbəri İslam İnqilabının Rəhbərinə tutduğu mövqelərə görə təşəkkürünü bildirmişdir: “Bütün haqq, ədalət, azadlıq qüvvələri və onların əsas güc mənbəyi olan İran İslam Respublikası ilə birlikdə dəyişməz müqavimət səngərindəki iştirakımızın son qələbəyə qədər davam edəcək strategiyasının dəyişməzliyini elan edirik. Allahın yardımı və vədlərinə tam əminik”.
Cənab Həniə bu məktubda Uca Allahdan xeyir, bərəkət, İnqilabın Ali Rəhbəri və İslam ümmətinin qələbə, iqtidar, təhlükəszilik, rifah, düşmənlərin məhv olması, Fələstin və Şərafətli Qüdsün azadlığı ilə bağlı etdikləri bütün duaların qəbul edilməsini istəmişdir.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir