Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Fars dilinə görə narahatam, fars dilini məhv olmağa qoymayın

Əhli-beytin səxavətli nümayəndəsi Həzrət İmam Həsəni-Müctəbanın (ə) mübarək mövlud gecəsi münasibəti ilə Fars dili və ədəbiyyatı müəllimləri, gənc və qabaqcıl şairlərdən bir qrupu İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei ilə grüşdü.

Həzrət Ayətullah Xamenei bu görüşdə “İnqilab poeziyası” cərəyanının hərəkət və inkişafının ümidverici olduğunu dedi: “Təbii ki, digər poetik cərəyanlar da mövcuddur, ancaq “İnqilab poeziyası” cərəyanı məzmun, məzmun yeniliyi, söz və ifadə texnikası baxımından daha çox inkişaf etmişdir”.

İslam İnqilabının Rəhbəri şeir fenomeninin yaradılışın möcüzələrindən olduğunu dedi: “Şeir gözəllik xüsusiyyətinə malikdir. Bu imtiyaz şeiri effektiv və məsuliyyət hissi aşılayan bir vasitəyə çevirir ki, bu da öz növbəsində aydınlatma və yönləndirməyə xidmət vəzifəsi daşımalıdır”.

O, poeziyanın sırf bədii səciyyə daşıyan və müəyyən vəzifəyə xidmət edən şeirlər olmaqla iki qrupa bölünməsi və öhdəliyi olan şeirin şüar edilərək onun qiymətdən salınmasına səy göstərilməsi ilə müşayiət edilən xoşagəlməz bir səfsətənin mövcudluğuna işarə edərək dedi: “Dahi şairlərin, Hafiz, Sədi, Firdovsi və Mövləvi kimi Fars poeziyasının zirvələrinin şeirləri əxlaq, təlim, vəzifə, hikmət, irfan, mənəviyyat və xalis İslam dəyərləri ilə müşayiət olunur. Buna görə də şeirin bədii və estetik aspektini onun missiya və vəzifəsindən ayırmaq aşkar səfsətədir, qəflət və ya kəmsavadlıqdan irəli gəlir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, şeirin tövhid maarifi, Əhli-beytin (ə) üstün keyfiyyətləri, inqilab və ölkənin mühüm hadisələrinə və İslam dünyasının müxtəlif məsələlərinə həsr edilməsi poeziyanın yüksəlişinə səbəb olur: “Öz şeirlərinizdə xalqın gözəlliklərini, selə məruz qalmış insanlara yardım göstərilməsində xalqın fədakar iştirakının gözəl və əzəmətli qəhrəmanlığının təsvirini verin. Çünki bu, sizin şeirinizi xalqın kimlik bayrağına çevirir”.

O vurğuladı: “Xalqın kimliyini qorumaq çox mühümdür. Çünki kimliyini itirmiş xalq yadların əlində əriyib məhv olur”.

Həzrət Ayətullah Xamenei çıxışının başqa bir yerində fars dili ilə bağlı narahatlıq keçirdiyini dedi: “Mən fars dilinə görə, həqiqətən, narahatam. Çünki ümumi fonda fars dili təravətini itirməkdədir”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Mən teleradio şirkətindən narazıyam. Çünki doğru, düzgün, meyar və cilalanmış dil əvəzinə bəzən içi boş dilə, yanlış ifadələrə, ən pisi də xarici sözlərə rəvac verilir. Hər hansı tərcüməçi və ya yazıçının dilindən deyilmiş filan avropa mənşəli sözün yayımlanması həmin sözün ümumiləşməsinə və dilin zərərverici əlavələrə bulaşmasına səbəb olur”.

O, informasiya vasitələrində yad sözlərdən bol istifadə eidlməsini pisləyərək məsul şəxslərə səsləndi: “Qoymayın, Fars dili tərvatətini itirib məhv olsun”.

Həzrət Ayətullah Xamenei bayağı ifaədlərin, habelə bəzi mahnıların dayaz söz və ifadə tərkiblərinin seriyallar vasitəsilə televiziyadan yayımlanmasını tənqid etdi: “Fars dili əsrlərdir ki, əsasən, böyük şairlər tərəfindən qorunmuş, bu cür sağlam və bədii şəkildə bizə gəlib çatmışdır. Buna görə də biz dilin hörmətini saxlamalı, lıaqeydlik göstərib onu söz və ifadələri korlayan filan istedadsız şairə həvalə etməməli, sonra da beytül-malın pulu ilə teleradiodan, dövlət və qeyri-dövlət kanallarından yayılmasına imkan verməməliyik”.

Bu görüşdə 29 nəfər gənc və qabaqcıl şair İslam İnqilabının Rəhbərinin hüzurunda öz şeirlərini oxudu.

Məğrib və işa namazlarından əvvəl də şairlərdən bir neçəsi İslam İnqilabının Rəhbəri ilə yaxından görüşüb danışdı və əsərlərini ona təqdim etdi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

700 /