Bu gün (çərşənbə) yeni ilin ilk günü, günortadan sonra İmam Rzanın (ə) hərəminin ziyarətçiləri və hərəmin qonşuluğunda yaşayan insanlarla görüşən İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei 98-ci ilin fürsətlər ili olduğunu dedi. O vurğuladı ki, bu ilin “İstehsalın artırılması” sloqanlı şüarının gerçəkləşməsi ayrı-ayrı sahələrdə dəyişikliklər yaranmasına, məşğulluğun artmasına, məişət problemlərinin həll olmasına, bank sisteminin islahına, milli valyuta dəyərinin artmasına və büdcə balansına səbəb olacaq. Ali Rəhbər cari ilin məsələləri, Qərb dövlətlərinin İrana qarşı münasibətləri, iqtisadiyyat və istehsalın artırılması ilə bağlı mühüm açıqlamalar verdikdən sonra çıxışının dördüncü hissəsində “İkinci addım strateji bəyanatı”ın müddəlarının həyata keçirilməsində gənclərin üzərinə düşən vəzifələrdən danışdı.
Hər kəsi “həqiqi novruz” hesab edilən ədalət öndəri Həzrət Əmirül-möminin Əlinin (ə) mübarək mövludu, yeni ilin gəlişi və Novruz bayramı münasibəti ilə təbrik edən Həzrət Ayətullah Xamenei Allahdan etikaf mərasimlərinin iştirakçılarının nurlu qəlblərinə etikaf günlərinin xoş bir səfa bəxş etməsini dilədi, ilahi rəhmət və lütfün bütün İran xalqına şamil olacağına ümidvar olduğunu dedi.
İslam İnqilabının Rəhbəri mərasimdəki çıxışını dörd hissəyə böldü: 1398-ci ilə aid məsələlər; İslam Respublikasının Qərb dövlətləri ilə münasibətləri; iqtisadiyyat və istehsalın artırılması şüarı; əziz gənclərə ölkə, İnqilab və gələcəklə bağlı bir neçə söz.
O, birinci məsələ haqqında bunları dedi: “Bəzi şərhçilər və qələm sahibləri 98-ci ilin təhdidlər ili olduğunu hesab edirlər. Mən bu qənaəti qətiyyən qəbul etmirəm və Allahın köməyi ilə 98-ci ilin İran xalqı üçün fürsətlər, imkanlar və problemlərin həlli ili olacağına inanıram”.
Ayətullah Xamenei davamlı olaraq təhdidləri xalqın gözündə şişirdən insanların qəsdən və ya bilmədən İran düşmənlərinin oxuduqları rəcəzlərin və ya psixoloji müharibənin təsiri altında olduğunu dedi. O, düşmənlərin 97-ci ildə oxuduqları bir neçə rəcəz nümunəsini qeyd edərək dedi: “ABŞ-ın birinci dərəcəli axmaqlarından biri demişdi ki, əgər ABŞ Hərtərəfli Birgə Fəaliyyətlər Planından çıxarsa, İran xalqının çörək almağa belə, imkanı olmayacaq, İranın küçələrində üsyanlar olacaq. Başqa birisi demişdi ki, biz 2019-cu ilin Kristmas bayramını Tehranda qarşılayacağıq. Bu fikirlərin kökündə ya axmaqlıq dayanır, ya psixoloji müharibə və xəbislik, ya da hər ikisi”.
Həzrət Ayətullah Xamenei 98-ci ilin fürsətlər ili olması məsələsinə açıqlama gətirərkən dedi: “Ölkənin əsas probemi iqtisadi problem və kasıb təbəqənin məişət problemidir. Bu problemin bir hissəsinin səbəbi Avropa və ABŞ-ın tətbiq etdiyi sanksiyalardır, digər hissəsi isə daxili nöqsanlar və idarəetmə zəifliyindən qaynaqlanır”.
İslam İnqilabının Rəhbəri əlavə etdi: “Həm sanksiya ölkə üçün fürsətə çevrilə bilər, həm də zəifliklər və nöqsanları görmək gələcək üçün, habelə ölkənin sonrakı illərdəki idarəçiliyi üçün qiymətli bir təcrübə ola bilər”.
O, “Sanksiya ölkə üçün fürsətə necə çevrilə bilər?” sualına belə cavab verdi: “Təcrübə göstərir ki, neft gəlirlərinin azalmasından doğan təzyiq bizim ölkə və istənilən bənzər ölkədə iqtisadi islahatların həyata keçirilməsinə səbəb olur və ölkəni neft asılılığından xilas etmək istəyi yaradır və onu bu istqamətdə fəallaşdırır. Artıq dövlət və tədqiqatlar səviyyəsində ölkənin qeyri-neft gəlirləri ilə idarə edilməsi kontekstində geniş və yüksək araşdırmalara start verilmişdir. Əgər neft gəliri yüksək olsaydı, bu fikir və hərəkət meydana gəlməzdi”.
Həzrət Ayətullah Xamenei Müqəddəs müdafiə dövrünün, habelə Şərq və Qərbin maddi güclərinin müdafiə imkanları və təchizatlarının İranın ixtiyarına verilməsindən imtina etməsinin əyani bir təcrübə olduğunu dedi: “Bu ağır təcrübə və məhdudiyyətlər gənclərin çalışqanlıqları və təşəbbüskarlıqları sayəsində ölkənin hərbi asılılıqdan xilas edilməsinə səbəb oldu. Belə ki, bu gün İranın müdafiə imkanları təqribən, regionun bütün ölkələrinin müdafiə imkanlaırndan daha yaxşı və daha üstündür”.
İnqilabın Rəhbəri əlavə etdi: “Düşmənlər də İranın müdafiə üstünlüyünə malik olduğunu etiraf edir və ondan təzyiq vasitəsi kimi isitfadə etməyə çalışır. Lakin bu, baş verməyəcək və İslam Respublikası onların acığına öz müdafiə gücünü artırmaqda davam edəcək”.
Həzrət Ayətullah Xamenei sanksiya ilə mübarizə layihələrinin tədqiqi və onların icrasının vacib olduğunu vurğulayaraq dedi: “Sanksiyalara görə ah-nalə etməməliyik, snaksiyaçılar, yəni ABŞ və Avropadan elə də böyük təvəqqemiz olmamalıdır. Əksinə, hökumət və tədqiqat qurumları, fikir və düşüncə sahibi olan bütün gənclər ölkənin bütün problemlərini öyrənərək sanksiya ilə mübarizə aparmaq və düşmənlərin mənfur niyyətlərini ürəklərində qoymaq üçün mövcud olan bir çox yolları araşdırıb izləməlidirlər”.
İslam İnqilabının Rəhbəri dövlətin yüksək dairələrinin sanksiyalarla mübarizə yollarının işlənib hazıranmaqda olduğunu ehtiva edən hesabatından söz açaraq dedi: “Məsul şəxslər əməl və fəaliyyətlərində ciddi və sürətli olmalı, işlərində gecikmə və təxirə yol verməməlidirlər”.
İslam İnqilabının Rəhbəri 1398-ci ilin fürsətləri ilə bağlı açqılamalarının davamında düşmənlə olan iqtisadi müharibədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsinin zəruri olduğunu dedi: “Bu gün, Allaha şükürlər olsun ki, bütün məsul şəxslər düşmənin bizimlə müharibə apardığına və bunun özünü iqtisadi məsələlərdə göstərdiyinə inanır”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Təbii ki, biz bu müharibədə düşməni məğlub etməliyik. Allahın köməkliyi ilə məğlub da edəcəyik. Ancaq bu, kifayət etmir, qabaqlayıcı güc əldə etməli və elə bir mərhələyə nail olmalıyıq ki, düşmən iqtisadi cəhətdən ölkəyə zərbə vura və xalqı təzyiq altında saxlaya bilməyəcəyini hiss etsin”.
Həzrət Ayətullah Xamenei vurğuladı ki, bu mərhələyə nail olmaq mümkündür: “Biz hərbi sahədə elə bir şəraitdəydik ki, düşmənin hava və raket hücumuna qarşı mübarizə aparmaq iqtidarında deyildik. Amma indi elə bir mərhələyə yüksəlmişik ki, istər regiondakı düşmənlərimiz olsun, istərsə də regionda qüvvələri olan düşmənlərimiz, bilirlər ki, İran İslam Respublikası hədəfləri dəqiq vura bilən raketləri ilə istənilən hücuma qarşı mübarizə apara və sarsıdıcı zərbə endirə bilər”.
O dedi: “İsalm Respublikasının müdafiə sahəsindəki gücü və möhkəm yumruğu, əslində, sanksiyalar sayəsində əldə edilmiş qabaqlayıcı bir gücdür. İqtisadiyyat sahəsində də sanksiyalar fürsətindən yararlanıb eyni qabaqlayıcı gücə nail olmaq olar”.
İslam İnqilabının Rəhbəri çıxışının ikinci hissəsini təşkil edən Qərb dövlətlərinin İranla münasibətləri mövzusundan danışarkən dedi: “İqtisadi qabaqlayıcılıq mərhələsinə nail olmağın yeganə yolu qərblilərin kömək və dəstəyindən ümidləri kəsməkdir”.
Həzrət Ayətullah Xamenei bu məsələ ilə bağlı mövqeyini belə əsaslandırdı: “Tarixi təcrübələr və qərblilərin davranışlarının əyani müşahidəsi göstərir ki, onlardan yalnız hiylə, xəyanət, arxadan kürəyə xəncər sancmaq hərəkətlərini gözləmək olar, ancaq kömək, sədaqət və yoldaşlıq gözləmək olmaz. Əgər hansısa mərhələdə qərblilər üzdə yardım etdiklərini göstəriblərsə də, əslində, bunu öz işlərinin daha yaxşı getməsi üçün ediblər”.
O əlavə etdi: “Bu məsələ təkcə İrana aid deyil. Ümumiyyətlə, qərblilər gücləri çatdığı istənilən ölkə ilə eyni şəkildə davranırlar”.
İslam İnqilabının Rəhbəri avropalıların üç əsr Asiya, Afrika və Latın Amerikasındakı zəif ölkələri müstəmləkə altında saxlaması və bu ölkələrdə elm və texnalogiyanın inkişafının qqarşısını almasını avropalıların çirkin davranışının aşkar bir nümunəsi olduğunu dedi: “Avropalıların İrana qarşı xəyanətkar və çirkin davranışı qacarlar dövrünün ortalarından başlamışdır. İran və Rusiya müharibəsində İngiltərənin xəyanəti, Tənbəki imtiyazı, Əmir Kəbirin qanının axıdılıması, Rzaxan diktatura hökumətinin hakimiyyət başına gəlməsi, 28 mordad qiyamı, Müsəddiq hökumətinin süqutu, İslam İnqilabından sonra baş vermiş müxtəlif siyasi və təhlükəsizlik hadisələri, məcburi müharibə, sanksiyalar və Hərtərəfli Birgə Fəaliyyətlər Planı ilə bağlı hadisə avropalıların İrana qarşı sərgilədikləri darvarnış nümunələridir. Bu məsələlər unudulmamalıdır”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Amerika tərəfi İran və altı ölkə arasında qərarlşdırılmış HBFP-dən çıxdıqdan sonra avropalılar ABŞ-a qarşı çıxmalı və öz öhdəliklərinə sadiq qalaraq snaksiyalara son qoymalı idilər. Lakin bu vaxta qədər müqavimət göstərməyiblər. Əksinə, mütəmadi olaraq İrana HBFP-də qalmağı tövsiyə ediblər, özlərinə gəldikdə isə əməli olaraq HBFP-nın şərtlərini pozub, İrana qarşı yeni sanksiyalar təyin ediblər”.
Ali Rəhbər İranla Avropa arasında maliyyə kanalının yaradılması mövzsundan söz açaraq dedi: “Bu maliyyə kanalı daha çox acı bir zarafata bənzəyir və heç bir mənası yoxdur”.
İslam İnqilabının Rəhbəri vurğuladı ki avropalıların HBFP-yə əsaslanan vəzifələri ilə əməldə həyata keçirdikləri fəaliyyətlər arasında yerdən göyə qədər fərq var: “Avropalılar HBFP-də də arxadan xəncər zərbəsi endirdilər”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Aparılmış araşdırmalar, habelə əyani müşahidələr göstərir ki, Avropa və Amerikanın gücü və siyasəti despot, hegemon, məntiqsiz və tamahkar siyasətdir. Qərb siyasətçiləri üzdə səliqəli geyinib ətirlənsələr də, daxilən vəhşi insanlardır”.
İslam İnqilabının Rəhbəri bildirdi ki, avropalıların Yeni Zellandiyada iki məsciddə onlarla müsəlmanın şəhadəti ilə nəticələnən terror cinayətinə münasibəti və sərgilədikləri davranış onların vəhşi batinlərinin bir nümunəsidir: “Avropa siyasətçiləri və informasiya vasitələri bu cinayətlə bağlı terror ifadəsini işlətmədilər, təkcə silahlı hücum ifadəsini işlətməklə kifayətləndilər. Halbuki dünyanın istənilən yerində avropalılara qarşı sevgi və rəğbəti olan hər hansı fərdə qarşı bir hərəkətə yol verilərsə, terrorizmlə mübarizə apardıqlarını və insan hüquqlarını müdafiə etdiklərini iddia edən qruplar hay-küy qoparırlar”.
O vurğuladı ki, Səudiyyə dövləti regionun ən pis, müstəbid, diktator, despot, cinayətkar və asılı dövlətidir: “Qərblilər belə bir dövlət üçün nüvə imkanları yaradır, onu raket istehsalı mərkəzləri ilə təmin edir. Bunun səbəbi də Səudiyyə dövlətinin onlardan asılı olmasıdır”.
İslam İnqilabının Rəhbəri eyni zamanda bildirdi: “Qeyd edim ki, Səudiyyə dövləti üçün rake və nüvə mərkəzlərinin tikilməsinə görə narahat olmuruq. Çünki bu mərkəzlər yaxın gələcəkdə, Allahın lütfü ilə İslam mücahidlərinin əlinə keçəcək”.
Həzrət Ayətullah Xamenei vurğuladı ki, şər və şeytanlıq xisləti Avropa və Amerikanın təbiətindədir: “ABŞ müxtəlif səbəblərdən Avropadan daha mənfurdur. Təbii ki, bu mənfurluq üstünlüyü ABŞ-ın indiki prezidentinə məxsus deyil”.
O əlavə etdi: “ABŞ-ın cinayətkarlıqlarından biri budur ki, konqres keçən iki ildə İslam Respublikasına qarşı 226 layihə təqdim, ya təsdiq etmişdir. İndi öz məclisimizdən şikayətlənməli və soruşmalıyıq ki, İslam Şura Məclisi bu vaxta qədər ABŞ-ın çirkin davranışlarına qarşı neçə layihə təqdim və ya təsdiq edib?”
İslam İnqilabının Rəhbəri daxildə Qərbə bəzək-düzək vermək və qərblilərin çirkinliklərini retuşlamaqla (1) məşğul olan bəzi fərdlər və informasiya vasitələrinə işarə edərək dedi: “İctimaiyyətin İngiltərə və Fransa kimi üzdə yaxşı görünən dövlətlərin cinayətkar batinindən xəbərdar olmasını istəməyən bu fərdlər və informasiya vasitələri, əslində, pəhləvi dövrünün təpədən dırnağa qədər qərbli olmasını istəyən tağızadələridir”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu gün ölkə daxilində dayanmadan qərb həyat tərzini, qərb metodlarını, qərb sözlərini ədəbiyyata, universitet və məktəblərə pompalamaqla məşğul olan şəxslər, əslində, müasir tağızadələrdir. 2030 sənədini müdafiə edən və dəstəkləyənlər də tağızadə təfəkkürünü davam etdirənlərdir”.
İslam İnqilabının Rəhbəri dedi: “İnqilabçı xalq və mömin gənclər müasir tağızadələrin sözlərinin kürsüyə çıxmasına imkan verməyəcəklər”.
Həzrət Ayətullah Xamenei çıxışının davamında mühüm bir nüansa toxunaraq dedi: “Bəziləri səfsətəyə əl atıb mənim sözlərimi Qərb ölkələri ilə əlaqələrin kəsilməsi kimi yozmasınlar. Mən dəfələrlə vurğulamışam ki, əlaqənin heç bir problemi yoxdur, ayrı-ayrı hakimiyyətlərin zamanında müxtəlif ölkələrlə, hətta avropalılarla əlaqə yaradılmasına stimul vermişəm. Sadəcə, problem güvən və təqlid məsələsindədir”.
O dedi: “Bizim problemlərimizin çoxunun səbəbi budur ki, onlarla apardığımız müzakirələr, bağladığımız müqavilələr və siyasi qərarlarda qərblilərə güvəndik”.
İslam İnqilabının Rəhbəri məsul şəxslərə səslənərək dedi: “Müxtəlif ölkələrlə əlaqə yaradın, ancaq tərəf müqabillərinizi yaxşı tanıyın ki, onların təbəssümü, hiyləsi və yalan sözlərinə aldanıb səhvə yol verməyəsiniz”.
Həzrət Ayətullah Xamenei dedi: “Bizim dövlət rəhbərləri bu gün artıq belə bir qənaətə gəliblər ki, qərblilərlə birlikdə addımlamaq olmaz. Ümidvaram ki, bu yeni qənaət sayəsində gələcəkdə hökumət rəsmilərinin qərblilərlə olan davranışları və münasibətlərində fərq yaranacaq”.
O, çıxışının davamında Qərblə bağlı iki zidd və yanlış mövqeyin olmasına işarə edərək dedi: “Yersiz təəssüb və doqmaya əsaslanan birinci mövqedə Qərbin müsbət cəhətləri, elm və texnologiya sahəsindəki nailiyyətləri, bəzi müsbət əxlaqi keyfiyyətləri heçə sayılır. İkinci mövqeyə görə, Qərbdən tamamilə asılı olmaq və qərbləşmək lazm hesab edilir”.
İslam İnqilabının Rəhbəri qərbləşmənin böyük bir təhlükə olduğunu dedi və 1342-ci ildə (1963-cü il) mərhum Cəlal Ali Əhmədin qərbləşmənin təhlkəli olmasını qeyd etdiyini bildirdi: “Qərblilərin elm və təcrübələrindən isitfadə etmək lazımdır, ancaq heç bir vəchlə onlara güvənməq və arxalanmaq olmaz”.
Həzrət Ayətullah Xamenei çıxışının üçüncü hissəsinə belə bir mühüm sualla başaldı: “Əgər Qərbə güvən olmasa, o zaman İran iqtisadiyyatının inkişafı üçün nə etmək lazımdır?”
O bu suala cavabını “Mücahid və alim işi” kontekstində ümumiləşdirdi.
İslam İnqilabının Rəhbəri dedi: “Tənbəllik və həvəssizliklə iqtisadi problemlər həllini tapmır. Mücahid faəliyyətinə xas olan xüsusiyyətlər, yəni yorulmaq bilmədən göstərilən ixlaslı fəaliyyət dəqiq elmi normalara cavab verən və elmi əsası olan tədbirlərlə müşayiət edilməlidir ki, iqtisadi məsələlərdə və qərarların qəbul edilməsində savadlı, məhsuldar və mübariz idarəetmə tədbirləri həyata keçsin. Əgər belə olarsa, İran iqtisadiyyatı mütləq, çiçəklənəcəkdir”.
Həzrət Ayətullah Xamenei mütəxəssislərin görüşlərinə istinad edərək ölkənin potensial və imkanlarının, o cümlədən işçi qüvvəsi, təbii və coğrafi resursların çox geniş və istifadəyə yararlı olduğunu dedi: “Zəngin likvidiklik qeyd olunan zəngin imkanlarla yanaşı, təbii ki, yaxşı idarəetmə olacağı və investisiya sahəsində istifadə ediləcəyi təqdirdə mövcud problemlərin həllini sürətləndirə bilər”.
O, bəzi qurumların, o cümlədən kənd təsərrüfatı, su, torpaq və infrastruktur idarələrinin fəaliyyətinin yaxşı olduğunu dedi: “Bəzi sahələrdə durğunluq hökm sürür, işlər ləng gedir. Məsələn, bir neçə ildir ki, bank fəaliyyətlərinin islahat layihəsi parlamentə hələ də təqdim edilməmişdir”.
İslam İnqilabının Rəhbəri bəzi sahələrin uyğun fəaliyyətlərə istiqamətləndirilməsi və fəaliyyətlərində ləngimələr olan sahələrə xəbərdarlıq verilməsinin zəruri olduğunu dedi və bildirid ki, ümumi toplantılarda o məsələləri qabardıram ki, daha əvvəl onlarla bağlı məsul şəxslərə dəfələrlə xəbərdarlıq vermişəm.
Həzrət Ayətullah Xamenei əhali və istehsalçıların çox hissəsinin keçən ilin “İran məhsuluna dəstək” sloqanlı şüarının gerçəkləşməsində yaxşı iştirak etdiyini vurğulayaraq dedi: “Həmin şüar tam şəkildə reallaşmadı və öz qüvvəsində qalır. Ancaq bu ilin əsas məsələsi istehsalın daha da yaxşılaşdırılmasıdır”.
O, istehsalın daha da yaxşılaşdırılmasının işsizlik, inflyasiya və yoxsulluğun azalmasına, milli valyuta qiymətinin artmasına, hətta dövlət büdcəsində kəsirin azalmasına və balans yaranmasına səbəb olacağını dedi: “Hökumət, parlament və istehsal sahəsinə daxil olmaq iqtidarında olan hər bir şəxs bu ilin şüarının reallaşdırılması məsələsində ağır vəzifələrlə qarşı-qarşıyadır”.
İslam İnqilabının Rəhbəri bildirdi ki, iqtisadi fəalların daxili istehsalın daha da yaxşılaşdırılması istiqamətində göstərdikləri səylər ilahi mükafata layiqdir: “Aidiyyatı qurumlar istehsalçıya, investora və sağlam iqtisadi fəala müxtəlif cəhətlərdən, o cümlədən biznes mühitinə dair qanun-qaydalarda islahatlar aparmaqla köməklik göstərməlidir”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, sui-isitfadə edənlərlə mübarizə istehsalın daha da yaxşılaşdırlmasının digər zəruriyyətlərindəndir: “Təəssüflər olsun ki, novator iranlı zəkası fırıldaq işlər üçün aktivləşdikdə sui-istifadə üçün çox əcaib metodlardan isitfadə edir. Buna görə də icraedici, qanunverici və nəzarətçi qurumların bu məsələdə tamamilə diqqətli olması lazımdır”.
O bildirdi ki, müəssisələrin alışı, dəzgahların satışı, işçilərin işdən çıxarılması, müəssisənin yerinin qalaya çevrilməsi, habelə xalqın pullarından istifadə edərək qeyri-qanuni sərvətlər əldə etmək üçün bank və maliyyə mərkəzlərinin yanlış inkişaf siyasətindən sui-istifadə edilməsi mübarizə aparılması zəruri olan sui-istifadələrdəndir.
İslam İnqilabının Rəhbəri qeyd etdi ki, istehsal sahəsi iri və kiçik sənaye sahələri, kənd təsərrüfatı, heyvandarlıq və ev təsərrüfatını əhatə edir: “Bu prosesdə elmi bazası olan şirkətlər tam diqqət mərkəzində olmalıdır”.
Həzrət Ayətullah Xamenei sistemsiz idxalatın qarşısının alınmasının istehsalın yaxşılaşdırılması və müqavimət iqtisadiyyatının zəruri şərtlərindən olduğunu dedi: “Məsul şəxslər müqavimət qitisadiyyatı haqqında mütamadi məlumat versələr də, bazarlarda xarici malların çoxluğu olduğu kimi qalır və daxili istehsalın zəifləməsinə səbəb olur”.
O, bütün aidiyyatı qüvvələri və qurumları istehsalı daha da yaxşılaşdırmağa çağırdı: “Bu il daxili istehsal artırılmalıdır”.
İslam İnqilabının Rəhbərinin İmam Rzanın (ə) ziyarətçiləri və hərəmin yaxınlığında yaşayan insanların izdihamı qarşısında etdiyi çıxışının son hissəsi xalqa, xüsusilə gənclərə ünvanlanmış məsələləri ehtiva etdi.
O, seçkin insanlar, gənclər, universitet tələbələri, ruhhanilər və dini mərkəzlərin tələbələrinin ikinci addım bəyanatını (bəhmən ayının son günləri təqdim edilmişdi) müsbət qarşılamasından məmnun olduğunu dedi: “Bu onu göstərir ki, ölkədə, xüsusilə gənclər arasında bu bəyanatın həytata keçirilməsi istiqamətində fəaliyyət göstərməyə hazırlıq var. Məsul şəxslər bu imkandan isitfadə etməlidirlər”.
İslam İnqilabının Rəhbəri vurğuladı: “İnqilabın birinci addımında gənclər İmamın (r.ə) rəhbərliyi ilə ölkəni irəli apardıqları kimi, ikinci addımında da çiyinlərini böyük və kiçik işlərin altına verməlidirlər”.
Həzrət Ayətullah Xamenei dedi: “Ölkə gəncləri bir gün İnqilabın qələbə çalması və diktatura sisteminin yerlə yeksan olması üçün diktatura rejimi ilə mübarizə xərcini ödədilər, Müqəddəs müdafiə dövründə də ailələr və gənclər ölkənin müdafiə xərcini qəbul etdilər ki, indiki nəsil onun nəticəsi olan təhlükəsizlikdən faydalansın. Bu gün növbə vətənin əziz gənclərinindir. Onlar düşmənə qarşı müqavimət göstərməlidirlər ki,gələcək nəsillər bu müqavimətin parlaq nəticələri və nailiyyətlərindən istifadə edə bilsinlər”.
Həzrət Ayətullah Xamenei bildirdi ki, ikinci addımın ruh və cövhəri bir tərəfdən ölkənin malik olduğu bol imkan, potensial və məziyyətlərin öyrənilməsi və onlardan istifadə edilməsindədir, digər tərəfdən də bəlalar, fəsadlar və düşmənin nüfuz nöqtlələrinin öyrənilib onlara qarşı mübarizə aparılmasındadır: “Gənclər bu iki tanıma sayəsində problemləri həll etmək üçün sinələrini sipər etməlidirlər”.
Ayətullah Xamenei qərblilərin İran xalqının milli iradəsinə qarşı mübarizə aparılmasının qeyri-mümkünlüyü ilə bağlı qənaətlərindən söz açaraq dedi: “Bu qənaət düşmənləri xalqın iradəsini zəiflətmək üzərində təmərküzləşməyə vadar etmişdir. Buna görə də İran gənclərinin siyasi və dini inanclarına nüfuz etmək, onların hərəkət və fəaliyyət iradəsi və marağını zəiflətmək üçün miyardlarla pul xərcləyirlər”.
İnqilabın Rəhbəri əlavə etdi: “İranın və İran xalqının düşmənləri xalqın iradəsinin İran-İslamın inkişafı istiqamətində formalaşmasının, İslam cəmiyyəti və mədəniyyətinin yaranmasının qarşısını almaq istəyirlər. Ancaq Allahın köməkliyi ilə bunu bacarmayacaqlar”.
Həzrət Ayətullah Xamenei bildirdi ki, inkişafa nail olmaq üçün dinin bir kənara qoyulmasının zəruriliyinin təlqin edilməsi imperialistlərin başqa bir məkirli planıdır: “Bu səylərin olmasına baxmayaraq, İranın raket, nüvə, biotexnologiya kimi ən qabaqcıl və ən yaxşı sənaye sahələri mömin və dindar gənclərin səyləri sayəsində yaradılmışdır”.
Həzrət Ayətullah Xamenei gənclərə vəhdət və birlik yaratmağı, lazım olmayan və ixtilaflı məsələlərlə məşğul olmaqdan çəkinməyi, habelə daxili qüvvələr arasında sərhədlər təyin etməkdən çəkinməklə yanaşı, düşmənlə rəngarəng sərhədlər təyin etməyi israrla tövsiyə etdi: “Əziz gənclər, İmam da dediyi kimi, var gücləri ilə ABŞ-ın başına çığırsınlar, elm, fikir, maarif, siyasət və əməl sahəsində səylərini ikiqat artırsınlar”.
İslam İnqilabının Rəhbəri üç qüvvəni ölkənin inkişaf prosesində gənclərə kömək etməyə çağırdı: “Allahın köməkliyi ilə əziz İranın sabahı bu günkündən çox-çox yaxşı olacaq”.
Mərasimdə çıxış edən Astani Qüdsi Rəzəvinin rəhbəri Höccətül-islam vəl-müslimin Rəisi bir milyondan artıq ziyarətçinin olmasını, nəzirlərin iki dəfə artması və vəqflərin kifayət qdərə çoxalmasını, mömin və inqilabçı gənclərin ixtisaslaşmış imkanlarından istifadəni, xalqın ehtiyac duyduğu fəaliyyətlərə, xüsusilə səhiyyə, müalicə, iqtisadi layiələrdə sırf ticarə strategiyasından çəkinmək kimi sahələrdə göstərilən fəaliyyətlərə üstünlük verilməsini, məhrumlara qayğı göstərilməsi və onların imkanlarının artırılmasını, xüsusilə gənclər üçün nəzərdə tutulmuş tərbiyəvi və mədəni mərkəzlərin təsisi üçün Hərəmə aid olan məkanlardan istifadəni Astani Qüdsün keçən üç il ərzindəki ən mühüm strategiya və fəaliyyətlərindən olduğunu dedi.
Astani Qüdsi Rəzəvinin rəhbəri dedi: “Bütün qurumların mühüm vəzifələrindən biri ictimai kapitalın artrılması və xalqda dövlətə qarşı etmiad yaradılması üçün mexanizmlər işləyib hazrılamaqdır. Bu əsasla bu gündən “Rəzəvi şəffaflıq sistemi” işə başlayacaq və Astani Qüdsi rəzəvinin iqtisadi şirkətlərinin bütün məlumatlarını şəffaf şəkildə xalqın işxtiyarına və mühakiməsinə təqdim edəcək”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir