01 avqust 2019-cu il tarixində cihadçı qrupların bir qrup nümayəndəsi İslam İnqilabının Ali Rəhbəri ilə görüşdü.
Həzrət Ayətullah Xamenei bu görüşdə cihadçı düşüncə və əməldə sərhədsiz inkişaf, cihadçı hərəkətlərin ümumi diskursa çevrilməsinin zəruriliyi və doğru yolda sabitqədəm olmağın zəruriliyi məsələlərini xüsusilə vurğuladı.
İslam İnqilabının Rəhbəri bu səmimi görüşdən bir gün sonra da Qurucu Könüllülər və Cihadçı Təçkilatların Gənc Üzvlərinə Müraciət formasında bəzi məsələləri qeyd etdi. Sözügedən müraciət bu gün (çərşənbə günü) Həzrət Əbdüləzim Həsəninin pak hərəminin müsəllasında cihadçı təşkilatların 1500 nümayəndəsi qarşısında oxundu.
İslam İnqilabının Rəhbərinin müraciətinin tam mətni
Allahın adı ilə
Qurucu Könüllülər və Cihadçı Təşkilatların əziz gəncləri!
Dünən əyani görüşümüzdə səsləndirilən fikirlərə bir neçə söz əlavə etmək istəyirəm:
Birincisi: İşiniz qiymətlidir. Mənim kimi bir adamın təşəkkürü onun haqqını ödəyə bilməz. Allahın təşəkkürü nəsibiniz olsun.
İkincisi: Cihadçı işinin mənası imandan qaynaqlanan iş və insanın potensialından daha çox istifadə edilməsi deməkdir. Bu ikisi bitməz-tükənməzdir. Deməli, sizin bu günkü işiniz onlarla, yüzlərlə dəfə keyfiyyətli, yüksək və geniş ola bilər.
Üçüncüsü: Cihadçıların fikri və əməli inkişafı (haqqında məlumat verdiniz) onları ibtidai və əl əməyi xidmətlərindən uzaqlaşdırmasın. O qoca qarının evi, divarları və dam örtüyünün təmiri sizə və böyük işlərinizə bərəkət və nur bəxş edəcək.
Dördüncüsü: “Ədalət və inkişafı reallaşdırmaq üçün xidmət göstərmək” şüarını ictimailəşdirin. İslam maarifinin Allah yolunda xərcləmək, yaxşı əməl və təqvada yardımlaşmaq, insanlara fayda vermək, ədalətin bərqərar edilməsi və bu kimi işlərin vacibliyi ilə bağlı yüzlərlə dərsi ehtiva edən maarifini ölkənin milyonlarla gəncinə çatdırın.
Beşincisi: Xidmətçi cihadı xidmət obyektinə fayda verməzdən əvvəl xidmətçinin özünə fayda verir. Başqalarına fayda vermək üçün öz şəxsi mənfəətindən keçmək qəlbi işıqlandırır, fikir və düşüncəni inkişaf etdirir, iradəni möhkəmləndirir, ən üstünü isə, Allahın razılığını cəlb edir.
Bunu öz danışığınız və əməlinizlə hələ xidmət vadisinə ayaq basmamış insanlara göstərin.
Altıncısı: Xidmət mühitində gözəl əxlaq və möminə xas davranış, haramlardan çəkinmək və müstəhəbləri yerinə yetirməklə ətrafınızı iman və saleh əməl rayihəsi ilə ətirləndirin.
Yeddincisi: Xidmət göstərilən regionun öz əhalisini, xüsusilə gəncləri xidmət işinə ortaq edin. Bu özü də onlara göstərilən böyük bir xidmətdir.
Səkkizincisi: Cihadçı qrupların bir-biri ilə qarşılıqlı əlaqələrini yaradın, habelə əl-qolunuzu bağlayan ənənəvi idari əlaqələrə yol vermədən onlara dəstək vermək gücündə olan qurumlarla onlar arasında əlaqə yaradın.
Doqquzuncusu: Gündən günə artmaqda olan işləriniz, nailiyyətləriniz, uğurlarınız və imkanlarınız haqqında yaradıcı şəkildə hər kəsə məlumat verin. Onlara göstərin ki, sizin ölkənin insan potensialının yalnız kiçik bir guşəsinə əsaslanan uğurlu cihadınız nə qədər gözəl və şövqlüdür.
Allahın salavat və salamı olsun Həzrət İmam Əbucəfər Cavadın (ə) pak ruhuna
Seyidəli Xamenei
30 zilqədə 1440
11 mordad 1398
Cümə günü
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir