Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İranla Pakistanın əlaqələri daha da genişləndirilməlidir

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) günortadan sonra Pakistanın baş naziri cənab İrmanxan və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdü. Bu görüşdə o, İran və Pakistan xalqlarının əlaqələrinin səmimi və dərin olduğunu vurğuladı: “Düşmənçiliklərə baxmayaraq, iki ölkənin əlaqələri daha da möhkəm və güclü olmalıdır”.

Həzrət Ayətullah Xamenei bu görüşdə iki xalqın əlaqələrinin dərin tarixi köklərə malik olmasından danışaraq dedi: “Müsəlmanların hakimiyyəti dövründə Hindistan subkontinentalı özünün izzət və əzəmətinin zirvə dövrünü yaşayırdı. İngilis müstəmləkəçilərinin bu mühüm regiona vurduğu ən böyük zərbə İslamın bu regiona hakim olan üstün mədəniyyətini məhv etmək oldu”.

İslam İnqilabının Rəhbəri Pakistanın İqbal Lahuri və Məhəmmədəli Cinah kimi dahi şəxsiyyətlərini böyük hörmətlə yad edərək dedi: “Yaxşı əlaqələr hər iki ölkənin xeyrinədir. Ancaq bu əlaqələrin ciddi düşmənləri var. Onların istəklərinin əksinə olaraq müxtəlif sahələrdəki əlaqə və əməkdaşlıqlar gücləndirilməlidir”.

O hər iki ölkənin sərhədlərinin təhlükəsizliyinin mühüm əhəmiyyət daşıdığını dedi: “Sərhədlərin təhlükəsizliyinin pozulma səbəbi hesab edilən terrorçu qruplaşmalar düşmənlərin pulu və silahı ilə təmin olunurlar. İran və Pakistan sərhədlərinin təhlükəsizliyinə qarşı həyata keçirilən fəaliyyətlərin məqsədlərindən biri iki ölkənin münasibətlərinə zərbə vurmaqdır”.

Son sel hadisəsində göstərdiyi yardımlara görə Pakistan dövlətinə təşəkkür edən İslam İnqilabının Rəhbəri cənab İmranxanın öz səfərinə Məşhəddən və Həzrət Əli ibn Musa ər-Rzanın hərəminin ziyarətindən başlamasının yaxşı əlamət olduğunu dedi. Ali Rəhbər o həzrətin lütfləri sayəsində bu səfərin hər iki ölkə üçün faydalı və konstruktiv olacağına ümidvar olduğunu dedi.

Cənab Ruhaninin də iştirak etdiyi bu görüşdə Pakistanın baş naziri cənab İmranxan Tehrandakı müzakirələrin yaxşı keçdiyini dedi: “Bu müzakirələrdə bir çox problemlər həll oldu və pakistanlı nazirlərin də öz həmkarları ilə olan müzakirələri yaxşı keçdi”.

Pakistanın baş naziri İran və Hindistanın tarixi əlaqələrinə işarə edərək dedi: “Müsəlmanlar 600 il Hindistanda hökmranlıq etdilər. İranın onlara təsiri o qədər böyük oldu ki, hətta fars dili Hindistan dövlətinin rəsmi dilinə çevrildi”.

Cənab İmranxan qeyd etdi ki, Hindistanın sərvətinin ən böyük talana məruz qaldığı vaxt ingilislərin bu ölkədə olduqları vaxtdır: “İngilislər Hindistanın bütün sərvətini yağmaladılar, təhsil sistemini məhv edərək Hindistanı zərgərlik müstəmləkəsi adlandırdılar ”.

Pakistanın baş naziri qeyd etdi ki, bəziləri Tehranla İslamabadın əlaqələrinin yaxınlaşmasını istəmirlər. Ancaq biz çətinliklərin öhdəsindən gələ bilərik: “İki ölkənin əlaqələrinin əvvəlkindən daha möhkəm olmasına çalışırıq. İran İslam Respublikası ilə davamlı təmasda olacağıq.”

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /