İslam İnqilabının Ali Rəhbəri bu gün (çərşənbə) günorta “Təbii sərvətlər həftəsi və ağacəkmə günü” münasibəti ilə iki meyvə ağacı əkdi.
Daha sonra ağac əkimi gününün baharın gəlişindən xəbər verdiyini və bitki örtüyünün əhəmiyyətini xatırlatdığını deyən Həzrət Ayətullah Xamenei etinasızlıq nəticəsində ölkənin meşələri, yaşıllıqları və bitki örtüyünə ziyanlar dəydiyini vurğulayaraq dedi: “Ağac və bitki örtüyünün qorunması məsələsi ictimai mədəniyyətdəki həqiqi yerini tapmalıdır”.
O, ağac əkimi günü ağac əkilməsinin ağac və bitkiyə əhəmiyyət verilməsi mədəniyyətinin gücləndirilməsi məqsədi daşıyan simvolik bir tədbir olduğunu dedi və bina tikmək məqsədi ilə bəzi ağaclıq ərazilərin ağaclarına ziyan vurulmasını tənqid etdi: “Aidiyyatı qurumlar bu cür halların qarşısını ciddi şəkildə almalı və buna imkan verməməlidirlər”.
İslam İnqilabının Rəhbəri səhralaşmanın qarşısının alınması məqsədi ilə ölkənin bəzi yerlərinə ziyanlı ağacların əkilməsini tənqid edərək dedi: “Aidiyyatı qurumlar bu cür tədbirlərin qarşısını almalıdırlar. Meşəlik və yaşıllıqları qorumaqla yanaşı, nəzarətçi qurumlar, o cümlədən məhkəmə orqanı meşələrə qarşı hücumların qarşısının alınmasına tam ciddiyyət göstərməlidirlər”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir