Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

ABŞ-ın SEPAH-a qarşı pişik oyunları nəticə verməyəcək

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei şəhədilər ağası Həzrət İmam Hüseynin (ə) mübarək mövlud gecəsi və İnqilab Keşikçiləri günü münasibəti ilə Keşikçilər Korpusunun bir qrup üzvü və onların ailələri ilə görüşdü. O, çıxışında qeyd etdi ki, amerikalıların SEPAH-la olan düşmənçiliyinin səbəbi dövlətin və İnqilabın müdafiəsi məsələsində keşikçilərin öndə getməsi olmuşdur: “ABŞ və nadan düşmənlər qırx ildir ki, İslam Respublikasına qarşı əllərindən gələni ediblər, ancaq heç nə bacarmayıblar. Bu gün İnqilabın və İslam dövlətinin əli təkcə regionda yox, bütün dünyada açıqdır”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, SEPAH müxtəlif meydanlarda düşmənlə mübarizənin ön cəbhəsində yer alan üstün bir qurumdur: “SEPAH həm ölkə sərhədlərində, hətta ölkə sərhədlərindən min kilometrlərlə uzaqda, Həzrət Zeynəbin (s.ə) hərəmi ətrafında, həm də siyasət meydanında düşmənlə mübarizənin ön cəbhəsində dayanır”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, düşmənin SEPAH-a qarşı düşmənçiliyinin səbəbi bu məsələdən qaynaqlanır: “Amerikalılar öz aləmlərində SEPAH-a, əslində isə İnqilaba və İslama qarşı plan cızıb, mənasız pişik oyunu oynayırlar. Təbii ki, bu çirkinliklər bir nəticə verməyəcək. Hiylə və kələkləri özlərinə qayıtmaqla İslam Respublikasının Tramp və ABŞ-ın hakimiyyət dairəsinin digər axmaq təmsilçiləri kimi düşmənləri məhvə doğru hərəkətdədirlər”.

O vurğuladı ki, qırx il ərzində İslam Respublikasına qarşı həyata keçirilmiş planların olmasına baxmayaraq, İranın inkişaf etməsi amerikalıların İran xalqının hərəkətini dayandırmaq gücndə olmadığını göstərir: “Əziz İranın düşmənləri qırx ildir ki, siyasət, iqtisadiyyat və təbliğat sahəsində İran xalqına qarşı növbənöv genişmiqyaslı təzyiqlər göstəriblər. Ancaq İran hələ təzə-təzə addımlayanda belə, heç nə edə bilməyiblər”.

Həzrət Ayətullah Xamenei İran İslam Respublikasının regiondakı üstünlüyünə işarə edərək dedi: “Düşmənin təsəvvürünün əksinə olaraq İslam dövlətinin izzəti və qüdrəti atom bombasından qaynaqlanmır. Çünki biz lap əvvəldən elan etmişik ki, nüvə silahı bizim dini prinsiplərə ziddir. Buna görə də İran xalqının izzəti və iqtidarının səbəbi dünyanın gözü önündədir – bu, xalqın müqaviməti, fədakarlığı və bəsirətidir”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, bu qürurverici hərəkətin şərti vəzifəni tanımaq və ona əməl etməkdir: “Heç şübhəsiz ki, İnqilab inkişaf edəcək. Ancaq xalqın hər bir fərdi, xüsusilə gənclərindən tutmuş SEPAH-a, bütün silahlı qüvvələrə və dövlət qurumlarına qədər hər kəs bu hərəkətdəki rolunu müəyyən etməli və Böyük İmam (r.ə) kimi Allah dostlarının möminə xas olan davranışlarını özlərinə örnək edərək Allah yolunda öz vəzifələrinə əməl etməlidir”.

 

 

700 /