Minlərlə tələbənin bu gün (çərşənbə günü) günortadan sonra İslam İnqilabının Ali Rəhbəri ilə təşkil etdiyi görüşdə tələbələrin elmi, mədəni, sosial, siyasi və sinfi təşkilatlarının nümayəndələri iki saat müddətində günün müxtəlif məsələləri ilə bağlı görüşlərini və narahatlıqlarını bildirdilər. Həzrət Ayətullah Xamenei də tələbələrin toxunduğu məsələlərlə bağlı mühüm nüansları qeyd edərək gənclərin meydana giriş forması, habelə İslam İnqilabının parlaq perspektivinin reallaşması üçün ölkənin ümumi hırəkətinin sürətləndirilməsi strategiyasından danışdı.
İslam İnqilabının Rəhbəri çıxışının əvvəlində tələbə və gənclərə Allah-taala ilə əlaqəni gücləndirmək üçün Mübarək Ramazan ayının misilsiz fürsətindən faydalanmağı tövsiyə etdi: “Quran, namaz və dua ilə olan bu qiyməli ünsiyyət fürsətini gözəl və qalıcı adətə çevirin”.
Həzrət Ayətullah Xamenei çıxışının davamında bu günkü tələbə toplantısının yüksək əhval ruhiyyəli bir toplantı olduğunu, həyat dolu gənclik ruhiyyəsinin inkişafa və ölkənin fürsətlərindən istifadə edilməsinə səbəb olduğunu dedi: “Tələblərinizdə, əsasən, dərdlərinizi və narahatlıqlarınızı bildirdiniz. Mən də narahatlıqların və problemlərin deyilməsindən yanayam, ancaq unutmayın ki, yüksək əhval ruhiyə və tələbkarlıq yaxşı olsa da, irəli sürdüyünüz fikir və tənqidlərdə diqqətli olmağınız lazımdır. Çünki danışıq zamanı göstərilən diqqətsizlik Allah tərəfindən cəzalandırılmaya səbəb olmaqla yanaşı, digər arzuolunmaz nəticələrə də yol açır”.
İslam İnqilabının Rəhbəri daha sonra tələbələrin qeyd etdiyi məsələlərə toxunaraq onların “Mövcud problemlər və qüsurlar struktur problemindən qaynaqlanır, yoxsa işçilərin zəifliyindən?” sualına belə cavab verdi: “Konstitusiyanın strukturu yaxşıdır, heç bir problemi yoxdur. Təbii ki, bütün ölkələrdə, o cümlədən bizim ölkəmizdə də strukturlar zaman-zaman təkmilləşir, nöqsanlar və boşluqlar aradan qaldırılır. Məsələn, keçmişdə Dövlət Məsləhət Şurası olmayıb, ancaq bu gün var”.
Onun Parlament sistemi ideyasına cavabı belə oldu: “Bu məsələləri konstitusiyaya təkrar baxış iclasında geniş müzakirə etdik və bu günkü nəticəyə gəldik. Çünki ölkə üçün parlamentli sistemin problemləri prezidentli sistemin problemlərindən çoxdur”.
İnqilabın Rəhəri bu sualla bağlı cavabını yekunlaşdırarkən dedi: “Strukturda heç bir problem yoxdur. Təbii ki, onu azaltmaq və artırmaq imkanları var. Sadəcə, müxtəlif işçilər, formalar, səhlənkarlıqlar, bacarıqsızlıqlar və yanaşmalar var ki, bu da qüsurların ortaya çıxması ilə nəticələnir. Təbii ki, biz rəhbərlərin səhvləri sadə insanların səhvləri kimi deyil, cəmiyyətdə böyük boşluqlar yaradır”.
Həzrət Ayətullah Xamenei daha sonra tələbələrdən birinin uyğunsuz özəlləşdirmə prosesinin tənqidi və onun dayandırılması ilə bağlı istəyinə münasibət bildirdi.
O, özəlləşdirmə sahəsində yol verilmiş böyük səhvlərə işarə edərək dedi: “Bu məsələ ilə bağlı dəfələrlə xəbərdarlıqlar etmişəm. Onların bəzisi də parosesin düzəlməsi və ya dayanması ilə nəticələnib. Özəlləşdirmə prinsipi ölkəmiz və iqtisadiyyatımızın aşkar ehtiyacıdır. Onun qarşısını almaq olmaz, sadəcə, özlləşdirmədə yol verilən nöqsan və səhvlərin qarşısını almaq lazımdır”.
Həzrət Ayətullah Xamenei bu toplantıda irəli sürülmüş başqa bir məsələyə toxunaraq vurğuladı: “Mən həmişə inqilabçı gənclər cərəyanını dəstəkləmiş və dəstəkləməkdə davam edirəm. Ancaq bu heç də inqilabçı gənclərdən bir neçəsinin yol verə biləcəyi yanlış və qüsuru təsdiq etməyim kimi başa düşülməməlidir”.
Çünki mən yanlışı dəstəkləmirəm, ancaq inqilabçı gənci dəstəkləyirəm. Əgər bunun əksi söylənsə, qətiyyət inanmayın və qəbul etməyin”.
Tələbələrdən birinin “Bəziləri HBFP-nın təsdiqinin Rəhbərə aid edilməsinə səy göstərirlər” məzmunlu fikrinə və bu barədəki sualına İslam İnqilabının Rəhbəri belə cavab verdi: “Sizin təbii ki, gözünüz və ağlınız var və hər şeyi başa düşürsünüz. HBFP ilə bağlı cavabdeh şəxslərə göndərdiyim məktubda təsdiqin hansı formada olmasına aydınlıq gətirmişəm. Həmin məktubda təsdiqin hansı şərtlər daxilində olmasını qeyd etmişəm”.
O əlavə edi: “Əgər həmin şərtlər və xüsusiyyətlərə əməl edilməsə, rəhbərin vəzifəsi deyil ki, ortada müdaxilə edib HBFP-nın icrasını qadağan etsin”.
Həzrət Ayətullah Xamenei dedi: “Bu cür icra məsələlərində rəhbərin vəzifəsi ayrıca bir kateqoriyadır. Hesab edirəm ki, icra məsələlərində rəhbər müdaxilə etməməli və hər hansı işi görməməli və ya onun qarşısını almamalıdır. Yalnız İnqilabın ümumi hərəkətinə aid olan məqamlar istisnadır”.
O dedi: “Mənim HBFP-nin icra şəklinə çox da inamım yox idi və dəfələrlə bu məsələ ilə bağlı cavabdeh şəxslərə, o cümlədən prezidentə və xarici işlər nazirinə bunu demiş və bir çox məsələlərdə xəbərdarlıq etmişdim”.
İslam İnqilabının Rəhbəri tələbələrə tənqidlərin forması ilə də bağlı açıq bir tövsiyə verdi: “Bəzi dostlar tənqidlər səsləndirdilər; yaxşı idi, bəzisi də yerində idi. Ancaq tənqidin ahəngini sərt etməyin. Tənqidləri səsləndirərkən qarşı tərəfə zəif cəhət buraxmayın. Elə danışmayın ki, sizi məhkəməyə versinlər. Danışarkən və açıqlama verərkən ifrat və təfritdən, habelə hər hansı təşkilatı qətiyyətlə inkar etməkdən çəkinin. Sizlər mənim övladlarımsınız, çalışın fikirlərinizi düzgün ifadə edəsiniz”.
Həzrət Ayətullah Xamenei daha sonra tələbə təşkilatlarının daxili, regional və beynəlxalq arenalardakı bəzi fəaliyyətlərinə, xüsusilə keçən bir ildə gördükləri işlərə işarə edərək dedi: “Tələbə təşkilatlarının fəhlələrə verdikləri dəstəklər, Həft təpe şəkər qamışı aqrosənaye və Təbriz Maşınqayırma şirkətlərindəki iş təklifləri formasına qatılmaları, bəzi məqamlarda üç qüvvə və Dövlət Məsləhət Şurası qarşısında tələblər qoymaları, habelə Yəmən xalqına dəstək vermək üçün konfranslar təşkil etmələri, Yeni Zellandiya və Nigeriyada baş vermiş hadisələrlə bağlı mövqe bildirmələri yaxşı tədbirlərdir”.
O, tələbə təşkilatlarına ruhi və mənəvi qüdrətlərini nümayiş etdirməklə yanaşı, mətinlik və rasionallığa da riayət etməyi tövsiyə etdi: “Toplantılarda və tələbatlarda məntiqli söz effektiv olacaq. Mən bu hərəkətləri dəstəkləməklə yanaşı, onların davam etdirilməsini də istəyirəm”.
İslam İnqilabının Rəhbəri kitab oxumaq hərəkatı və davamlı mütaliənin zəruriliyi ilə bağlı tələbələrə verdiyi əvvəlki tövsiyəsini yada salaraq dedi: “Təəssüflər olsun ki, bu hərəkət arzuolunan sürətlə getmir. Tələbə təşkilatları və düşüncə qrupları tələbələr üçün mütaliə proqramlarının işlənib hazırlanması ilə bağlı işlər görməlidirlər”.
Həzrət Ayətullah Xamenei çıxışının əsas hissəsinin girişində ikinci addım bəyanatına işarə edərək dedi: “Bu bəyanat İslam İnqilabının keçmişi, indiki dövrü və gələcəyi ilə bağlı ümumi təsvirdir. Həmin bəyanat dörd əsas və açar məsələni ehtiva edir: 1. İslam İnqilabının baş verməsi və əbədiliyinin əzəməti; 2. İslam İnqilabının bu günə qədərki fəaliyyətinin əzəməti; 3. İslam İnqilabının çatmalı olduğu perspektivin əzəməti; 4. Məsuliyyətli gənc qüvvənin inkişaf istiqamətindəki əzəməti”.
İslam İnqilabının Rəhbəri vurğuladı ki, İnqilab keçən qırx il ərzidnə müxtəlif milli və humanitar sahələrdə, o cümlədən siyasi, sosial, elmi, ədalət və azadlıq sahələrində yüksək funksionallıq göstərmişdir: “İndi isə gənclərin effektiv iştirakı dövlət idarəçiliyi sistemində dəyişikliyə səbəb ola bilər. Bunun üçün İslam İnqilabının ali məqsədləri və perspektivi istiqamətində nizam-intizamlı, sürətli, hiss olunan inkişafla müşayiət olunan, məsuliyyətli və hizbullahçı gənclərin əsas mərkəzdə yer aldığı ümumi bir hərəkata ehtiyac var”.
İslam İnqilabının Rəhbəri İkinci addımın dörd əsas prinsipini qeyd etdikdən və İnqilabın parlaq perspektivinə nail olmaq üçün ümumi bir hərəkat yaradılmasının çox mühüm əhəmiyyət daşığıdığını bildirdikdən sonra ortaya belə bir əsaslı sual qoydu: “Gənclər necə və hansı prosesdə bu ümumi hərəkata qoşula və onda rol oynaya bilərlər?”
O, cavaba keçməzdən əvvəl giriş xarajterli belə bir cümlə işlətdi: “Hər bir nizam-intizamlı, doğru və məntiqli olan ümumi hərəkatın dörd komponentə ehtiyacı var: Səhnənin yaxşı tanınması, bəlli istiqamət, ümidverici amil və ya amillərdən istifadə, bu ümumi hərəkatı yönləndirmək üçün əməli həll yollarının seçilməsi”.
Həzrət Ayətullah Xamenei hər bir ümumi hərəkatda səhnənin yaxşı tanınmasına ehtiyacın olması məsələsi ilə bağlı bunları dedi: “Bu hərəkatın mərkəzi və hərəkətvericisi olan şəxslər səhnədəki komponentləri kifayət qədər yaxşı tanımalı və bilməlidirlər ki, İslam Respublikası hansı vəziyyətdədir, fürsətlər və təhdidlər hansılardır, dostlar və düşmənlər kimlərdir”.
İnqilabın Rəhbəri hər bir ümumi hərəkatın ikinci komponenti olan bəlli mövqe ilə bağlı bunları dedi: “İran xalqının ümumi hərəkatının istiqaməti İslam cəmiyyətinin yaradılması, sonda mütrəqqi İslam mədəniyyətinin təşkili istiqamətidir”.
O, parlaq və ümidverici nöqtənin olmasının hər bir ümumi hərəkatın inkişafı və davamlılığına səbəb olduğunu dedi: “İran xalqının böyük işlərin təşəkkülü və başa çatdırıılması məsələsindəki sübuta yetmiş potensialları (İslam İnqilabının qələbəsi və davamlılığında özünü tam şəkildə göstərdi) İran xalqının dövlətin parlaq məqsədləri və perspektivinin reallaşması istiqamətindəki ümumi hərəkatının ən mühüm ümid nöqtəsidir”.
İnqilabın Rəhbəri Allahın Onun dininə yardım gösərənlərə yardım göstərəcəyini ifadə edən doğru və qəti vədinin başqa bir ümidverici nöqtə olduğunu dedi: “Qərb mədəniyyətinin tənəzzülü və tərəddüdsüz süqutu – təbii ki, bu bir qədər zaman alacaq – İran xalqının ümumi hərəkatı prosesinin digər ümidverici nöqtəsidir”.
O qeyd etdi ki, hər bir ümumi hərəkatın dördüncü komponenti əməli həll yollarının təqdim edilməsidir: “Bu dörd komponentin ictimaiyyətə izah edilməsi dinamik təfəkkürə və səlis nitqə ehtiyac var. Lakin cəmiyyətin, xüsusilə gənclərin böyük karvanının irəliləməsi üçün dördüncü komponentin həm də proqramlaşdırmaya, yönləndirməyə, anbaan fəaliyyətə və nəzarətə ehtiyacı var”.
İslam İnqilabının Rəhbəri bu aspektdən “Gənclər necə və hansı prosesdə bu ümumi hərəkata qoşula və onda rol oynaya bilərlər?” sualının cavabını verdi: “Xalqın böyük hərəkatını yönləndirmək üçün proqram işləyib hazırlamaq və həll yolu təklif etmək cərəyanlar və orta halqalar, o cümlədən əsasən, aydın və aktiv gənclərdən təşkil olunmuş, habelə cəmiyyətin ümumi hərəkatının mərkəz rolunu öz üzərlərinə götürə biləcək tələbə təşkilatlarının üzərinə düşür”.
O, gənclərin girişi və mərkəzdə dayanması ilə bağlı əyani nümunələri qeyd edərkən ölkənin dörd bir yanında, o cümlədən məscidlərdə mədəni qrupların təşkilini qeyd etdi: “Əvvəllər qeyd etdiyimiz ixtiyari atəş ifadəsi bu cür təşkilatlara aiddir”.
İnqilabın Rəhbəri mədəni qrupların İnqilabın ilk günündən bu günə qədərki dərin təsirinə işarə edərək dedi: “Harada iti və dinamik düşüncəli gənclər qrup yaradarlarsa, ətraf mühitə və xalqın ümumi hərəkatının qətiyyəti, hərəkəti, ayıqlığı və inkişaf etdirilməsi işində digər təşkilatlara da təsir göstərə bilərlər”.
Həzrət Ayətullah Xamenei siyasi qrupların təşkil edilməsinin gənclərin ölkənin ümumi hərəkatına daxil olması və buradakı effektiv iştirakı metodlarından olduğunu dedi: “Partiyaçılıq oyunu bərəkətsizdir. Ancaq siyasi mövzular və hadisələrin şərhi və analizi, bu analizin başqalarına transfer edilməsi məqsədi daşıyan siyasi qrupların təşkili çox əsaslı rol oynaya bilər”.
İnqilabın Rəhbəri qeyd etdi ki, universitetlərdə dəyirmi masaların və azad düşüncə dərnəklərinin təşkili gənclərin səhnədə effektiv iştirakının başqa bir metodudur.
O bu hərəkətin ləng olmasından narazı olduğunu dedi: “Gənclər rektor və digər rəhbər şəxslərin hərəkətini gözləməsinlər, özləri yaxşı araşdırma aparmaqla, dinamik düşüncəli və səlis nitqi olan fərdlərin iştirakı ilə bu dəyirmi masaları və azad düşüncə dərnəklərini təşkil etsinlər”.
Həzrət Ayətullah Xamenei dedi: “Hal hazırda tələbələrin çox hissəsi fəal təşkilatların üzvü deyil. Ancaq bu cür fəaliyyətlər həyata keçirilsə, tələbələrin çox hissəsi tələbə təşkilatlarına və fəaliyyətlərinə qoşulmaq üçün maraq göstərər”.
İnqilabın Rəhbəri tələbələrə tövsiyə etdi ki, xalqın ümumi hərəkatının ölkənin parlaq üfüqünün reallaşdırılması istiqamətinə yönləndirilməsi və bu hərəkatda iştirakı üçün univeristetlərin daxilində inqilabçı qruplar təşkil etsinlər, müqavimət prinsipli ölkələrin tələbələrini beynəlxalq və dünya səviyyəli məsələlərlə bağlı müzakirələrə dəvət etsinlər.
Həzrət Ayətullah Xamenei elmi qrupların təşkilinin və elmi əsaslı mərkəz və şirkətlərlə əməkdaşlıq edilməsinin də effektiv metodlardan olduğunu dedi: “Xidmətlərin təklifi, o cümlədən cihadçı qrupların ayrı-ayrı regionlara səfər etməsi çox mühüm həll yollarındandır. Bu fəaliyyət nə qədər gücləndirilsə və məqsədyönlü olsa, gənclərin səhnədəki yaradıcı rolunun miqyasını artıra bilər”.
“Xalqın məlumatlandırılması fəaliyyətləri”, yəni sui-istifadələr, qaçaqmalçılıq və bənzər məsələlərlə bağlı düzgün informasiya verilməsi və ayrı-ayrı siniflərin sosial məsələlərində iştirak İnqilabın Rəhbərinin gənclərin ölkənin ümumi hərəkatına necə qoşulması və effektiv rola malik olmasını ehtiva edən iki digər metod olduğunu dedi.
O əlavə etdi: “Təbii ki, bu həll yolları ölkənin ümumi strategiyası olan İslam cəmiyyətinə və mütərəqqi İslam mədəniyyətinə nail olmaq prinsipindən ilham almalıdır”.
Həzrət Ayətullah Xamenei çıxışının bu hissəsini bir növ yekunlaşdırarkən dedi: “Bu fəaliyyətlər məsuliyyətli gənc nəslin ölkənin idarəetmə sisteminə daxil olması ilə nəticələnəcək. Təbii ki, məsuliyyətli və sözün əsl mənasında hizbullahçı gənclər ölkənin yüksək adminstrativ heyətinə daxil olduqlarında ümumi hərəkat daha da sürətlənib yaxşılaşacaq”.
O, mühüm bir məsələni qeyd edərək dedi: “Gənclərin ölkənin ümumi hərəkət prosesinə daxil olması və orada effektiv rol oynaması məqsədilə həyata keçirilən fəaliyyətlər gənclərin təşkilatlarının elmi işləri və məqsədlərinə zərbə vurmamalıdır. Hər iki iş birlikdə aparılmalıdır. Çünki həm elmi sahədə yüksək nailiyyət əldə etmək olar, həm də cihadçı qruplarda, nəşryyatlarda və tələbə təşkilatlarında iştirak etmək olar”.
Həzrət Ayətullah Xamenei tələbə nəşriyyatları haqqında bunları dedi: “Bu nəşriyyatlarda fəaliyyət göstərən şəxslər təşkilar yaratmaqla tələbləik illərindən sonra da nəşriyyat sahəsindəki fəaliyyətlərini davam etdirə və faydalı ola bilərlər”.
O, gənclərin və təşkilatların dəvət gözləməsi məsələsinə işaə edərək dedi: “Tələbə təşkilatları dəvət gözləməməlidirlər, hər bir kəs və hər bir təşkila bacardığı sahədə spontan olmalıdır. Əlbəttə, meydana dinamik və sistemli fikir və düşüncə ilə daxil olmalı, problemlərə əhəmiyyət vermədən effektiv rol oynamalıdır”.
İnqilabın Rəhbəri düşmənlərin yumşaq planlarının puça çıxarılmasının gənclər və tələbə təşkilatlarının qeyd olunan həll yollarına əməl etməsinin mühüm nticələrindən olduğunu dedi: “Düşmən gənc nəsli iflic etmək məqsədilə onları ehtiras oyadan vasitələr, narkotik maddələr və virtual məkanda boş-boş fəaliyyətlərlə məşğul olmağa və ümidsizliyə sürükləməyə çalışır. Ancaq gənclər və tələbə təşkilatlarının ümidverici və sevinc bəxş edən hərəkətləri bu planı da iflasa uğradacaq”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, ölkənin müjdə və ümidverici amilləri məyusedici amillərindən çox-çoxdur. Daha sonra o, tələbələrin bu görüşdə qabartıqları bəzi məsələlərə işarə edərək vətənin əziz gənclərinə dedi: “Cavabdeh şəxslərdə və ya qurumlarda yüz problem görsəniz də qətiyyən ümidsizliyə qapılmayın, Allaha təvəkkül edib problemlərlə mübarizə apararaq gələcəyin parlaq üfüqünü reallaşdırın”.
O əlavə etdi: “Siz gənclər əmin olun ki, bəşəriyyətin düşmənləri olan ABŞ-ın yoxsul mədəniyyətinin və İsrailin süqutunun şahidi olacaqsınız”.
Görüşün əvvəlində tələbə təşkilatlarının 11 nəfər nümayəndəsi çıxış etdi. Həmin şəxslər bunlardır:
- Məhəmmədəmin Mehdipur, Tələbələrin İslam Cəmiyyəti Birliyinin baş direktoru
- Əmin Şərifi, Tələbə Heyətləri və Cihadçı Qrupların nümayəndəsi
- Taha Bayat, Gigiyena və Səhiyyə Nazirliyinin Tələbə Elmi Cəmiyyətlərinin nümayəndəsi
- Rza Bastani, Hüquq ixtisası üzrə doktorant və İntellektuallar Elmi Fondunun nümayəndəsi
- Səid Şəbaniyan, Universitetlərin Mədəni Mərkəzlərinin nümayəndəsi
- Əlirza Şərifi, Tələbə Bəsic Təşkilatının nümayəndəsi
- Məhəmmədhüseyn Səburi, Tələbə Ədalət Hərəkatı Birliyinin direktoru
- Rza Peyvəndi, Tələbə Nəşriyyatının nümayəndəsi
- Peyam Muradi, Müstəqil Tələbələrin İslam Cəmiyyətləri Birliyinin direktoru
- Nərgiz Hüseyni, Vəhdətin Möhkəmləndirilməsi İdarəsinin nümayəndəsi
- Mərziyə Əfşariyan, Azad İslam Universitetinin Tələbə Təşkilatlarının nümayəndəsi
Çıxış edən tələbələr iki saat müddətində tələbə cəmiyyətinin görüşləri və narahatlıqlarını bildirdilər
Tələbələr və tələbə təşkilatlarının çıxışlarının ən mühüm motivləri aşağıdakı məzmunları ehtiva edirdi:
- Məsulların daxili potensiallardan istifadə etməməsinin tənqidi
- Xalqın iştirak hissini gücləndirmək və seçkilərə sərf edilən külli miqdarda xərclər kimi xəsarətlərin qarşısını almaq məqsədilə seçki sisteminin islah edilməsinin zəruriliyi
- Oğlanların təmtəraqlı görünüşü və dəbdəbənin tənqidi
- İnqilabçı qadın və qızların şəxsiyyətinin təkrar tərifinin və onların sosial potebsiallarından istifadə etmək üçün proqram hazırlanmasının zəruriliyi
- Ali təhsil və təlim-tərbiyə müəssisələri arasında ayrıseçkilik edilməsinin tənqidi
- Universitetlərdə inqilabçı cərəyanlara dəstək verilməsinin vacibliyi
- Bəzi məktəblərdə 2030 saylı sənədin gizlində icra edilməsinin tənqidi
- Tədqiqata diqqət və bu sahədə istedadlı gənclərdən istifadə eidlməsinin əhəmiyyəti
- Mədəni İnqilab Ali Şurasının iclaslarının keçirilməməsinin tənqidi
- Sağlam həyat tərzinin dəyişdirilməsi üçün gənclərin ptensialından istifadə
- Məsulların universitetlərə gəlməməsinin tənqidi
- Universitetdə əsas məsələyə diqqət yetirilməsinin zəruriliyi, bütün təbəqələrin problemlərinin öyrənilməsi və onların həllinə çalışmaq
- Univeristet rəhbərlərinin mədəni fəaliyyətlər üçün büdcə ayrılmasına az əhəmiyyət verməsinin tənqidi
- Məhkəmə sisteminin struktur problemlərinin öyrənilməsi məqsədilə əhatəli tədqiqat planının hazırlanmasının zəruriliyi
- Korrupsiyanın qarşısını almaq məqsədilə məhkəmələrin şəffaflığı və məhkəmə proseslərinin açıq keçirilməsinin vacibliyi
- Azad Universitetdə təhsil haqqının ağır olmasına nəzarət, şəffaflıq, hərtərəfli nəzarət, inqilabçı və mömin rəhbərlərin işləməsi tələbi
- Xalqın məişət və iqtisadi prblemlərinin həlli üçün cavabdeh şəxslərin tədbir görməsinin vacibliyi
- Milli istehsala zərbə dəyməsi, bərabərsizlik və iqtisadi boşluğun dərinləşməsi ilə nəticələnən özəlləşdirmə formasının tənqidi
- Mədəni diplomatiya strukturunun islah edilməsinin zəruriliyi və bu sahədə mühafizəkar yanaşmanın olmasının tənqidi
- Xarici siyasətdə dövlətin real olmayan təsvirinin təqdimi ilə nəticələnən passiv yanaşmanın olmasının tənqidi
- Bəzi qorxaq və siyasi təsirə məruz qalmış şəxslərin dilindən ABŞ-la passiv müzakirə aparılmasının rədd edilməsi
- Pedaqoqlar, fəhlələr və tibb bacılarının tələblərinə lazımi şəkildə baxılmamasının tənqidi
- Bəzi oğlanların, partiyalar və mafiyalara bağlılığı olan bəzi fürsətçi gənclərin gənclik bəhanəsi ilə lift xarakterli inkişafının pislənməsi
- Fəaliyyətlərin təftişində şıffaflığın olmamasının tənqidi və Rəhbərlik adminstrasiyasının cavabdehliyinin zəruriliyi
- Cəmiyyətin ABŞ-ın qərarları qarşısında şərtləndirilməsindən çəkinməyin vacibliyi
- Tələbə nəşriyyatlarına qarşı münasibətlərin, onlarla mübahisə və baxış bucaqlarının toqquşmasının tənqidi
- Neft Nazirliyinin sanksiyalar çərçivəsindəki fəaliyyəti, büdcənin neft və xam neft satışından asılılığının tənqidi
- Milli valyuta dəyərinin, əhalinin alıcılıq gücünün aşağı düşməsi, habelə milyardlarla dollar dövlət vəsaitinin xüsusi dəstənin əlində cəmləşməsinin tənqidi
- Siyasi qrupların məsuliyyətsizliyi və başqalarının günahlandırmasının tənqidi
- Fürsətin əldən qaçırılması və siyasi münasibətlərin HBFP-la şərtləndirilməsinin tənqidi
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir