Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Gənclər Fələstinin öz sahiblərinə qayıtdığı günü görəcəklər

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər dövlətin məsul şəxsləri, İslam ölkələrinin səfirləri, xalqın ayrı-ayrı təbəqələrindən olan nümayəndələri ilə görüşdə Fitr bayramının mesajının İslam ölkələrinin birliyi və vəhdəti, İslam ümməti məzmununa qayıdış olduğunu dedi: “İslam dünyasının bu günkü problemlərinin əlacı Qurani-Kərimin “Kafirlərə qarşı sərtdirlər” və “Öz aralarında mehribandırlar” istəyinə qayıdışdadır. Bu istəyi gerçəkləşdirməkdən ötrü İslam alimləri və ziyalılarının üzərinə ikiqat vəzifə düşür”.

İslam İnqilabının Rəhbəri hər kəsi Mübarək Fitr bayramı münasibətilə təbrik etdikdən sonra düşmənlərin müsəlmanlar arasında gərginlik yaratmaq, müharibə odunu yandırmaq və qruplaşma salmaq üçün planlar hazırladığını dedi: “İslam ölkələri bir-birlərinin qarşısında yer almaq əvəzinə qəsbkar düşmənin Fələstindəki cinayətkar fəaliyyəti qarşısında mövqe tutmalıdır”.

Həzrət Ayətullah Xamenei sionist rejimlə saziş bağlamaq və ixtilaf salmaq istəyində olan bəzi İslam ölkələrinə tövsiyələr verərkən onlardan tutduqları yoldan tövbə edib qayıtmalarını istədi: “Liviya kimi bir İslam ölkəsində nə üçün iki qrup bir-birinə qarşı çıxmalı, bir-birinin qanını axıtmalıdır? Nə üçün İslam dövləti olduğunu iddia edən bir ölkə Yəmən xalqının və bu ölkənin infrastrukturlarını bombalamalı, düşmənlərin istək və rəyinə uyğun davranmalıdır?”

O, Fələstin probleminin İslam dünyasının birinci dərəcəli problemi olduğunu vurğuladı, ABŞ və sionist rejimin məqsədləri uğrunda səy göstərən bəzi İslam ölkələrini tənqid edərək dedi: “İran İslam Respublikası ilk gündən Fələstin xalqının müdafiəsinə qalxaraq imperializm dünyasının qarşısında dayandı və bu müqavimətini davam etdirəcəkdir”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, qələbə Fələstin xalqının olacaq: “İslam Respublikası yəhudilərin dənizə tökülməli olduğunu deyən bəzi keçmiş ərəb rəhbərlərindən fərqli olaraq hesab edir ki, Fələstin xalqı hərbi, siyasi və mədəni yönlərdən apardığı hərtərəfli mübarizəni qəsbkarlar bu xalqın iradəsi qarşısında təslim olana qədər davam etdirməlidir”.

Həzrət Ayətullah Xamenei İslam Respublikasının Fələstinin müsəlman, xristian və yəhudi əhalisindən, habelə fələstinli köçkünlərdən bu ölkənin hakimiyyət sisteminin hüdudları ilə bağlı rəyinin alınması təklifini irəli sürdüyünü xatırladaraq dedi: “Fələstin xalqının mübarizəsi həmin günə qədər davam etdirilməlidir. Sülhməramlı, humasnist və dünyanın bütün ağıllı insanlarının qəbul etdiyi bu mübarizədə Fələstin xalqı Allahın lütfü ilə öz son qələbəsinə nail olacaq və gənclər Fələstin dövlətinin Fələstin xalqına qaytarılacağı günü görəcək”.

İslam İnqilabının Rəhbərindən əvəvl çıxış edən cənab Ruhani Ramazan ayının səbr, özüntərbiyə, xalqın düşmənlər qarşısındakı siyasi və beynəlxalq müqavimətinin çiçəkləndiyi bir ay olduğunu dedi və vurğuladı ki, ABŞ nüvə razılaşmasından çıxdıqdan sonra dövlətin və xalqın sərgilədiyi strateji səbir onların hesablamalarının darmadağın olmasına səbəb oldu: “İndi strateji səbirdən bir il sonra öz öhdəliklərimizdən addımbaaddım geri çəkilsək, dünyada heç kəs bizi qınaya bilməz. Biz müqaviləni pozanlar qarşısındakı nüvə razılaşması imkanlarından istifadə etməliyik”.

Cənab Ruhani qeyd etdi ki, düşmənlər qarşısında tutmalı olduğumuz yol İslam İnqilabının Rəhbərinin Böyük İmamın (r.ə) anım mərasimində bəyan etdiyi yoldur: “Bizim yolumuz və istiqamətimiz şücaətli, ümidverici, rasional və innovativ olacaq. Bu yolda və bu istiqamətləndirmə ilə öz uca məqsədimizə, o cümlədən istehsalın daha da yaxşılaşdırılması ilində iqtisadi və sosial məqsədlərə nail olacağıq”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /