Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İran xalqı İnqilabın qədrini bildi, imperializmə güvənmədi

Mübarək Ramazan ayı ərəfəsində İmam Xomeyni (r.ə) adına hüseyniyyə vəhy kəlanımım ürək oxşayan rayihəsi ilə ətirləndi. Quran qariləri, minacatçıları və mədhiyyəçiləri İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə üç saat davam edən Qurani-Kərimlə ünsiyyət məclisi təşkil etdilər.

Mərasim çıxışı zamanı bütün bəşəriyyətin, eləcə də, İslam cəmiyyətinin bu günkü əsas ehtiyaclarından birinin Quran maarifinin dərki və ona əməl olduğunu deyən Həzrət Ayəullah Xamenei qeyd etdi ki, Quran imperializm, küfr və tağutla mübarizə və müqavimət göstərilməsini açıq şəkildə elan edir: “Keçən qırx il ərzində İran xalqının izzətinin davamlı olaraq artması və fövqəladə inkişafının səbəbi Qurana əməl və müqavimət olmuşdur. Bu gün də şeytanlar və kafirlər üzərində qələbənin yeganə yolu müqavimətdir”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, İslam dünyasının hal-hazırki problemlərindən biri Quran maarifi ilə tanış olmamaq və həmin maarifə əməl etməməkdir: “Bəzi ölkələrin prezident və ya şahlıq kürsüsündən xalqların başına qışqıranlar o adamlardır ki, Quran açıq şəkildə onlara qarşı mübarizə aparılnmasını göstəriş vermiş və onlara güvənilməməsini israrla vurğulamışdır”.

O, bir neçə il bundan əvvəl bəzi ölkələrdə reallaşmış İslam oyanışı hərəkatı və xalq qiyamına işarə edərək dedi: “Bu hərəkət qədirbilməzlik, ABŞ və sionist rejimə etimad göstərilməsi üzündən yatdı. Ancaq İran xalqı başdan-başa Quran maarifinə boyanmış Böyük İmamın bərəkəti sayəsində öz inqilab və hərəkatının qədrini bildi, elə ilk gündən imperialist qüvvələrə güvənmədi və qarşılarında dayandı”.

Çıxşının başqa bir yerində Quranın misilsiz bir incəsənət əsəri olduğunu deyən ali Rəhbər vurğuladı ki, Quran konfrans və toplantılarda yüksək ustalıqla oxunmalıdır: “Quranın peşəkarcasına oxunuşu, ifadələrin yerində və doğru-düzgün vurğulanması onun dinləyicilərə təsir göstərməsinə və dərk edilməsinə səbəb olur”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, Quranın başa düşülməsi müxtəlif maariflərin qapılarının açılmasına zəmin yaradır. O, Mübarək Ramazan ayında təşkil edilən Quran məclisləri və yığıncaqlaırna işarə edərək dedi: “Bu məclislər bütün il boyu məscidlərdə təşkil edilməli və məscidlər Quran bazasına çevrilməlidir”

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Quran qiraəti məclisləri ilə yanaşı Quranın təfsiri toplantəlarə da təşkil edilməlidir ki, cəmiyyətin Quran və dini maarif səviyyəsi artırılmalıdır”.

O vurğuladı: “Cəmiyyətin Quran maarifi ilə ünsiyyəti dünya və axirət həyatı ilə bağlı məsələlərdə cəmiyyətin istehkamı və qüvvətlənməsinə səbəb olacaq”.

Bu nurani məclisdə ustadlar, mütəxəssislər, gənc qarilər, xor qrupları, mədhiyyəçi və minacatçılardan bir qrupu proqram icra etdi.

Mərasimin sonunda İslam İnqilabının Ali Rəhbərinin imamətliyi ilə məğrib və işa namazları qılındı.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /