İslam İnqilabının Ali Rəhbəri, dünya səviyyəli Quran qariləri, görkəmli Quran müəllimləri, habelə Quran tədqiqatçıları və müsabiqədə iştirak etmiş qonaqların iştiarkı ilə bu gün (bazar ertəsi) səhər XXXVI Beynəlxalq Quran Müsabiqəsinin yekun tədbiri keçirildi.
İslam İnqilabının Rəhbəri çıxşı zamanı qeyd etdi ki, Quranın başa düşülməsi və ona əməl edilməsi insanların dünya və axirət xoşbəxtliyinin təminatçısıdır. O vurğuladı ki, İslam ümməti və bəşəriyyətin problem və çətinliklərinin çoxunun səbəbi Quran maarifinə əməl edilməməsidir: “Bu gün Allahın lütfü ilə İslam Respublikasında xalqın, xüsusilə gənclərin Quran maarifinə üz tutması və bu maarifə əsaslanması günbəgün artamqdadır. Bu əsaslanma İslam dövlətinin xoşbəxtlik, güc və qüdrət səbəbi olacaq”.
Beynəlxalq Quran Müsabiqəsinin təşkilatçılarına öz təşəkkürünü bildirən Həzrət Ayətullah Xamenei vurğuladı ki, Quran oxumaq və onunla ünsiyyət Quranın başa düşülməsi və dərk edilməsinə bir girişdir, bundan əlavə, mənəviyyatın insanın qəlbi və idrakına hopmasına səbəb olur: “Doğru yoldan sapmaların, yanlış anlaşılmaların, ümidsizliklərin, xəyanətlərin, düşmənçiliklərin və təcavüzkarların qarşısında təslim olmaların çoxunun səbəbi Quran, mənəviyyat və ondan qaynaqlanan maarifdən ayrı düşməkdir”.
O vurğuladı ki, Qurana əməl etmək dünya həyatında izzət, rifah, inkişaf, qüdrət, birlik və şirin həyat tərzinə zəmin yaradır, axirət xoşbəxtliyini təmin edir: “Təəssüflər olsun ki, bəzi müsəlman ölkələrinin rəhbərləri Quranın göstərişlərinə əməl etmirlər, “Kafirlərə qarşı sərt” olmaq əvəzinə ABŞ və sionistlərə nökərçilik edir, “Öz aralarında mehriban” olmaq əvəzinə Suriya və Yəmən kimi ölkələrdə qarşıdurma, mübaribə və müsəlmanların qətlə yetirilməsinə zəmin yaradırlar”.
İslam İnqilabının Rəhbəri bildirdi ki, Qurana əməl edilməsi Allahı xatırlamaq və ilahi təqva ilə şərtlənir. O, şəhidlərin təqvanın ali mərtəbəsində dayanmış insanlar olduqlarını dedi: “Şəhidlərimiz İran xalqına çoxlu dərslər verdilər. Sel basmış ərazilərə yardım göstərmək üçün xalqın yaratdığı böyük və misilsiz hərəkat bunun bariz nümunəsidir”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, xalqın Gülüstan, Mazandaran, İlam, Loristan və Xuzistanın sel basmış ərazilərinə yardım göstərməsi gənclərin Müqəddəs Müdafiə dövründəki hərəkətinə bənzəyir: “Bu günlərdə şahidi olduğumuz bu heyrətamiz xalq hərəkatı gənclərin 50-ci illərdəki fədakarlıq ruhiyyəsini, şövq və zövqünü xatırladır”.
Bu ruhiyyənin Quran təlimləri və dərslərinin nəticəsi olduğunu bildirən Ali Rəhbər İran İslam Respublikasına qarşı aparılan düşmənçiliklərdən söz açaraq dedi: “Düşmənçiliklər, onun həcmi və şiddəti keçmişlə müqayisədə daha böyük görünsə də, həyata keçirilən tədbirlər və planlar düşmənlərin İslam Respublikası ilə olan düşmənçiliklərinin son nəfəsləridir”.
O, sonda vurğuladı: “Onlar İran xalqına qarşı şiddəti hər nə qədər artırsalar, daha kəskin mövqe tutsalar, İran xalqının Quran maarifinə bağlılığından hər nə qədər qəzəblənsələr, bu xalq bir o qədər güclü və qüdrətli olacaq, Qurana bağlılığını daha da artıracaq”.
İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən Vəliyyi-Fəqihin nümayəndəsi, Xeyriyyə İşləri və Vəqflər İdarəsinin rəhbəri Höccətül-İslam Xamuşi hesabat verərək dedi: “Şüarı “Bir Kitab Bir Ümmət”, məqsədi müsəlmanlar arasında ünsiyyət mühitinin yaradılması, Quran təlimləri sayəsində vahid İslam kimliyinin yaradılmasına zəmin hazırlanması, müsəlman xalqları arasında vəhdət mühitinin yaradılması olan XXXVI Beynəlxalq Quran Müsabiqəsi Tehran və Qum şəhərlərində keçirildi”.
O, müsabiqənin bu mərhələsində həyata keçirilmiş fəaliyyətlərdən söz açaraq dedi: “Builki Böyük Quran Hadisəsində dünyanın 67 ölkəsindən gəlmiş 329 iştirakçı, qonaq, xüsusilə Quran mütəxəssisi iştirak etdi”.
Görüşün əvvəlində Beynəlxalq Quran Müsabiqəsinin ustadları və seçilən şəxslərindən bir neçəsi Allah kəlamından bir neçə ayə oxudu.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir