Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Kiber məkanın təhlükəsizliyi ilə ciddi məşğul olun

Ali Baş Komandan Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) günorta Polis Qüvvələrinin komandirləri və rəhbər işçiləri ilə görüşdü. Görüş zamanı bu qurumun İslam Respublikasına layiq olan Polis Qüvvələri istiqamətində hərəkətinin davamlılığının zəruri olduğunu vurğulayan ali Rəhbər qeyd etdi ki, bu ilin sloqanı olan “İstehsalın daha da yaxşılaşdırılması” şüarının gerçəkləşdirilməsi, habelə kiber məkanın təhlükəsizliyinin təmin edilməsində Polis Qüvvələri mühüm rol oynayır: “Polis Qüvvələri qaçaqmalçılığa və kiber məkanın təhlükəsizliyini pozan amillərə qarşı ciddi mübarizə aparmalıdır”.

Polis Qüvvələrinin iqtidarı və mehribanlığının bir-birini tamamlayan iki komponent olduğunu deyən Həzrət Ayətullah Xamenei bu qüvvələrin zəhmətkeş əməkdaşlarının bayram və tətil günlərində gecə-gündüz bilmədən göstərdikləri səy və zəhmətlərə işarə edərək dedi: “Son sel hadisəsində Polis Qüvvələri zərər çəkmiş insanlara xidmət göstərilməsi və daşqınların baş verdiyi regionların təhlükəsizliyinin təmin edilməsi işində özünü çox yaxşı göstərdi”.

O bildirdi ki, son illər ərzində Polis Qüvvələrinin əldə etdiyi nailiyyətlər qiymətli həqiqətlərdir: “Ancaq bu, heç də Polis Qüvvələrinin İslam dövlətinin qarşıya qoyduğu səviyyədə olması demək deyil. Həmin səviyyəyə çatmaq üçün davamlı səy və əmək sərf etmək, Polis Qüvvələrinin üstün cəhətləri və qürurverici fəaliyyətləri ilə bağlı insanların zehnində sual yaranmasına səbəb olan hər bir amili - hətta bir plois bölməsinin yararsız məmuru səviyyəsində olsa belə, aradan qaldırmaq lazımdır”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, təhlükəsizliyin təmin edilməsi iqtisadi hərəkətlilik və inkişaf üçün zəruridir: “İstehsalın daha da yaxşılaşdırılmasına mane olan amillərdən biri bu gün ikitərəfli xarakter almış qaçaqmalçılıqdır. Qaçaqmalın idxalı ilə yanaşı, xalq və kənd təsərrüfatında ehtiyac duyulan bəzi cinslər də ölkədən çıxarılır”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Bu halların bəzisinin pərdə arxasında mənfəət əldə etmək dayanmır. Bu cür hərəkətlərin arxasında çirkin fikir, plan və məqsədlər dayanır. Polis Qüvvələri onlara qarşı tam nəzarətlə mübarizə aparmalıdır”.

Kiber məkanın təhlükəsizliyinin təmin edilməsi məsələsi İslam İnqilabının Rəhbərinin oxunduğu məsələlər sırasında yer aldı : “Kiber məkan bu gün insanların həyatında çox böyük yer tutur. Fayda və imkanları ilə yanaşı, böyük təhlükələri də vardır”.

O qeyd etdi ki, virtual məkanın təhlükəsizliyinin təmin edilməməsi xalqa böyük zərər və ziyan dəyməsinə səbəb olur. Buna görə də kiber məkanın təhlükəsizliyinin təmin edilməsi Polis Qüvvələrinin əsas vəzifələrindəndir.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, silah alğı-satqısının qarşısının alınması da Polis Qüvvələrinin mühüm vəzifələrindəndir: “ABŞ kimi bəzi ölkələrdə silah alğı-satqısı silah istehsal edən kompaniyaların mafiya maraqlarına xidmət etdiyi üçün azaddır və bu da insanlara problem yaradır. Amma belə bir problemin mövcud olmadığı və silah alğı-satqısının qadağan olduğu bizim ölkəmizdə bunun qarşısını almaq lazımdır”.

İslam İnqilabının Rəhbəri virtual silah alğı-satqısının qarşısının alınmasının zəruri olduğunu vurğulayaraq dedi: “Dünən həmədanlı ruhanini qətlə yetirmiş qatil instaqram səhifəsində dörd silah növü ilə olan şəkllərini paylaşmışdır. Bu cür hallarla mübarizə aparmaq Polis Qüvvələrinin vəzifəsidir”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən Polis Qüvvələrinin komandanı briqada generalı Əştəri qeyd etdi ki, Ərbəin yürüşü kimi müxtəlif tədbirlərdə fəal iştirak və təhlükəsizliyin təmin edilməsi, iqtisadi korrupsionerlərin müəyyən edilməsi və onlarla mübarizə, Novruz layihəsinin icrası, avtomobil qəzaları və tələfatlarının azaldılması, selə məruz qalmış insanlara yardım göstərmək və həmin regionların təhlükəsizliyinin təmin edilməsi üçün imkan və qüvvələrin səfərbər edilməsi Polis Qüvvələrinin xidmətlərindəndir: “İnqilabın ikinci addımında möhkəm və qətiyyətli əzm və iradə, sağlam idarəçilik, xalqa minnətsiz xidmətlə İnqilab və İslam mədəniyyətinə layiq olan polis sisteminə nail olmağa çalışacağıq”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /