İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei “Əmək və zəhmətkeşlər həftəsi”nin başlanması münasibətilə sənaye sahələrində çalışan minlərlə fəhlə və zəhmətkeşlə görüşdü. Fasilə vermədən mücahid əhval-ruhiyyəsi ilə işləmək istehsalın artması və müqavimət iqtisadiyyatının daha da gücləndirilməsi strategiyasının gerçəkləşdirilməsinin mühüm şərtlərindən olduğunu deyən Ali Rəhbər iş və maaş təhlükəsizliyi və işçilərə ehtiram göstərilməsi kimi məsələlərin zəruru olduğunu vurğuladı: “Düşmən İranı diz çökdürməkdən ötrü iqtisadi təzyiq üzərində mərkəzləşmişdir. Ancaq bilsin ki, bu xalq qətiyyən diz çökməyəcək və inkişaf üçün sanksiya fürsətindən istifadə etməklə yanaşı, ABŞ-ın düşmənçiliklərini də cavabsız qoymayacaq”.
İslam İnqilabının Rəhbəri qeyd etdi ki, fəhlə və zəhmətkeşlərlə olan builki görüş “İstehsalın daha da artırılması ili”nə əsasən, daha çox əhəmiyyət daşıyır. İş və zəhməti imkan və potensialların aşkara çıxmasına zəmin yaradan bahar fəslinə bənzədərək dedi: “İş üstün bir dəyərdir. Bu məsələ cəmiyyətdə ümumi bir anlayışa çevrilməlidir ki, işçi də öz dəyərinin yerini bilsin”.
Həzrət Ayətullah Xamenei bildirid ki, istehsalın daha da artmasına səbəb olan amillərdən biri qeyri-adi müvcahidlik işidir: “İstehsalın daha da yaxşılaşdırılması müqavimət iqtisadiyyatının əsas sütunlarından biridir. Əgər müqavimət iqtisadiyyatı gerçəkləşsə, ABŞ və sionizm rəhbərlərinin neft və digər iqtisadi məsələlərlə bağlı qərarlarının təsiri olmayacaqdır”.
O dedi: “İstahsalın artırılması, İran məhsuluna dəstək, iş hərəkətliyi, müqavimət iqtisadiyyatı, əslində, yadların qərarları qarşısında milli güc və nüfuza zəmin yaradır”.
İslam İnqilabının rəhbəri vurğuladı ki, milli izzət hər bir xalqın əsas və piroritet məsələlərindən biridir: “Xalqlar düşmənlərin qərarlarının təsiri və nüfuzu altına düşməyə heç vaxt razı olmazlar”.
Həzrət Ayətullah Xamenei ABŞ və sionist rəhbərlərinin iddialarına işarə edərək dedi: “Onlar İslam Respublikası ilə düşmən olduqlarını, İran xalqı ilə düşmən olmadıqlarını deyirlər. Halbuki İslam Respublikası ilə düşmənçilik elə İran xalqı ilə düşmənçilikdir. Çünki İslam Republikası xalqın kömək və yardımı ilə ayaq üstədir. Əgər xalqın köməyi olmasaydı, İslam Respublikası olmazdı”.
O, İran xalqının düşmənlərinin qırx il ərzində həyata keçirdikləri müxtəlif planlara, o cümlədən iş, işçi və bu səylərin məhv edilməsi məsələsi üzərində mərkəzləşmə planına işarə edərək dedi: “İran xalqı, xüsusilə işçi və zəhmətkeşlər bütün bu işlərdə düşmənin ağzından vurub onu məyus etdilər”.
İslam İnqilabının Rəhbəri vurğuladı ki, fəhlə və zəhmətkeşlər sinfi İslam Respublikasının ən vəfalı siniflərindən olmuş və olmaqda da davam edir: “Ölkə rəhbərləri, siyasətçilər və siyasətlərin icraçıları fəhlə və zəhmətkeşlər sinfinin qədrini bilsinlər, onların iş təhlükəsizliyi, işçiyə hörmət və onların maaşları kimi əsas məsələləri düzgün və dəqiqliklə nəzərə alsınlar”.
Həzrət Ayətullah Xamenei bu barədə dedi: “Bəzi müəssisə alıcıları aldıqları müəssisəni ləğv edib təchizatlarını da sataraq, müəssisənin yerində göydələn tikməklə sui-istifadəyə yol vermiş olurlar. Buna görə də hər üç qüvvənin məsul şəxsləri bu cür məsələlərlə ciddi mübarizə aparmalıdırlar”.
O bildirdi ki, sistemsiz idxalat daxili istehsala və iranlı işçiyə zərbə vurur: “Xarici məhsulların sistemsiz idxalı ilə mübarizə sahəsində sərt qaydalar mövcuddur. Ancaq bu qaydalar qətiyyətlə icra edilməlidir”.
İslam İnqilabının Rəhbəri dedi: “Sanksiyalar, baxmayaraq ki, bəzi problemlərin meydana çıxmasına səbəb olur, ancaq onlarla doğru və məntiqli mübarizə aparılsa, ölkənin xeyrinə olar. Çünki sanksiyalar daxili imkan, potensial və təşəbbüslərə əsaslanmağa səbəb olacaq”.
Həzrət Ayətullah Xamenei düşmənlərin son qırx ildə İran xalqı, İslam İnqilabı və İslam Respublikasına qarşı həyata keçirdikləri müxtəlif uğursuz planlarına işarə edərək dedi: “Amerikalılar bütün diqqətlərini iqtisadi məsələlər üzərində cəmləşdirərməklə İran xalqını diz çökürməyə çalışırlar. Ancaq bilsinlər ki, onların bu son hərəkəti də nəticəsiz qalacaq. Böyük və əziz İran xalqı Böyük Şeytanın qarşısında heç vaxt diz çökməyəcək”.
İslam İnqilabının Rəhbəri ABŞ-ın İran neftinin ixracat yollarının qarşısını kəsmək üçün göstərdiyi səylərə işarə edərək dedi: “Fəal İran xalqı və ayıq rəhbərlər göstərdilər ki, əgər əzmkarlıq göstərsələr, bütün dalanları darmadağın edərlər. Amerikalıların bu səyləri də nəticəsiz qalacaq, İslam Respublikası lazım olduğu və istədiyi miqdarda neft ixrac edəcəkdir”.
O, İran xalqının düşmənlərinə mühüm bir xəbərdarlıq ünvanlayaraq dedi: “Bilin ki, sizin düşmənçilikləriniz cavabsız qalmayacaq və İran xalqı elə bir xalq deyil ki, ona qarşı bir iş və tədbir görüldüyündə oturub tamaşa etsin”.
Həzrət Ayətullah Xamenei ABŞ-ın neft təzyiqlərini gücləndirməsi məsələsi ilə bağlı bir nüansa toxunaraq dedi: “Neft satışı asılılığının azaldılmasını bir növ fürsət bilir və daxili imkanlara daha çox əsaslanmaq üçün ondan istifadə edirik”.
İnqilabın Rəhbəri bildirdi ki, İran xalqının və vətənin fəal və istedadlı gənclərinin imkanları indikindən daha yüksəkdir: “İş, istehsal və fəaliyyət mədəniyyətini təbliğ edib yaymalı, yelnən gələn sərvət gözləntisi ruhiyyəsinə son qoymalı, bəxtini sınamaq kimi metodları təbliğ eməməliyik. Ayrı-ayrı teleradio kanalları bu məsələni diqqət mərkəzində saxlamalıdırlar”.
O, Qurani-Kərimin bir ayəsinə istinad edərək insanın həqiqi nailiyyətinin onun səy və fəaliyyətində olduğunu dedi: “Fərd və cəmiyyətin inkişafı onun iradəsi, səy və təlaşının girovundadır. Maddi cəhətdən inkişaf etmiş cəmiyyətlərin inkişafının səbəbi həmin amillər olmuşdur. Çünki Allah dünya üçün çalışanlara da yardım göstərəcəyinə vəd vermişdir”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, milli rifah, iqtisadi, elmi və texnoloji inkişafın mənəviyyat və etik inkişafla yanaşı olması İslam dövlətinin əsas hədəflərindəndir: “Bu hədəflərin reallaşması üçün davamlı iş və zəhmətə ehtiyac var”.
O dedi: “İkinci addımın bəyan edilməsinin səbəbi də bu idi ki, ölkəni imperialistlərin tapdağı altından xilas etmək üçün inkişaf və izzətin yüksək qüllələrinə çatmaq yolunda göstərilən coşqulu fəaliyyəti eyni yüksəklikdə istək və təlaşla davam etdirmək lazımdır”.
İnqilabın Rəhbəri qeyd etdi ki, motivasiyalı, təhsilli və zəhmətkeş gənclər ölkənin parlaq gələcəyə nail olmasının əsas mərkəz xəttini təşkil edir: “Allahın lütfü ilə əziz İranın dörd bir yanında müxtəlif birliklər və əsasən də gənclər çalışırlar ki, əzəmətli hərəkət sayəsində İran xalqı maddi və mənəvi izzətin yüksək zirvələrinə nail olsunlar”.
Həzrət Ayətullah Xamenei İran xalqının vəhdəti, səy və fəaliyyətinin düşməni qəzəbləndirdiyini qeyd edərək dedi: “Təbii sel fəlakətinin baş verdiyi vaxt heç kəs xalqı meydana çağırmadığı halda, xalq selə məruz qalmış insanlara yardım göstərmək üçün sel kimi axışdı, ölkənin dörd bir yanından bütün gənclər xalqın və yerli gənclərin yardımına tələsdi. Bu milli vəhdət, təlaş və empatiya çox mühüm əhəmiyyət daşıyacaq və gözəl gələcəyin müjdəsini verəcək”.
İnqilabın Rəhbəri çıxışının sonunda vurğuladı: “Son günlər deyildiyi kimi, düşmənlərin son cəhdləri onların son nəfəsləridir. Düşmənlər, nəhayət ki, İran xalqına qarşı düşmənçilikdən yorulacaq, ancaq bu millət iş, fəaliyyət, əzmkarlıq və inkişafdan yorulmayacaq”.
İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən Əmək, Kooperasiya və Sosial Rifah naziri cənab Şəriətmədari hesabat verərək dedi: “İdxalata nəzarət, vergi siyasətlərinin islahı, istehsalı sağlamlaşıdrmaq üçün ümumi büdcə mənbələrindən isitfadə, bacarıqların artırılması hərəkatının gerçəkləşdirilməsi, biznes mühitinin sağlamlaşdırılması üçün fəaliyyətlərin ikiqat artırılması, istehsal maneələrinin aradan qaldırılması üçün qrup fəaliyyətlərinin sistemli təşkili mövcud məşğulluğun qorunması və yeni iş yerlərinin yaradılması üçün həyata keçirilən dövlət proqramlarındandır”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir