Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Növbəti qırx il, heç şübhəsiz, daha yaxşı olacaq

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər prezident və hökumət nümayəndələri ilə görüşdə məsul şəxslərin xalqa xidmət fürsətinin qədrini bilməsinin vacibliyi və üç qüvvə ilə əməkdaşlıq və qarşılıqlı əlaqə yaradılmasının zəruriliyinə işarə edərək iqtisadiyyat və mədəniyyətin ölkənin iki mühüm məsələsi olduğunu dedi.

Məsul şəxslərdən daxili istehsala mövcud problemlərin həllinin əsas açarı kimi baxmalarını israrla istəyən Ali Rəhbər ölkənin neft gəlirləri asılılığından xilas edilməsi, iqtisadiyyatın mənzil, kənd təsərrüfatı və elm əsaslı şirkətlər kimi hərəkətverici sahələrinə xüsusi diqqət ayrılması, istehsalçıya olan baxışın dəyişilməsi və ona iqtisadi müharibənin döyüşçüsü kimi baxılması zərurəti, iqtisadi inkişafın istiqamət və hədəfinin ədalətin təmin edilməsi və yoxsulluğun ortadan qaldırılması istiqamətinə yönəldilməsinin zəruriliyi ilə bağlı mühüm məsələlərə toxunaraq mədəniyyət sahəsinə aidiyyəti olan qurumlar və nazirliklərin məsul şəxlərini daha çox diqqətli olmağa, düşmənin dini, inqilabi və əxlaqi prinsiplərə hərtərəfli hücumuna qarşı ciddi və ayıq şəkildə mübarizə aparmağa çağırdı.

Görüşün əvvəlində hər kəsi mübarək Qədir-Xum bayramı, İmam Musa ibn Cəfərin (ə) mövludu, habelə hökumət həftəsi münasibətilə təbrik edən İslam İnqilabının Rəhbəri Şəhid Rəcai və Şəhid Bahünərin xatirəsini əziz tutaraq dedi: “Hökumət həftəsi keçən bir il ərzində göstərilən xidmət və faəliyyətlərin xatırlanmasına səbəb olan bir nişan və əlamət kimi hər kəsdə ümid yarada bilər. Digər tərəfdən isə bu səy və fəaliyyətlər iki mühüm şərt hesab edilən cihad hərəkəti və ilahi niyyətlə müşayiət ediləcəyi təqdirdə cəmiyyət daxilində bir çox bərəkətli fəaliyyətlərə zəmin yaradacaq”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, hökumət həftəsinin bərəkətlərindən biri budur ki, hökumət nümayəndələrinin göstərdikləri bir illik fəaliyyətləri, güclü və zəif cəhətlərini qiymətləndirmələrinə səbəb olur: “Məsul şəxslər xalqa xidmət sahəsində ilahi lütf olan vəzifələrinin qədrini bilsinlər və bu vasitə ilə çox ağır olan axirət səfərinə azuqə və səfər yükü hazırlasınlar”.

O, hökumətin ömrünün altı ilinin geridə qaldığını qeyd edərək dedi: “Hökumətin ömrünün qalan iki ili az bir vaxt deyil, bəzi problemlərdə ilişib qalmağı bir kənara qoyub ölkənin mühüm məsələlərinin prioritetliyini müəyyən edib prioritetlərlə tək-tək məşğul olmaq lazımdır”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, hökumətlərin ayrı-ayrı illərdə yol verdikləri noqsanlardan biri qeyri-əsas məsələlər üzərində ilişib qalmaq olmuşdur: “Hökumət qalan bu iki il ərzində, virtual məkanın müdaxiləsi ilə təəssüf doğuran imkanları daha da artan qeyri-əsas məsələlərdən uzaqlaşmalı və əsas məsələləri öz prioritet fəaliyyətlərinə daxil etməlidir”.

Ölkənin əsas prioritetinin iqtisadiyyat və mədəniyyət olduğunu deyən İnqilabın Rəhbəri çıxışının iqtisadiyyatla bağlı hissəsində mövcud problemlərin zəif və orta təbəqəyə təsir göstərdiyini qeyd edərək bu problemlərin açarı və əsas həlli yolunun daxili istehsal olduğunu dedi: “Təbii ki, bu açarı əldə edib iqtisadi problemlər qıfılına salıb fırlatmaq asan deyil. Ancaq bunu etmək lazımdır”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, bu ilin “istehsalın çiçəkləndirilməsi” adı ilə adlandırılmasının səbəbi yadların müəyyən pozuntulara yol verəcəyi ilə bağlı proqnozlardır: “Bu düşmənçiliklərə qarşı ən yaxşı mübarizə istehsalın çiçəkləndirilməsidir. Allahın lütfü ilə bu sahədə ayrı-ayrı istiqamətlər üzrə hərəkətliliyin olması müşahidə edilir. Bu da öz növbəsində bütün ölkə üzrə mövcud olan perspektiv imkanları göstərir. Buna görə də məsul şəxslər daxili istehsalı fəaliyyətlərinin əsasına çevirməlidirlər”.

O, daha sonra iqtisadiyyat sahəsinin prioritetlərinə aydınlıq gətirərkən üç məsələni xüsusilə vurğuladı: “Xam neft ixracatından asılılığa son qoymaq, digər sahələrin hərəkətverici mühərriki ola biləcək iqtisadi hərəkətvericilərə diqqət, məsul şəxslər və qurumların istehsalçılara olan baxışının dəyişdirilməsi zərurəti”.

İnqilabın Rəhbəri qeyd etdi ki, xam neft ixracatından gələn asan gəlir böyük bir bəladır: “Uzun illərə dayanan bu problem həqiqətən, ölkənin inkişafının zərərinə tamamlanır”.

Həzrət Ayətullah Xamenei bir damcı belə, neft istehsal etmədən çox böyük inkişafa nail olmuş ölkələrə işarə edərək dedi: “Hətta sanksiyasız şəraitdə də neft bazarına nəzarət, o cümlədən qiymətləndirmə və alışın ölçüsü məsələləri dünyanın böyük istehlakçıları olan qərb ölkələrinin əlində olmuşdur. Onlar öz mənafelərinə və siyasi strategiyalarına əsasən istehsalçılara təzyiq göstərə bilmişlər”.

O, xam neftin müxtəlif məmulatlara çevrilməsinin xam neft ixracatı asılılığından xilas olmağın əsas yolu olduğunu dedi: “Dəfələrlə qeyd edilib ki, mütəfəkkirlər və sənətkarlardan istifadə etməklə qaz və benzin kimi məhsullarla yanaşı, gələcəkdə ixracat qiyməti xam neftdən bir neçə dəfə çox olan digər tərkib və istehsal məhsulları əldə edə bilərik”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, prezident, Neft Nazirliyi və digər qurumların neftayırma zavodunun tikintisinə xüsusi diqqət ayrıması zəruridir: “Neftayırma zavodunun xərcləri problemini də ölkədə mövcud olan nağd pul vəsaitləri və güclü idarəetmə ilə həll etmək olar”.

Həzrət Ayətullah Xamenei istehsalın çiçəklənməsi sahəsində bəzi iqtisadi sahələrin digər sahələri fəallaşdırmaq gücündə olduğunu dedi: “Mənzil, kənd təsərrüfatı, avtomoil, məişət əşyaları kimi hərəkətverici sahələrə, habelə elm əsaslı iqtisadiyyata xüsusi diqqət ayrımaq lazımdır. Çünki bu sahələrin hər hansının fəallaşması digər sahələri də hərəkətə gətirə və ölkə iqtisadiyyatının ümumi hərəkətini dəyişə bilər”.

Dövlət, məsul şəxlər və dövlət qurumlarının istehsalçılara olan baxışının dəyişməsinin zəruri olduğunu deyən Həzrət Ayətullah Xamenei istehsalçılarla Müqəddəs Müdafiə illərinin döyüşçülərini müqayisə edərək dedi: “İstehsalçılar düşmənlərlə iqtisadi müharibənin döyüşçüləridirlər. Onlara bu gözlə baxmaq lazımdır”.

O, istehsal vahidlərinin yaradılması yolu üzərində mövcud olan problemlərə görə yenidən tənqidi fikirlərini səsləndirərək dedi: “Bəzən bir istehsal vahidinin fəaliyyəti üçün 7 yox, 70 instansiyadan keçmək lazım gəlir. Bütün məsul şəxslər bu ciddi problemi həll etməli, artıqlıq edən qaydaları ortadan qaldırmalı və istehsal maneələrinə son qoymalıdırlar”.

İnqilabın Rəhbəri hökuməti orta və kiçik müəssisələri xüsusilə diqqət mərkəzində saxlamağa çağırdı: “Bu xüsusi baxış bütün məsul şəxlsərin bəyəndiyi və icrasına söz verdikləri müqavimət iqtisadiyyatının əsas sütunudur. Onu da qeyd edim ki, bu sahədə müəyyən işlər də görülmüşdür”.

Həzrət Ayətullah Xamenei dedi: “Əgər qeyd edilən məsələlərlə bağlı ciddiyyət göstərilsə, sanksiyalar sözün əsl mənasında fürsətə çevrilər. Necə ki, son aylarda bəzi məhsulların idxalı çətinləşdiyi üçün bəzi məsul qurumlar elm əsaslı şirkətlərə müraciət etdilər və gənclər, elm əsaslı şirkətlər, universitet cihadı və istehsal komplekslərinin imkanlarının müəyyən bir miqdarından istifadə edildi”.

İslam İnqilabının Rəhbəri çıxışının başqa bir yerində qeyd etdi ki, istehsalın çiçəklənməsinin dörd komponentə ehtiyacı var: “İşçi qüvvəsi, investisiya, texnologiya və iqtisadi idarəetmə”.

O, iranlı işçi qüvvəsinin insafən, misilsiz olduğunu dedi: “Bu həqiqət bu gün bəzi ölkələrin təfəkkür sahibləri tərəfindən də etiraf edilir”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, minimum 1800000000000000 nağd vəsait, habelə bir çox sahələrdə məqbul sayılacaq texnologiya var: “İqtisadiyyatın idarə edilməsi sahəsində kifayət qədər fəaliyyətlərin olmasına rəğmən istehsalın çiçəklənməsi prosesində mövcud olan problemlərin hiss olunacaq şəkildə azaldılması üçün böyük bir dəqiqliklə proqram tərtib edib fəaliyyət göstərmək lazımdır”.

Cari ildə sənaye istehsalı, kənd təsərrüfatı, energetika, neft-kimya, məişət əşyaları sahəsində bir növ hərəkətliliyin formalaşmasının mübarək bir iş olduğunu deyən Həzrət Ayətullah Xamenei bu hərəkətin gücləndirilməsinin vacibliyini vurğuladı: “Bu reallıq göstərir ki, ölkənin bu istiqamətdə çıxılmazlığının olduğundan danışanlar tamamilə səhv edirlər”.

İnqilabın Rəhbəri qeyd etdi ki, bu gerçəklər müdirlərin marağı, ümidi və səyini daha da artırmalıdır. O habelə ölkənin iqtisadi inkişafı və çiçəklənməsinin məqsədilə bağlı çox mühüm bir məsələyə də aydınlıq gətirdi.

O dedi: “İslam nöqteyi-nəzərindən ölkənin sırf zəngin olması arzuolunan deyil. İqtisadi inkişafın məqsədi sosial ədaləti təmin etmək və yoxsulluğun kökünü kəsməkdir. Əks təqdirdə ABŞ kimi inkişaf etmiş ölkələrdə olduğu kimi, zəif təbəqələrin dərin problemləri var”.

İslam İnqilabının Rəhbəri çıxışının davamında qeyd etdi ki, mədəniyyət ölkənin başqa bir prioritetidir: “Mədəniyyət sahəsində əcnəbilərin hərtərəfli və geniş hücumları ilə qarşı-qarşıyayıq. Mədəniyyət məsələlərinə aidiyyati olan məsul şəxslərin hamısı bu məsələyə ciddi diqqət ayırmalıdırlar”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “İslam dövlətinin düşmənləri açıq şəkildə bildirirlər ki, İslam Respublikası və İslam hakimiyyəti üzərində qələbə hərbi müharibə və iqtisadi sanksiya ilə qeyri-mümkündür. Mədəni nüfuz, beyinlər və şüurlara təsir göstərməklə, habelə ehtirasları təhrik etməklə bu məqsədə nail olmaq lazımdır”.

O, təşkilatlanmış anti-mədəni və anti-dəyər fəaliyyətlərinə işarə edərək dedi: “Bu mütəşəkkil fəaliyyətlərin incəsənət, kino, kitab və teatr kimi mədəni istehsalat sahəsinə nüfuz etməsinin qarşısını almaq lazımdır”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, biz ölkənin mədəni mühitinin bağlanmasının tərəfdarı deyilik, ancaq mədəni laqeydliliyə qarşıyıq: “Biz elə bir şəraitdə yaşayırıq ki, bizimlə qarşı-qarşıya dayanmış cəbhə və imperialist qurumlar bütün mədəni və incəsənət imkanlarını İslam dövlətinə zərbə vurmaq üçün işə salmışlar. Biz bu cəbhə qarşısında ciddi proqram işləyib hazırlamalıyıq”.

Həzrət Ayətullah Xamenei cəmiyyətdə gizli şəkildə təşkilatlanmış bəzi anti-mədəni fəaliyyətlərə işarə edərək dedi: “Maarif Nazirliyi, İslam Təbliğatı İdarəsi, Təhsil Nazirliyi, Elmlər Nazirliyi, Teleradio şirkəti, hətta informasiya qurumları da daxil olmaqla bütün mədəni qurumlar bu məsələyə çox həssas yanaşmalıdırlar”.

O qeyd etdi ki, mədəni məsələlər sahəsində ən mühüm cəhətlərdən biri qurumların baş və orta dərəcəli rəhbər işçilərinin roludur: “Əgər rəhbərlər dini, mədəni və etiqadi məsələlərdə rəhbərlik etdikləri qurumları açıq şəkildə nəzarətdə saxlayıb, bu işə birbaşa nəzarət etsələr, mütləq təsiri olacaqdır”.

İslam İnqilabının Rəhbəri cəmiyyətdəki hicab problemi ilə bağlı narahatlığın yerində və doğru olduğunu dedi: “Hicab şəri bir hökm və qanuni bir məsələdir. Bu sahədə birinci növbədə dövlət və hökumət idarələri, onların rəhbərləri ciddiyyət göstərməlidirlər ki, bu məsələ qanun əsasında həyata keçsin”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, dövlət strukturlarında çalışan rəhbərlərin dini standartlar və məzhəbin zahiri məsələlərinə riayət etməsi təsirlidir: “Ölkədəki dini hərəkət gücləndirilməlidir. Bu məsələ maddi inkişaflara da kömək edəcəkdir”.

O, çıxışının başqa bir yerində üç qurumun qarşılıqlı əlaqəsi, əməkdaşlığı və eyni istiqamətdə addımlamasının zəruri olduğunu vurğulayaraq prezidentin üç qüvvənin sinergetik fəaliyyətinin zəruriliyi ilə bağlı fikirlərini təsdiq etdi: “Müxaliflərlə mübarizədə ədalətli, rasional və ayıq davranmaq lazımdır. Nəzarətçi qurumlar elə davranmalıdırlar ki, onların fəaliyyətlərindən diskriminasiyalı, qərəzli və əl-qolu bağlayan nəticələr alınmasın”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, icraçı qüvvə ölkənin idarə edilməsində ağır vəzifə daşıyaraq vasitəçi rolunu oynayır: “Hər kəs bu həqiqəti diqqət mərkəzində saxlamalıdır. Təbii ki, dövlət məmurları da öz səbir və dözümlülüklərini artırmalı, ən kiçik məsələ və ya poblemdən ötürü dözümsüzlük göstərməməlidirlər”.

Düşməndən qorxmamaq Həzrət Ayətullah Xameneinin dövlət məmurlarına verdiyi başqa bir tövsiyə oldu: “Bəzən düşməndən qorxunu ifadə edən sözlər eşidirəm. Halbuki düşməndən həqiqətən, qorxmaq lazım deyil. Çünki bu düşmən İslam İnqilabının lap əvəvlindən mövcud olmuşdur. Nəyi bacrıbsa, onu da edib, ancaq uğur qazanmayıb”.

O əlavə etdi: “ABŞ, Avropa, hətta keçmiş SSRİ bu qırx ildə İslam Respublikasına qarşı bacardıqları hər şeyi ediblər, ancaq nəticə əldə etməyiblər. Təbii ki, çətinlik və narahatlıqlar yaradıblar, ancaq İslam dövlətinin hərəkət və inkişafına mane ola bilməyiblər”.

İslam İnqilabının Rəhbəri İslam Respublikasının siyasi, müdafiə və iqtisadi sahələrdəki nailiyyətləri və imkanlarının artmasına işarə edərək vurğuladı: “Düşmən heç nə edə bilməz. İkinci qırx ildə bizim üçün əvəvlki qırx ildən daha yaxşı, düşmənlər üçün isə daha pis olacaq”.

O, çıxışının sonunda Kəşmir məsələsinə işarə edərək bu regiondakı müsəlmanların vəziyyətindən narahatlıq hissi keçirdiyini dedi: “Bizim Hindistan dövləti ilə yaxşı əlaqələrimiz var. Ancaq Hindistan dövlətindən gözləntimiz və təvəqqemiz budur ki, nəcib Kəşmir əhalisinə qarşı ədalətli siyasət yürütsünlər və bu regionun müsəlman əhalisinə zor tətbiq edilməsin”.

İslam İnqilabının Rəhbəri Kəşmir əyalətinin indiki vəziyyəti, Hindistanla Pakistanın bu məsələdəki ixtilaflarının səbəbinin kontinenti tərk edərkən mənfur İngiltərənin həyata keçirdiyi fəaliyyətlər olduğunu dedi: “İngilislər Kəşmirdəki münaqişənin davamlılığı üçün adıçəkilən əyalətə bu yaranı qəsdən vurdular”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən ölkə başçısı cənab Ruhani 96-ci ildə Kermanşahda baş verən zəlzələdən və 98-ci il selindən zərər çəkmiş insanlarla bağlı həyata keçirilmiş tədbirlərə işarə edərək bəzi sahələrdə, o cümlədən buğda istehsalında özünü təminin davam etdiyini dedi: “Sanksiyaların olmasına baxmayaraq, əsas məhsulların təmini və saxlanması sahəsində yaxşı və etibarlı şəraitə malikik”.

Cənab Ruhani keçən ilin əmtəə və valyuta bazarındakı qeyri-sabitliyə işarə edərək dedi: “ABŞ-ın məhsul ixracatı və idxalatının qarşısını almaq üçün göstərdiyi hərtrəfli səylərə baxmayaraq, bazarda balans və sabitlik yarada bildik”.

Prezident İran xalqının təzyiqlər qarşısındakı səbir və müqavimətini yüksək qiymətləndirərək dedi: “Bu gün beynəlxalq səviyyədə ABŞ bir küncə çəkilmiş əhd sındıran kimi tanınır. Beynəlxalq assambleyalarda ABŞ-ı birinci dəfə hüquqi cəhətdən iki növbədə qınadıq”.

Prezident qeyd etdi ki, ABŞ-ın sanksiyaları terrorçu addımdır: “Bu gün ABŞ İran xalqına, iranlı uşaqlar, qadınlar və kişilərə qarşı iqtisadi terrorçuluq edir”.

Cənab Ruhani İranın HBFP-nin öhdəliklərinin azaldılması məsələsindəki qarşılıqlı addımlarına işarə edərək dedi: “Öhdəliklərin azaldılması məsələsində doğru yol seçmişik və bildiririk ki, səbrimizin bir həddi var. Onların öhdəlikləri pozması qarşısında tam öhdəliyi qəbul edə bilmərik”.

Prezident bildirdi ki, əgər 4+1 danışıqları uğurlu olsa, şərait dəyişə bilər: “Əgər danışıqlar uğursuz olsa, öz yolumuza davam edəcəyik”.

Cənab Ruhani əlavə etdi: “Qlobal güclər bilirlər ki, neftin tamamilə baykot ediləcəyi və İran neftinin ixracatının sıfra endiriləcəyi təqdirdə beynəlxalq sular əvvəlki kimi təhlükəsiz olmayacaq. Buna görə də İrana qarşı göstərilən birtərəfli təzyiq onların xeyrinə olmaz, onların region və dünyadakı təhlükəsizliyini sığortalaya bilməz”.

Prezident çıxışının başqa bir yerində bazarda stabillik yaratmaq üçün Mərkəzi Bank və dövlətin iqtisadi sahəsinin atdıqları addımlara işarə edərək dedi: “Valyutanın qiyməti müəyyən həddə qədər balanslaşdırılmışdır. Bundan əlavə, əhalinin əsas məhsulları və zəruri tələbatlarının təmin edilməsi məsələsindən arxayınıq”.

Cənab Ruhani əlavə etdi: “Statistikalar göstərir ki, bu ilin ordibehişt ayından başlayaraq inflyasiya hər ay nöqtəbənöqtə azalmaqdadır”.

Prezident qeyd etdi ki, dövlətin siyasəti xam neft satışının əvəzinə neft məhsullarının satışıdır: “Bunun üçün mövcud olan neftayırma zavodlarının işini genişləndirəcək, yeni neftayırma zavodları tikəcəyik”.

Prezident dedi: “Birinci addımda neft-qaz və dizel sahəsində özünütəmin həddini keçib ixracat həddinə nail olmuşuq. Bu gün də benzin sahəsində özünü təmin həddini adlayaraq benzin ixracatına nail olmuşuq”.

Cənab Ruhani davam etdi: “Benzinin sistemsiz istehlakını azaltmalı və bu məqsəddən ötrü Ali İqtisadi Koordinasiya Şurasında uyğun bir standart təsdiq etməliyik”.

Prezident İnqilabın Rəhbərinin büdcə strukturunun dəyişdirilməsi və islahı ilə bağlı göstərişinə işarə edərək dedi: “Bu məsələdə bir qədər geciksək də snaksiya büdcə strukturunun dəyişdirilməsi üçün bir fürsət yaratmışdır”.

İşsizliyin azaldılması ilə bağlı məlumat verən cənab Ruhani elm əsaslı şirkətlərin rolunun artırılmasından da danışdı: “Əvvəlki illə müqayisədə turizm sahəsində 43% artım yaranmış və bu sahədə təqribən 300 min iş yeri yaradılmışdır”.

Prezident su, işıq, yol, səhiyyə, müalicə və kommunikasiya sahəsində kəndlərdə dəyişikliklərin olduğunu xəbər verdi: “Gün ərzində 20 kənd milli informasiya şəbəkəsinə qoşulur, 10 kənd qaz xəttinə, hər həftə isə 30 kənd içməli su xəttinə qoşulur”.

Cənab Ruhani hökumətin İmdad və Rifah Komitəsinin himayəsində olan zəif təbəqəsinə olan xüsusi diqqətinə işarə edərək dedi: “Hökumətin bu günə qədər olan uğurları Allahın lütfü, Rəhbərin yönləndirməsi və xalqın iştirak və dəstəyi sayəsində olmuşdur. Əgər bu üçü olmasaydı, ölkəni böyük bir qlobal hiylə qarşısında idarə edə və xalqın ehtiyaclarını ödəyə bilməzdik”.

Prezident hər üç qüvvənin sinergetik əlaqəsinin zəruriliyinə işarə edərək dedi: “Əgər bütün qurumlar bir-birlərinin yanında yer alaraq bir-birlərinə yardım etsə, daha böyük sürətlə sanksiyaları adlayarıq, xalqın problemləri daha sürətlə həll olar və ABŞ-ı diz çökürdərik”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /