Ali Məqamlı Rəhbərin informasiya bloku

Лидером Исламской революции:

Suriyaya dəstəyi müqavimətə dəstək hesab edirik

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) səhər Suriyanın prezidenti Bəşər Əsədlə görüşdə qeyd etdi ki, Suriyanın qələbəsinin, eləcə də ABŞ və onun regiondakı muzdurlarını məğlubiyyətə sürüklənməsinin sirri Suriya xalqı və prezidentinin dözümü və müqavimətindədir. Ali Rəhbər gələcək planlar qarşısında ehtiyatlı və diqqətli olmağın zəruriyini vurğulayaraq dedi: “İran İslam Respublikası Suriya dövlətinə və xalqına yardımı müqavimət hərəkatı və cərəyanına yardım hesab edir və səmimi qəlbdən bununla qürur duyur”.

Həzrət Ayətullah Xamenei böhranın başladığı ilk gündən İran İslam Respublikasının Suriya hökuməti və xalqının yanında sədaqətlə müqavimət göstərdiyinə işarə edərək dedi: “Suriya dövləti xalqın dözümü və dəstəyi sayəsində ABŞ, Avropa və onların regiondakı müttəfiqlərinin böyük bir kualisiyasına qarşı duruş gətirə və bu hadisədən qalibiyyətlə çıxa bildi”.

Suriyadakı müqavimət hərəkatının qələbəsinin amerikalıların qəzəblənməsinə və yeni planlar cızmağa çalışmasına səbəb olduğunu qeyd edən İslam İnqilabının Rəhbəri bu nüansla bağlı bir nümunəyə işarə edərək dedi: “Amerikalıların Suriyada yaratmaq istədikləri bufer zonası məsələsi bu təhlükəli planlardandır. Həmin planı qətiyyətlə rədd etməli və ona qarşı dirəniş göstərmək lazımdır”.

O bildirdi ki, amerikalıların İraq və Suriya sərhədlərinə yerləşdirilməsi proqramı onların çirkin planlarının başqa bir nümunəsidir: “İran və Suriya arasında dərin strateji əlaqə mövcuddur. Müqavimət hərəkatının mahiyyəti və gücü bu davamlı və strateji əlaqələrdən asılıdır. Bu əsasla düşmənlər öz planlarını həyata keçirə bilməyəcəklər”.

Həzrət Ayətullah Xamenei düşmənlərin Suriya məsələsində yol verdikləri bir hesablama yanlışına da işarə edərək dedi: “Düşmənlərin səhvi onda idi ki, Suriyanı bəzi ərəb ölkələri ilə səhv salmışdılar. Halbuki həmin ölkələrdə xalq hərəkatının məqsədi müqavimət, daha doğrusu, ABŞ və onun əlaltılarına qarşı qiyam olmuşdur”.

İslam İnqilabının Rəhbəri habelə qeyd etdi ki, İran və Suriyanın din alimlərinin əlaqə və gediş-gəlişi gücləndirilməlidir. O, müqavimət ruhiyyəsinin qorunması, Suriya xalqı və dövlətinin gücünün artırılmasının zəruri olduğunu vurğulayaraq dedi: “Siz nümayiş etdirdiyiniz mətanətiniz sayəsində ərəb dünyasının qəhrəmanına çevrildiniz və region sizin vasitənizlə daha çox güclənib izzət tapdı”.

O bildirdi: “İran İslam Respublikası keçmişdə olduğu kimi, yenə də Suriya xalqının yanında olacaq. Çünki bunu müqavimət hərəkatı və cərəyanına yardım hesab edir və müqavimətə göstərdiyi yardımı ilə səmimi qəlbdən qürur duyur”.

İslam İnqilabının Rəhbəri Suriya xalqının uğuru, cənab Əsədin özü və ailəsinin salamat olması üçün dua etdi.

Bu görüşdə Suriya prezidenti cənab Bəşər Əsəd İran İslam Respublikasının ölkəsinə göstərdiyi tərəddüdsüz yardımları yüksək qiymətləndirərək dedi: “Suriya müharibəsi İrana qarşı aparılmış səkkiz illik məcburi müharibəyə bənzəyir. İslam Respublikası bu hadisədə fədakarcasına bizim yanımızda oldu. Hal-hazırki uğura görə sizi və bütün İran xalqını təbrik etməyimiz, habelə İran xalqına təşəkkür etməyimiz lazımdır”.

Suriya prezidenti Suriyanın işinin bitdiyini göstərən bəzi təhlillərə işarə edərək dedi: “İran və Suriya mənliyi və inancı olan xalqlara sahibdir. İndiki nailiyyətlər baxmayaraq ki, zəhmət və ziyan hesabına başa gəlmişdir, ancaq müqavimət cərəyanı ilə yanaşı göstərilən dirəniş nəticəsində əldə edilmişdir”.

Cənab Əsəd ABŞ qarşısında təslim olduqdan sonra ağır xəsarətlər görmüş bəzi ölkələrə işarə edərək dedi: “Bir çox ölkələr ABŞ qarşısında sınmış və dünyanın taleyinin ABŞ tərəfindən təyin edildiyini düşünürdülər. Ancaq müqavəmtçi xalqaların dirənişi sayəsində bu yanlış təsəvvür süquta uğramaqdadır”.

Suriya prezidenti ABŞ və onun regiondakı müttəfiqlərinin Suriyadakı millətlər və məzhəblər arasına təfriqə salmaq üçün çalışdığını qeyd edərək dedi: “Bu səylər əks nəticə verdi. Bu gün Suriyada kürdlər və əşirətlərlə dövlətin yaxşı əlaqələri var. Hətta keçmişdə dövlətlə müxalifət və münaqişədə olan bəzi qruplar bu gün ABŞ və Səudiyyə Ərəbistanının düşündüyünün əksinə olaraq dövlətlə birlikdədirlər”.

Cənab Əsəd məzhəb əlaqələri, habelə Suriya alimləri ilə İran alimlərinin əlaqələrinin gücləndirilməsinin təkfirçi cərəyanlarla mübarizə üçün mühüm bir fürsət olduğunu dedi: “İran və Suriya iqtisadi əlaqələrini daim genişləndirməlidirlər. Çünki əlaqələrin artması iki xalqın düşmənlərinin mənfur planlarının iflasında mühüm amil olacaq”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /