Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Trampı mesaj mübadiləsinə layiq görmürəm

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı) səhər Yaponiyanın baş naziri cənab Şindzo Abe və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə vurğuladı: “İran İslam Respublikası ABŞ-a qətiyyən güvənmir və HBFP çərçivəsində ABŞ-la daha öncə baş tutmuş müzakirərlərin acı təcrübəsi heç bir vəchlə təkrarlanmayacaq. Çünki heç bir azad və ağıllı xalq təzyiq altında olan müzakirəni qəbul etməz”.

Görüşün əvəvlində Yaponiyanın baş naziri cənab Şindzo Abe Ali Məqamlı Rəhbərə dedi: “Mən ABŞ prezidentinin mesajını zat alilərinə çatdırmaq istəyirəm”.

İslam İnqilabının Rəhbəri Yaponiyanın baş nazirinə dedi: “Sizin ciddiyyətinizə və xoş niyyətli olmağınıza bizim heç bir şübhəmiz yoxdur. Lakin ABŞ prezidenti ilə bağlı qeyd etdiyiniz məsələyə gəlincə, deməliyəm ki, mən şəxsən Trampı heç bir mesaj mübadiləsinə layiq görmürəm, ona veriləsi heç bir cavabım yoxdur və olmayacaq da”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Mənim qeyd edəcəyim məsələlər Yaponiyanın baş naziri ilə danışıqlar çərçivəsindədir. Çünki Yaponiyanı özümüzə dost ölkə bilirik. Baxmayaraq ki, gileylərimiz də var”.

O, Yaponiyanın baş nazirinin “Tramp dedi ki, ABŞ İrandakı rejimi dəyişmək niyyətində deyil” mesajına və onların bu məsələ ilə bağlı söhbətlərinə işarə edərək dedi: “Bizim amerikalılarla problemimiz rejimin dəyişdirilməsi məsələsi ilə bağlı deyil. Çünki onların belə bir niyyətləri olsa da belə, onu həyata keçirmək iqtidarında deyillər. Belə ki, ABŞ-ın əvvəlki prezidentləri də keçən qırx il ərzində İran İslam Respublikasını devirmək üçün çox çalışsalar da, bacarmadılar”.

İslam İnqilabının Rəhbəri dedi: “Trampın rejimi dəyişmək niyyətindən olmadığını deməsi bir yalandır. Çünki bunu bacarsaydı, edərdi, sadəcə, bacarmır”.

Həzrət Ayətullah Xamenei Yaponiyanın baş nazirinin “ABŞ nüvə məsələsi çərçivəsində danışıqlar aparmaq istəyir” mesajına və onların bu məsələ ilə bağlı söhbətlərinə işarə edərək dedi: “İran İslam Respublikası beş-altı ilə müddətində amerika və avropalılarla 5+1 çərçivəsində nüvə məsələsini müzakirə etdi və bir nəticəyə də nail oldu. Ancaq ABŞ bu qəti razılaşmanı pozdu. Bu səbəbdən hansı ağlı başına olan bir adam bütün razılaşmaları pozmuş bir ölkə ilə yenidən müzakirə aparar?”

İslam İnqilabının Rəhbəri ABŞ İranın nüvə silahı hazırlamasının qarşısını almaq niyyətindədir - deyən Yaponiyanın baş nazirinin bu sözlərini belə cavablandırdı: “Bizə nüvə silahına qarşıyıq. Mənim dini fitvama görə, nüvə silahı düzəltmək haramdır. Ancaq bunu bilin ki, əgər bizim nüvə silahı düzəltmək niyyətimiz olsaydı, ABŞ heç nə edə bilməzdi. ABŞ-ın icazə verməməsi heç bir maneə yaratmır”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, nüvə silahı toplamaq da ağla zidd hərəkətdir: “ABŞ-ın hansı ölkənin nüvə silahına sahib olması, hansının olmaması ilə bağlı söz deməyə haqqı çatmır. Çünki ABŞ öz anbarlarında bir neçə min nüvə başlığı saxlayır”.

O, Yaponiyanın baş nazirinin ABŞ-ın İranla dürüst müzakirələr aparmaq niyyətində olduğunu ifadə edən fikirlərinə işarə edərək dedi: “Biz bu sözlərə qətiyyən inanmırıq. Çünki Tramp kimi bir adamdan dürüst müzakirələr baş verməz”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Amerikalı rəsmilər arasında dürüstülk çox nadirdir”.

Həzrət Ayətullah Xamenei Yaponiyanın baş nazirinə dedi: “ABŞ-ın prezidenti bir neçə gün əvvəl zat aliləri ilə söhbət etdi, İran haqıqnda da danışdılar. Ancaq Yaponiyadan qayıtdıqdan sonra dərhal İranın neft-kimya sənayesi ilə bağlı sanksiya qərarını elan etdi. Bu dürüstlük mesajıdırmı? Bu, onun dürüst müzakirə niyyətində olduğunumu göstərir?”

O vurğuladı: “Biz son bir neçə ildə ABŞ-la aparılan müzakirənin acı təcrübəsini heç bir vəchlə təkrarlamayacağıq”.

İslam İnqilabının Rəhbəri HBFP çərçivəsində ABŞ-la aparılan müzakirə prosesinə işarə edərək dedi: “Nüvə razılaşmaısndan sonra HBFP-nı pozan ilk şəxs Obama oldu. Bu həmin adamdır ki, İranla müzakirə aparılmasını istəmiş, vasitəçi də göndərmişdi”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu bizim təcrübəmizdir. Cənab Abe, bilin ki, biz bu təcrübəni təkrar etməyəcəyik”.

O, Yaponiyanın baş nazirinin “Tramp dedi ki, ABŞ-la müzakirə İranın inkişafına səbəb olacaq” fikrinə münasibət bildirərkən dedi: “Biz Allahın lütfü ilə ABŞ-la müzakirə aparmadan və sanksiyanın olmasına rəğmən, inkişafa nail olacağıq”.

İsalm İnqilabının Rəhbəri Yaponiyanın baş nazirinin İran İslam Respublikası ilə olan əlaqələrin genişlənidirilməsi təklifini müsbət qarşılayaraq dedi: “Yaponiya Asiyada mühüm bir ölkədir. Əgər İranla əlaqələri genişləndirmək istəyirsə, bəzi mühüm ölkələr kimi, qəti iradəsini ortaya qoymalıdır”.

O, ABŞ-ın İran xalqı ilə olan qırx illik düşmənçiliklərinə və bu düşmənçiliklərin davam etməsinə işarə edərək dedi: “Biz inanırıq ki, ABŞ-la müzakirə aparmaqla bizim problemlərimiz həll olmayacaq. Heç bir azad xalq təzyiq altında baş tutan müzakirəni qəbul etməz”.

İslam İnqilabının Rəhbəri Yaponiyanın baş nazirinin “amerikalılar öz təfəkkür tərzlərini və inanclarını həmişə digər ölkələrə təlqin etmək istəyirlər” məzmununu ifadə edən sözlərinə işarə edərək dedi: “Sizin bu gerçəkliyi təsdiq etməyiniz yaxşıdır. Bunu da bilin ki, amerikalılar öz baxışlarını təlqin etməkdə heç bir hədlə kifayətlənmirlər”.

Dövlət başçımız cənab Ruhaninin də iştirak etdiyi bu görüşdə cənab Şindzo Abe Tehranda baş tutan danışıqlardan ümidvar olduğunu və bu danışıqların əməkdaşlıqlara daha böyük zəmin yaradacağını dedi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /