Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İran xalqı 40 il bundan əvvəlkindən daha güclüdür

Bu gün səhər imamlar anası Həzrət Fatimeyi-Zəhranın (s.ə) mübarək mövludunun ildönümü münasibəti ilə İmam Xomeyni (r.ə) adına hüseyniyyə İslamın bu böyük xanımının fəzilət və üstün keyfiyyətlərinin rayihəsi ilə ətirləndi. Əhli-beyt (ə) məddahları və şairlərindən bir qrupu İslam İnqilabının Ali Məqamlı Rəhbərinin hüzurunda o xanıma həsr etdikləri mədhiyyələrini oxudular.

Mərasimdə çıxış edən İslam İnqilabının Rəhbəri hər kəsi Həzrət Fatimeyi-Zəhranın (s.ə) mövlud ildönümü münasibəti ilə təbrik etdikdən sonra hüseynçi şair və məddahların İslam və İnqilabın hədəflərinin həyata keçirilməsi istiqamətində bir sərmayə və ehtiyat olduqlarını dedi. O vurğuladı ki, bu sərmayə Hüseyn (ə) və Fatimənin (s.ə) hədəfləri, habelə İnqilab maarifinin təbliği istiqmətində istifadə edilməlidir: “Bu gün haqla batil cəbhəsinin sıra düzülüşü eynilə Allahın böyük peyğəmbərləri, habelə pak imamların dövründəki sıra düzlüşü kimidir. O dövrdə batil cəbhəsi adamlarının sayı, təchizatı və təbliğatının çoxluğuna baxmayaraq, məhv oldu. Bu gün də həmin aqibət İsalm İnqilabının qarşısında mövqe tutan cəbhəni gözləyir. Düşməndən qorxmaq və hesablamada səhvə yol vermək olmaz”.

Həzrət Ayətullah Xamenei məddah və şairlərin şeirlərinin məzmunlarının yüksək təsirə malik olduğunu qeyd edərək dedi: “Bu məzmunlar Qurana və İslama əsaslanmalı, dərin düşüncə və aydın baxışla müşayiət olunmalı və yaradıcı metodlardan istifadə edilərək İslam İnqilabının məqsədlərinə xidmət etməlidir. Belə olan surətdə İran xalqının böyük hərəkətinə, hətta İslam ümmətinin hərəkətinə böyük təsir göstərəcəkdir”.

O vurğuladı ki, din və inqilab maarifinin təbliği üçün hal-hazırki mövcud şəraitdən istifadə etmək lazımdır: “Bu gün hamımız məsuliyyət daşıyırıq. Məddahlar və şairlərin vəzifəsi insanları İnqilabın hədəflərinə, yəni maddi rifahı, beynəlxalq şöhrəti və mənəvi rahatlığı olan mömin, sağlam və əmin-amanlıq içərisində olan bir cəmiyyətin formalaşdırılması istiqamətinə sövq etməkdir”.

İslam İnqilabının Rəhbəri Allah dininin düşmənlərinin Allahın böyük peyğəmbərləri və məsum imamların (ə) qarşısında cəbhə aldıqlarını yada salaraq dedi: “Bu gün də həm sıra düzlüşü həmin sıra düzülüşüdür, həm də həmin aqibət batil cəbhəsini gözləyir. Amma bir şərti var ki, hesablamalarda səhvə yol verməmək üçün Allah-taalaya təvəkkül etmək və düşməndən qorxmamaq lazımdır”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İnqilabın qırx illik dövrü bu həqiqətin real nümunəsidir: “Bu qırx ildə düşmənlər bütün güc və imkanları ilə İslam İnqilabının qarşısında cəbhə aldılar, zərbələr də endirdilər, ancaq İran xalqı Allaha təvəkkül edərək, eyni zamanda öz vəzifəsinə əməl edərək bu məkrli planlara qalib gələ bildi. İndi bütün dövrlərdə olduğundan güclü olmuşdur. Lakin düşmən cəbhəsi keçən dövlərlə müqayisədə daha zəifləmişdir”.

İslam İnqilabının Rəhbəri çıxışının davamında ailə mövzusunun əhəmiyyəti və mövqeyinə işarə edərək dedi: “Ailə institutu Allahın dəyişməz qanunudur. Ancaq insanlığın düşmənləri olan beynəlxalq kapitalizm və sionizm cərəyanı dünyada ailə bünövrəsini dağıtmaq qərarına gəlmişdir. Buna görə də cəmiyyətdə ailə institunun sütunlarını qorumaq və möhkəmləndirmək üçün ciddi cəhdlə səy göstərmək lazımdır”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, gec və ağır şərtlər altında qurulan evliliklər, az sayda uşaq dünyaya gətirmək, əslində, qara olan ağ evlilik (qeyri-qanuni evlilik) kimi çirkin adətlərin yayılması, həya və iffətin mhəv edilməsinə səy göstərilməsi ailə institunu təhlükəyə məruz qoyan amillərdəndir: “Gəncin pak və təmiz qalmasına zəmin yaratmaq məkrli planlarla mübarizə, İnqilabın və İslam Respublikasının qorunması istiqamətində ən effektiv strategiyadır”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /