Bu gün (çərşənbə axşamı) günortadan sonra prezidentin birinci müavini, bir neçə hökumət nümayəndəsi, Silahlı Qüvvələrin Baş Qərargah Rəisi, Ordu və Korpus komandirləri, Quru və Dəniz Qüvvələri, Polis və Bəsicin komandirləri, Böhran Vəziyyətinin İdarə Edilməsi Mərkəzi, Kömək və Yardım Fondlarının məsul şəxslərinin iştirakı ilə təşkil edilmiş xüsusi iclasda icra və hərbi qüvvələrin məsul şəxsləri selin ziyan vurduğu regionların son vəziyyəti, habelə selə məruz qalmış əhalinin məskunlaşdırılması, əhalinin problemlərinə baxılması, yaşayış yerləri, kənd təsərrüfatı və heyvandarlıq sahələri, infrastrukturlar, bəzi əyalətlərdə gələcəkdə yaranacaq şəraiətə nəzarət prosesinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xameneiyə məlumat verildi.
O dedi: “Son sel hadisəsində xidmət göstərilməsi, ayrı-ayrı sahələrin iş birliyi, kömək və yardım göstərmək istəyi, əhalinin könüllü yardım göstərmək ruhiyyəsi bəzi əyalətlərdə çox yüksək idi. Ziyan dəymiş əhalinin problemlərinin aradan qaldırılması işinin davam etdirilməsi üçün bütün lazımi qərarlar və tədbirlər ciddi şəkildə həyata keçirilməlidir”.
İslam İnqilabının Rəhbəri iclasda verilən hesabata görə təşəkkürünü bildirərək dedi: “Göstərilmiş xidmətlər, qurumlar arasındakı birlik, yüksək vəzifəli məmurların və hərbi komandanların ziyan dəymiş regionlarda və hadisə yerində olması bu hadisənin diqqət çəkən cəhətlərindəndir”.
Həzrət Ayətullah Xamenei dedi: “Bütün bunlarla yanaşı, daha mühüm bir məsələ də var. O da dağıntılar və ziyanın qarşısının alınması üçün öncədən proqnozlaşdırılması zəruri olan tədbirlərin həyata keçirilməsi məsələsidir. Çünki sel qarşısıalınmaz bir hadisə olsa da, dağıntı və ziyanın qarşısını almaq olar”.
O əlavə etdi: “Xəsarətlərlə yanaşı, sel kimi hadisələrin vurduğu mənəvi və psixoloji ziyanların təsiri uzun müddət davam edir. Buna görə də elə gələcəklə bağlı tədbirlər və proqramlaşdırma işləri elə aparılmalıdır ki, bu cür hadisələrin ziyan və zərərləri mümkün olan ən aşağı həddə olsun”.
İslam İnqilabının Rəhbəri bildirdi ki, çayların və bəndlərin dərinləşdirilməsi, çaylar yataqlarının təmizlənməsi, su ayrıclarının yaradılması, yaşıllıqlar və meşəliklərin qorunması çox mühüm məsələlərdəndir: “Bu hadisə müxtəlif layihələr, o cümlədən bəndlərin tikintisi, avtomobil və dəmir yollarının salınması və şəhərlərin təmir-bərpası sahəsində bütün cəhətlərin nzərə alınması və gələcəklə bağlı zəruri və əhatəli tədbirlərin görülməsi üçün bir ibrət dərsi olmalıdır”.
Həzrət Ayətullah Xamenei vurğuladı ki, ayrı-ayrı əyalətlərdə sel hadisəsi ilə bağlı qəbul edilmiş qərarlar ciddi şəkildə həyata keçirilməlidir: “Son hadisədə əhali həqiqətən, köməklik göstərdi. Xalqın könüllü xidmət göstərmək ruhiyyəsi həddən artıq yüksəkdir. Kömək edən insanlarla məsul şəxslər arasında yaxşı əlaqə yaratmaqla bu ruhiyyədən yaxşı isitfadə etmək laızmdır”.
O, çıxışının sonunda ayrı-ayrı qurumlara öz təşəkkürünü bildirərək dedi: “Son sel hadisəsində Teleradio Şirkəti insafən, yaxşı işlədi”.
Bu iclasda İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən prezidentin müavini, daxili işlər naziri, energetika naziri və Silahlı Qüvvələrin Baş Qərargah Rəisi sel dəymiş ərazilərin son vəziyyəti, həyata keçirilmiş tədbirlər və əhaliyə göstərilmiş xidmətlər haqqında məlumat verdilər.
Prezidentin birinci müavini bildirdi ki, son sel hadisəsi 24 əyalətin problemlə qarşılaşmasına səbəb olan nadir təsadüf edilən bir sel hadisəsidir: “Bu hadisədə bütün qurumlar və onların rəhbər şəxsləri büün imkanları ilə Böhranın İdarə Edilməsi Komitəsinin sərəncamında oldular”.
İslam İnqilabı Rəhbərinin Silahlı Qüvvələrə sel basmış regionlara xidmət göstərilməsi ilə bağlı verdiyi göstərişin çox faydalı bir göstəriş olduğunu deyən cənab Cahangiri zərər dəymiş regionlarda xidmət göstərən insanlara təşəkkürünü bildirərək dedi: “Hökumət əvəzsiz yardımlar və aşağı mənfəətli təchizatlar vasitəsilə əhaliyə dəymiş zərərlərin aradan qaldırılması ilə bağlı mühüm qərarlar qəbul etmişdir”.
Prezidentin birinci müavini axar suların Xuzistan istiqamətinə yönləndirilməsi ilə bağlı qəbul edilmiş qərarlardan söz açaraq dedi: “Ordudan istənilib ki, axar suların yönləndirilməsi üçün Bostan və Susəngərdin ətrafında kanallar qazsınlar”.
Daha sonra çıxış edən Silahlı Qüvvələrin Baş Qərargah rəisi Silahlı Qüvvələrin sel başladığı ilk vaxtdan Gülüstanda xidmət göstərməyə başladığını dedi: “Ali Baş Komandanın göstərişindən sonra bütün texniki və mühəndislik imkanları əhalinin problemlərinin həllinə səfərbər edildi və bütün tədbirlərin böhranın idarə edilməsi üzrə aidiyyatı qurubmlar və qəragahlarla birlikdə iş görülməsinə səy göstərildi”.
Daxili işlər naziri daşqınların baş verdiyi regionlarda əhaliyə göstərilmiş yardımlar haqqında məlumat verərək dedi: “Bütün əyalətlərdə daşqınların təhlükəsinin azaldılması ilə bağlı hərtərəfli layihə işlənib hazırlanması, çayların qazılıb dərinləşdirilməsi, çayların yataqlarının maneələrdən təmizlənməsi, yaşayış məskənlərinin sığortası və hidrometereologiya sahəsi üzrə biliklərin və təchizatların daha da inkişaf etdirilməsi gələcəkdə dövlətin gündəliyinə salınması zəruri olan işlərdəndir”.
Yağıntıların ölkənin su anbarları və bəndlərinə müsbət təsir göstərdiyini deyən energetika naziri su və enerji paylanmasına dəymiş ziyanlar haqqında da məlumat verdi: “Suların Loristan və İlam tərəfdən Xuzistan və bu əyalətin bəndlərinə doğru axmasını nəzərə alsaq, böhranla mübarizə aparmaq üçün lazımi tədbirlər düşünülmüşdür”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir