Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Bütün qüvvələrin maksimum səfərbər olması lazımdır

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı) səhər xalq tərəfindən Xubriqan Məclisinə seçilmiş nümayəndələrlə görüşdü. O, görüş zamanı ictimaiyyətdə dövlətin və nüfuzlu şəxslərin problem və cərəyan edən hadisələrə münasibətinin forma və keyfiyyəti ilə bağlı diskurs və dərin düşüncə yaradılmasının zəruriliyini vurğulayaraq bu məzmunda on bir bənddən ibarət ikili yanaşmanın olduğunu qeyd etdi: “Düşmənlərin maksimum hücumlarına qarşı bütün imkanlarımızı, potensiallarımızı və qüvvələrimizi maksimum həddə səfərbər etməliyik ki, xalqın və məsul şəxslərin Allahın yad edilməsinə dərin inancı və Allaha təvəkkülü sayəsində Allah doğru vədlərini böyük İran xalqı üçün reallaşdırsın”.

İslam İnqilabının Rəhbəri iki fəqihin – Ayətullah Haşimi Şahrudi və Möminin yoxluğuna təəssüfləndiyini qeyd edərək onların ölkə və elmi-teoloji mərkəzlər üçün həqiqi sütunlar olduqlarını dedi: “Bu iki şəxsiyyət heç bir qarşılıq ummadan daim İnqilabın hədəflərinə xidmət göstərmişlər”.

İslam İnqilabının Rəhbəri problemlər, xoşagəlməzliklər və müsbət hadisələrə göstərilən münasibətlərin formalarını on bir iki yönlü yanaşma kontekstində izah etdi: “Bəzən bizim hadisə və baş verənlərə münasibətimiz aktivlik və həll yolu tapmaq istəyinə əsaslanır, bəzən də passivlik, sırf giley-güzar və hərəkətsizlik xarakteri daşıyır”.

Həzrət Ayətullah Xamenei təşəbbüskar münasibət və əks reaksiyanın iki yönlü münasibətlərdən olduğunu dedi: “Əks reaksiyada bizim hərəkətimiz düşmənin hərəkətindən asılıdır. Təşəbbüskar reaksiyada fəaliyyət təşəbbüskarlığını ələ alır və düşmənin təsəvvür etmədiyi nöqtədən ona zərbə vururuq”.

O, hadisə və problemlərə münasibətin məyusedici və ümidverici adlı iki metodundan da söz açaraq dedi: “İki yönlü münasibətin başqa bir forması qorxuya əsaslanan mübarizə və şücaətə əsaslı mübarizə metodudur”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, ikili yönlərdən biri də qətiyyətli və tədbirli mübarizə; səhlənkar və səthi münasibətdir: “Məsələn, virtual məkanda iki formada mübarizə aparmaq olar. Bunlardan biri tədbirli və diqqətli mübarizə, digəri səhlənkar münasibət, məsələnin mürəkkəbliyini görməzədən gəlmək, ona qarşı səhlənkarlıq və laqeydlik göstərməkdir”.

O bildirdi ki, ikili yönlərdən biri də təhdidlər və fürsətlərə əhatəli baxış, təkcə təhdidlərə və ya fürsətlərə birtərəfli baxışdır: “Bu ikili yönə belə bir nümunə göstərmək olar: ABŞ-ın düşmənçiliyinə qarşı mübarizədə təhdidləri və fürsətləri birlikdə və ya təkcə təhdidləri, ya da təkcə fürsətləri nəzərdə tutmaq olar. Bu iki mübarizə formasının hər birinin təsir və nəticələri mütləq, vardır”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, meydan gerçəkliyinin tanınması və ya reallıqların tanınmaması problem və hadisələrə münasibətdə qarşıda duran iki əsas formalardandır: “Daxili məsələlərdə düşmən və onun quyruqları öz mövqelərini zəif, düşmənin mövqeyini güclü göstərməyə, sonda ölkənin çoxlu sayda həll olunmaz problemlərlə qarşılaşdığını, heç bir tədbirin də olmadığını göstərməyə çox çalışırlar”.

Həzrət Ayətullah Xamenei dedi: “Başqa bir nümunə regionun problemləri ilə bağlıdır. Əgər biz regiondakı mövqeyimizdən və düşmənin regionda bizimlə hesablaşması həqiqətindən xəbərdar olmasaq, bir cür davranacağıq. Əgər bu həqiqətlərdən xəbərdar olsaq, başqa cür davranacağıq”.

O, bu məsələ ilə bağlı belə dedi: “İran İslam Respublikasının regiondakı fəaliyyəti ilə bağlı yanlış və yersiz sözlər danışan adamlar əslində, düşmənin planına köməklik göstərirlər”.

İslam İnqilabının Rəhbəri hisslərin kontrol və idarə edilməsinə əsaslanan mübarizə və hisslərin sərbəst buraxılmasına əsaslanan mübarizəni ikili yanaşmanın başqa bir forması olduğunu dedi: “Ölkənin xəsarət almasına səbəb ola biləcək amillərdən biri ümumi emosiyaların kontrol edilməməsi məsələsidir. Mən dəfələrlə vurğulamışam ki, gənclərə inanır və güvənirəm. Ancaq bu o demək deyil ki, cəmiyyətdə gənclərin hiss və emosiayalarının kontrol edilməməsi halları yoxdur”.

O, habelə gənclərə üstünlük verilməsi məsələsinə aydınlıq gətirərək dedi: “Bəziləri deyirlər ki, mənim gənclərə önəm verməyimin mənası yaşlıların səhnədən kənarlaşdırılmasıdır. Ancaq bu qənaət yanlışdır. Gənclərə əhəmiyyət verilməsi ilə bağlı dərindən düşünmək lazımdır”.

Həzrət Ayətullah Xamenei hadisələr və probelmlərə münasibətin ikili yönlərindən birinin şəriət qayda-qanunlarına riayət edilməsi və edilməməsi məsələsinin olduğunu dedi: “Münasibətin ikili formalarından biri də bir dəlikdən iki dəfə sancıqlmamaq üçün təcrübələrdən faydalanmaqdır”.

O, bu məsələdə ABŞ və Avropa ilə mübarizə formasına işarə edərək dedi: “Bizim amerikalılar və avropalıların fəaliyyət forması ilə bağlı təcrübələrimiz çox-çoxdur. Lakin amerikalıların Hərtərəfli Birgə Fəaliyyətlər Planı ilə bağlı son addımı və yerinə yetirməli olduqları öhdəliklərdən boyun qaçırması gözlərimiz önündədir. ABŞ və qarşı cəbhə ilə mübarizədə bu təcrübələrdən isitfadə etməliyik”.

Həzrət Ayətullah Xamenei münasibətin sonuncu ikili yönü haqqında danışarkən dedi: “Bir ikli yön də ondan ibarətdir ki, acı hadisələrlə qarşılaşdıqda bir-birimizə hücum etməli və hər kəs başqasını müqəssir hesab etməli, ya da daxili qarşıdurmadan çəkinməli, İmamın (r.ə) təbirincə desək, nə səsimiz varsa, onu ABŞ-ın başına çığırmağa sərf etməliyik”.

O dedi: “Bizim əsl düşmənimiz ABŞ-dır. Biz düşməni tanımaqda səhvə yol verməyəcəyik”.

İslam İnqilabının Rəhbəri sonra Quran ayələrinə istinad edərək problemlərlə doğru mübarizə aparılması ilə bağlı mühüm nüanslara toxundu.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, dini mənbələrimizdə qalibiyyətlər və müsbət hadisələrə münasibət forması bəyan edilmişdir: “Quranda deyilir ki, qələbələrlə qarşılaşdıqda qürrələnməyin, təsbih və istiğfarla o qələbənin özünüzə yox, Allah aid olduğunu düşünün”.

O, İmamın (r.ə) ilahi qüdrət əlinin daim bu inqilab və onunla əlaqəsi olan hadisələr üzərində olması məsələsindəki açıqlamalarına işarə edərək dedi: “Möhtərəm İmam (r.ə) qələbələrlə qarşılaşdıqda onu Allah-taalanın lütf və qayğısının nəticəsi olduğunu bildirirdi. Məsələn, o deyirdi ki, Xürrəmşəhri Allah azad etdi”.

İslam İnqilabının Rəhbəri xalqın bu ilki 22 Bəhmən yürüşündəki ecazkar və genişmiqyaslı iştirakına işarə edərək dedi: “Elə bir insan faktoru vardırmı ki, bu güclü və izdihamlı iştirakın onun işi olduğunu iddia etsin? Bu ilki 22 Bəhmən yürüşünün amili heç şübhəsiz, yalnız ilahi qüdrət əli olmuşdur”.

İslam İnqilabının Rəhbəri Qurani-Kərimin ayələrinə istinad edərək əlavə etdi: “Sanksiya və düşmənin ehtimal olunan hərbi hərəkəti kimi acı hadisələrə münasibətdə diqqətli olmaq lazımdır ki, bu hadisələr əslində, Allah-taalanın Allah düşmənlərinin möminlərlə mübarizəsi və imana əsaslanan fəaliyyətlərlə bağlı sözlərinin reallaşmasıdır. Bu nüansı dərk etmək möminlərin imanını artırır. Eyni şəkildə imperialistlərin İslam İnqilabı qarşısında sıraya düzülməsi İran xalqının imanını artırdı”.

O əlavə etdi: “İslam dövləti dünya imerialistlərinin İran xalqının hərəkəti qarşısında sakit qalacağını gözləmirdi. Təbii ki, biz elə iş görməliyik ki, düşmənlər hətta sanksiya, hərbi və sair tədbirlər fikrinə düşməsinlər. Əgər düşsələr də, elə etməliyik ki, əzilib məğlub olsunlar”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, hadisələr qarşısında qorxmaq və vahiməyə düşmək olmaz: “İmam Xomeyni (r.ə) bu ilahi tövsiyənin məzhəri idi, heç bir hadisədən qətiyyən qorxuya düşməzdi”.

İnqilabın Rəhbəri qeyd etdi ki, ökənin və nüfuzlu şəxslərin problemlərə və xoşagəlməz hadisələrə münasibətləri doğru olmalıdır. Onun vurğuladığı başqa bir məsələ ümidsizliyə qapılmamaqla bağlı oldu: “Allahın buyurduğu kimi, həmişə ümidvar olmalıyıq ki, təvəkkül, iman, əzm, qərar və fəaliyyət sayəsində öz məqsədlərimizi gerçəkləşdirəcək və böyük güclərin burnunu yerə sürtəcəyik”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, problemlərlə qarşılaşdıqda hər kəsin tələskənlikdən, səbirsizlikdən və bəhanəçilikdən uzaq durması zəruri məsələdir.

O vurğuladı: “Ciddi cəhdlə fəaliyyətə başlamaq lazımdır və müxtəlif sahələrdə lazım olan işlər mütləq, görülməlidir. Biz bilməliyik ki, məqsədə çatana qədər səbir lazımdır. Çünki bütün işlərin sürətlə yerinə yetirilə bilməsi mümkün deyil”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, yumşaq hücumdan qorunmaq üçün düşmənlə rəngarəng sərhədələrin olması çox lazımdır: “Coğrafi sərhədlərdə olduğu kimi, mədəni sərhədlərdə də düşmənin nüfuz, hiylə və kələklə bu sərhədləri keçməməsi, ölkənin virtual məkanı və mədəniyyətini təsiri altına almaması üçün daha üstün olanın yaradılmasına və diqqətli olmağa ehtiyac var”.

Həzrət Ayətullah Xamenei düşmənlə sərhədin müəyyən edilməsində çox israrlı olsa da, çox incə bir marginal nüansı tövsiyə etdi. O da budur ki, düşmənə qarşı haqlı təəssübkeşlik ucbatından fikir və rəyinə müxalif olanların düşmənlərlə işbirliyində olduğunu demək olmaz.

O bu barədə belə dedi: “Filan konvensiya və ya müqavilə ölkədə müzakirə edildiyi, tərəfdarlar və müxaliflər öz görüşlərini və arqumentlərini ortaya qoyduqları zaman tərəflər bir-birlərini düşmənlə əlbir olmaqda ittiham edib bir-birlərinin canına düşməməlidirlər”.

İnqilabın Rəhbəri çıxışının sonunda iki mühüm nüansı vurğuladı: “1. Düşmənin maksimum hücumu qarşısında qüvvələrin maksimum səfərbərliyinin zəruriliyi; 2. Allahı zikr etmək və xatırlamağı unutmamaq”.

O dedi: “Düşmən, yəni ABŞ və sionistlər bu gün bütün imkan və potensiallarını İran xalqına qarşı səfərbər edib. Qərblilər və avropalılar da bir növ onların yan-yörəsində İranla düşmənçilik edir”.

Həzrət Ayətullah Xamenei amerikalıların İran xalqına qarşı ən şiddətli sanksiyalar tətbiq etdiklərinə işarə edərək dedi: “Onlar İrana qarşı maksimum hücuma əl atıblar. Əgər biz özümüzün maksimum imkan və potensiallarımızı səfərbər etsək, Allahın lütfü ilə Amerika tarixinə ən ağır məğlubiyyəti yaşatmağı bu ölkəyə qismət edəcəyik”.

İnqilabın Rəhbəri sonda Allah-taalanın Musaya (ə) Allah zikrində səhlənkarlıq etməməklə bağlı tövsiyəsini xatırladaraq dedi: “Allahı zikr etmək bütün imkan və qüdrətlərin vasitə və sərmayəsidir. İnqilabın hədəfələrini reallaşdırmaq üçün bundan istifadə etməliyik. Əgər belə etsək, Allah bizimlə olacaq və Onun şirin və doğru vədləri İran xalqı haqqında gerçəkləşəcək”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən Xubriqan Məclisinin sədri Ayətullah Cənnəti Rəcəb ayınin gəlişini hörmətlə yad edərək dedi: “Düşüncə heyətləri və onun Xubriqan Məclisindəki beş işçi qrupu mütəxəssislər və ekspertlərin iştirakı ilə aktivləşdirilmiş və ayrı-ayrı parametrlər üzərində iş gedir”.

Xubriqan Məclisinin sədri bildirdi ki, İranın inqilabçı əhalisi daim bütün səhnələrdə yer almışdır: “Xalqın problemləri ilə məşğul olmaq məsul şəxslərin vəzifəsidir”.

Xubriqan Məclisinin sədr müavini Ayətullah Müvəhhidi Kermani bu məclisdə müzakirə edilən məsələlərdən danışaraq dedi: “Xalqın böyük 22 bəhmən yürüşündəki iştirakı ilə bağlı təşəkkür, İnqilabın ikinci addım bəyanatının yüksək qiymətləndirilməsi və ona əməli diqqətin zəruriliyi, hökumətin bahalıqla mübarizəsinin əhəmiyyəti, xalqın məişət problemləri ilə məşğul olmaq, milli pulun dəyərinin azalması Xubriqan məclisinin üzvlərinin bu iclasdakı çıxışları və nitqlərinin ən mühüm mövzuları oldu”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /