Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Ordu və SEPAH-ın qardaşlığı gözəl bir hərəkət idi

Ali Baş Komandan Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) günorta ordu və Quru Qoşunlarının komandirləri ilə görüşdə bu günün ordusunun həmişəkindən daha dindar və səmərəli olduğunu dedi. Ordu və Silahlı Qüvvələrin selə məruz qalmış insanlara göstərdikləri yardımları yüksək qiymətləndirən və Silahlı Qüvvələrin möhkəmlənməkdə davam edən birliyinin lazım olduğunu vurğulayan Ali Rəhbər amerikalıların SEPAH-a qarşı çirkin addımından sonra ordu və SEPAH-ın qardaşlığının gözəl olduğunu dedi: “Düşməni qəzəbləndirən hər bir hərəkət yaxşı və doğrudur. Hamı bir nəfər kimi düşmənin ruhiyyəsini gücləndirən və ona cürət verən istənilən hərəkətdən çəkinməlidir”.

Bu görüşdə orduda fəxrlə xidmət göstərən bütün insanları və onların ailələrini Ordu və Silahlı Qüvvələr günü münasibətilə təbrik edən Həzrət Ayətullah Xamenei Silahlı Qüvvələrin mill güc göstəriciləri və komponentlərindən olduğunu dedi: “Ölkələrin çoxunda, hətta azadlıq və insan hüquqları iddiasında olan ölkələrdə Silahlı Qüvvələr diktatorların xalqlara qarşı iqtidarını ifadə edən güc komponentidir. Elə bu günlərdə Paris şənbələri hadisəsi çərçivəsində onun nümunəsini görmək olar”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, İslam dini və İslam Respublikasının məntiqində Silahlı Qüvvələr xalqın əmin-amanlıq hasarlarıdır: “Silahlı Qüvvələr müharibə vaxtı sinələrini düşmən hücumları qarşısında elm, təcrübə və fədakarlıqla sipər edir, onu geri çəkilməyə vadar edir, sülh dövründə isə tam hazırlıq və peşəkarlıqla xalqın əmin-amanlığını və rahatlığını təmin edir. Bu səbəbdən də düşmənlər Silahlı Qüvvələrin qərarsız olduğunu göstərməklə xalqın asayişini pozmağa çalışırlar”.

O bildirdi ki, təbii fəlakətlər zamanı ordu və Silahlı Qüvvələrin xalqa yardım göstərməsi səmərəli və həyati bir fəaliyyətdir: “Son sel hadisəsi zamanı Silahlı Qüvvələr bütür varlığı və ixtiyarında olan imkanları ilə xalqın köməyinə tələsdi. Ordu hətta Gülüstan əyalətində hadisə yerinə Böhran Vəziyyətinin İdarə Edilməsi Komitəsindən qabaq çatdı”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, ordu qüvvələrinin xalqa təvazökarlıqla göstərdiyi xidmətləri əks etdirən görünülərin qeydə alınması bu qızıl hərflərlə yazılmış səhifələrin tarixin yaddaşına əbədi olaraq həkk olunmasına səbəb oldu: “Yaşlı bir kişinin nəqliyyat vasitəsinə çıxması üçün çiynini onun ayağının altına əyən bir ordu palkovnikinin bu hərəkəti ordunun “Ordu xalqa fəda olsun” şüarına nə qədər sadiq olduğunu göstərir”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, ordu İslam Respublikasının bərəkəti sayəsində bir məktəbə və İslam dəyərlərini nümayiş etdirən bir sərgiyə çevrilmişdir: “Ordunun peşəkarlıq, habelə, sədaqət, təvazökarlıq, fədakarlıq, ad-sandan qaçmaq baxımından nümunə göstərilə biləcək, nəinki xalqa, hətta bütün İslam ümmətinə örnək ola biləcək şəhid Babayi və Səyyad Şirazi kimi nümunələri vardır. Bu ruhiyyə və dəyərlər gündən günə gücləndirilməlidir”.

O bildirdi ki, bu günün ordusu həmişəkindən daha dindar və səmərəlidir: “Bu gün ordunun sükanı dindar və inqilabçı qüvvələrin əlindədir. Təbii ki, xalqı təhqir etməyə və xainləri tərifləməyə öyrəşmiş fərdlər daim “Rza xanın modern ordusu” olmasından dəm vururlar. Halbuki İslam Respublikasının qüdrətli ordusu səkkiz illik müharibədə nizam-intizamla müqavimət göstərdi. Bu gün də ordunun elmi, təcrübəsi, ruhiyyəsi, qüdrəti, dindarlığı və əmanətdarlığı keçmişdəkindən daha çox və eləcə də qürurvericidir”.

Həzrət Ayətullah Xamenei ordu və Silahlı Qüvvələrin regiondakı fəaliyyətinə, habelə düşmənlərin fitnələrinə qarşı mübarizələrinə işarə edərək belə bir sual ünvanladı: “Əgər ordu və SEPAH İŞİD-lə mübarizəyə qalxmasaydı, bu gün region və qonşu dövlətlər hansı vəziyyətdə olacaqdı və onlara kimlər rəhbərlik edəcəkdi?”

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Təbii ki, müharibə aparan dövlətlərin də hər biri lazımi tədbirləri görüb mübarizə apardı. Ancaq İranın Silahlı Qüvvələrinin rolunu danmaq olmaz. Bu gün, həqiqətən də, Silahlı Qüvvələrin bərəkəti İran xalqı ilə yanaşı digər ölkələri də əhatə edir”.

Ali Baş Komandan ildirdi ki, Silahlı Qüvvələrin birliyi zəruridir və bu, düşmənin qəzəblənməsinə səbəb olur: “Ordu və SEPAH-ın qardaşlığı amerikalıların çirkin hərəkətindən sonra gözəl bir hərəkət oldu”.

O vurğuladı: “Düşməni əsəbləşdirən hər bir hərəkət yaxşı və doğrudur. Bununla yanaşı, düşmənə cürət verən və ruhiyyəsini gücləndirən, öz cəbhəsinin ruhiyyəsini zəiflədən hər bir hərəkət pis və xoşagəlməzdir. Hər bir kəs öz sözləri və işlərində bundan çəkinməlidir”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, amerikalıların İran İslam Respublikasına qarşı əsassız fikirlər səsləndirməsinin məqsədi xalqın ruhiyyəsini zəiflətməkdir: “ABŞ-ın milyardlarla borcu və çoxlu sayda problemləri var. Karolina kimi regionlarda baş vermiş sel və qasırğanın üzərindən bir neçə ilə keçməsinə baxmayaraq, hələ də problemləri həll edib aradan qaldıra bilməyiblər. Ancaq İran xalqının ruhiyyəsini zəiflətmək üçün boşboğazlıq edirlər”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, selə məruz qalmış insanlara yardım göstərmək üçün xalqın göstərdiyi misilsiz fəaliyyət göz önündə olan reallıqlardandır və amerikalıların qəzəblənməsinə səbəb olur: “İran xalqının ayrı-ayrı siniflərindən olan nümayəndələrinin, ordu, SEPAH, Bəsic qüvvələri, minlərlə universitet və mədrəsə tələbəsinin selə məruz qalmış insalara köməklik göstərmək üçün nümayiş etdirdiyi böyük və sürətli hərəkət sözlə ifadə edilə bilməz. Lakin düşmənlər bu əzəmətin dilə gətirilməsini məsləhət görmürlər”.

Ali Baş Komandandan əvəvl çıxış edən Ordunun Quru Qoşunlarının komandanı briqada generalı Heydəri İnqilab Rəhbərinin göstərişi ilə bu qüvvələrin 21 əsas və ixtisaslaşmış hərbi hissəsinin selə məruz qalmış ərazilərə göstərdikləri yardımdan danışaraq dedi: “İslam Respublikasının ordusu sərhədlərdə davamlı iştirakı ilə düşmənlərə “Kafirlərə qarşı sərtdirlər” xüsusiyyətini, habelə son sel hadisəsində Quru Qoşunları ilə birlikdə xalqın yanında yer almaqla “Öz aralarında mehribandırlar” xüsusiyyətini nümayiş etdirdilər”.

Ordunun Quru Qoşunlarının komandanı ABŞ-ın SEPAH-a qarşı atdığı son addımların yırtıcı xislətli olduğunu dedi: “Haqq dövlətin zühuru və imperializmin süqutuna qədər ordu və SEPAH əl-ələ verəcəkdir. Biz də İran xalqı ilə birlikdə deyəcəyik: “Biz hamımız Müqəddəs İslam Dövlətinin keçikçiləriyik”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /