Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Elə edin ki, ABŞ hərbçiləri tezliklə İraqı tərk etsinlər

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (şənbə) günortadan sonra İraqın baş naziri cənab Adil Əbdülmehdi və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə İran və İraq dövlətlərinin inanc, mədəni və tarixi cəhətən çulğalaşdıqlarına işarə edərək dedi: “İran İslam Respublikası ilə İraq dövlətinin əlaqələri iki ölkənin qonşuluq əlaqələri çərçivəsindən daha geniş məna ifadə edir. İran dövləti və xalqı İraqın inkişafı və səadətini öz mənfəəti hesab edir. Ancaq amerikalılar sözdəki açıqlamalarının əksinə olaraq İraqın demokratiyası və indiki siyasi fəallarının birliklərinin onlar üçün zərərli olduğunu düşünürlər. Bu cəhətdən İraq dövləti elə etməlidir ki, ABŞ hərbçiləri tezliklə İraqı tərk etsinlər”.

İraqda və regionda cərəyan edən hadisələrə ayıq və müdrik mövqe sərgilədiyi üçün cənab Adil Əbdülmehdiyə təşəkkürünü bildirən İslam İnqilabının Rəhbəri bu ölkənin insan potensiallarından söz açaraq dedi: “İraqın insan potensiallarından biri ölkənin İŞİD fitnəsi ilə mübarizədə imthandan yaxşı və təqdirəlayiq şəkildə çıxmış gəncləridir. Baş verənlər tarixi bir hadisə idi”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İraqın alimləri və ziyalıları bu ölkənin insan potensiallarına aid olan başqa bir cəhətidir: “Amerikalılar İraqa girdikləri ilk vaxtlarda bu ölkənin çoxlu sayda alimini qətlə yetirdilər. Çünki onlar bu mühüm sərvətin əhəmiyyətini bilirdilər”.

O vurğuladı ki, İraqın insan potensialları və zəngin yeraltı mənbələri bu ölkəni ərəb dünyasının ən nüfuzlu ölkəsinə çevirəcək: “Amerikalılar və onların regiondakı quyruqları İraqın mövcud demokratik strukturlar, şəxsiyyətlər və hal-hazırda cərəyan edənlər çərçivəsində dəyişməsinə qarşıdırlar. Bunu öz mənafelərinə zərərli hesab edirlər”.

O vurğuladı ki, əgər İraq hökuməti və rəhbərliyi ABŞ-a tabe olsa, onların heç bir problemi olmayacaq: “İraqın indiki hökuməti, məclisi və siyasi aktivlər birliyi ABŞ üçün arzuedilməzdir. Buna görə də onlar bu birliyi İraqın siyasi səhnəsindən çıxarmaq üçün plan cızırlar”.

İslam İnqilabının rəhbəri vruğuladı ki, amerikalılar və səudiyyəlilərin İraqla bağlı dedikləri onların üzə çıxarmadıqları niyyətlərindən fərqlidir: “İŞİD Mosulu işğal edəndə ona pul, silah və təchizat göndərirdilər. İraq İŞİD-ə qalib gələndən sonra İraqla dost olduqlarını deyirlər”.

Həzrət Ayətullah Xamenei İraqın baş nazirinin İŞİD-in qalıqlarının İraqda qalması ilə bağlı sözlərinə işarə edərək dedi: “Çox ayıq olmaq lazımdır. Çünki onlar hökumədə və xalqda zəiflik hiss etdikləri an yenidən öz cinayətlərinə başlayacaqlar”.

ABŞ hərbçilərinin region ölkələrində qalmasının region ölkələri və xalqlarının zərərinə olduğunu söyləyən İslam İnqilabının Rəhbəri İraqın baş nazirinə dedi: “Elə etmək lazımdır ki, amerikalılar tezliklə İraqı tərk etsinlər. Çünki onların hərbi qüvvələrinin uzun müddət qaldığı ölkələrdən çıxarılması prosesi çətinliklər yaratmışdır”.

O bildirdi ki, ABŞ-ın İraqda qalmaq istəyi sırf hərbi iştirakdan daha böyük məqsədə xidmət edir: “Onlar burada uzun müddət qalmaq, xeyir əldə etmək və İraqı işğal etikləri ilk vaxtlarda olduğu kimi, hərbi hökumətlər kimi bir hökumət yaratmaqdır”.

Həzrət Ayətullah Xamenei elmi inkişafın ölkənin abadlığı və təmir-bərpasına təsirindən söz açaraq dedi: “Bir təcrübə kimi İraqdakı elmi inkişafın ayrı-ayrı sahələrdə davamlı şəkildə immunlaşmaya zəmin yaradacağını düşünürəm”.

O habelə qeyd etdi ki, təqlid mərcələri ilə əvvəlkindən daha çox əlaqə yaradılması çox faydalıdır.

Ölkə başçısı cənab Ruhaninin də iştirak etdiyi bu görüşdə İraqın baş naziri cənab Adil Əbdülmehdi İslam İnqilabının Rəhbəri ilə görüşdən çox məmnun olduğunu dedi: “İslam Respublikası və İran xalqı çətin şəraitlərdə daim İraq dövləti və xalqının yanında olmuşdur. Sonuncu hadisə İran İslam Respublikasının dəstəyi ilə İraqın İŞİD üzərində qələbə çalması hadisəsi oldu”.

O vurğuladı ki, İŞİD təşkilatı məhv edilsə də onun qalıq ünsürləri İraqda hələ də qalmaqdadır: “Bütün bu məsələlərə baxmayaraq, İraq xalqı təhlükəsizlik və sabitlik şəraitində yaşayır”.

İraqın baş naziri cənab Ruhaninin bir müddət əvvəl Bağdada etdiyi səfərdən və bu gün Tehranda keçirilən görüşlərdən söz açaraq dedi: “Baş tutmuş danışıqlar nəticəsində dəmir yolunun tikintisi, sənaye şirkətlərinin yaradılması, ticarət əlaqələrinin genişləndirilməsi, nəqliyyat və çay və kanalların məcrasının təmizlənməsi sahələri ilə bağlı yaxşı razılıqlar əldə edildi”.

Cənab Adil Əbdülmehdi sonda vurğuladı: “İraqla İran İslam Respublikası arasında xüsusi əlaqələr mövcuddur. Biz elan etmişik ki, ABŞ-ın İrana qarşı sanksiyalarına heç vaxt qoşulmayacağıq”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /