Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

22 Bəhmən yürüşü əvvəlki illərlə müqayisədə daha əzəmətli olacaq

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə) səhər Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanları və bir qrup işçisi ilə görüşdə qeyd etdi ki, “hümafər”lərin İmam Ximeyni (r.ə) ilə 19 bəhmən 1357-ci il tarixli (08.02.1979) heyrətamiz beyəti şücaət, Allaha ümid, düşməndən qorxmazlıq və vəzifəyə əməlin təcəssümüdür: “Bu ilin 22 bəhməni (11 fevralı) Allahın yardımı ilə və həmin tarix yaradan amillər sayəsində sözün əsl mənasında düşmən sındıran olacaq, xalqın ayıqlığı ilə müşayiət olunan və bütün baxış bucaqlarının iştirakı etdiyi 22 bəhmən yürüşü əvvəlki illərlə müqayisədə daha əzəmətli keçəcək”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, 22 bəhmən yürüşü heyrət doğuran hadisələrdəndir: “İnqilab etmiş ölkələrdə hər il təşkil edilən inqilab bayramları silahlı qüvvələrin bir neçə nəfərin qarşısından keçməsini ehtiva edən hərbi paradına çevrilmişdir. Lakin Şanlı İranda 40 ildir ki, ölkənin hər yerində xalq küçələrə axışır, İnqilab yolunun davam etdirilməsinə israr göstərir. Bu məsələ İnqilabın heyrət doğuran möcüzələrindəndir. Buna görə də onu var gücümüzlə davam etdirilməliyik”.

O qeyd etdi ki, xalqın 22 bəhmən yürüşündəki izdihamlı iştirakı düşmən sındıran, qorxu yaradan, xalqın səhnədəki ümumi iştirakını göstərən, milli vəhdət və əzmkarlığın təzahürüdür: “Cəmiyyətdə fərqli baxış bucaqları var, ancaq inqilab, dövlət və 22 bəhmən məsələsində bütün fərqliliklər yox olur, hamı birlikdə meydana çıxır”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, ABŞ rejimi şər, pislik, düşmənçilik, böhran və müharibə yaratmaq işinin təcəssümüdür: “ABŞ rejiminin rəhbərləri İran xalıqnı təhqir etdikləri halda, deyirlər ki, “Nə üçün Amerikaya ölüm olsun!” deyirsiniz? ABŞ rəsmilərinə aydınlıq gətirmək üçün vurğulayırıq: “Bizim Amerika xalıq ilə işimiz yoxdur, “Amerikaya ölüm olsun!” şüarının mənası da ABŞ rəhbərlərinə, indiki dövrdə Tramp, Bulton və Pompeoya ölüm olsun deməkdir”.

O əlavə etdi: “Nə vaxta qədər ki, ABŞ rejimi şər, pislik, müdaxilə, xəbislik və rəzalət əsasında hərəkət edəcək, “Amerikaya ölüm olsun!” şüarı qüdrətli İran xalqının dilindən düşməyəcək.

Həzrət Ayətullah Xamenei çıxışının avorpalıların təklifləri ilə bağlı hissəsinin başqa bir yerində dedi: “Ölkə rəhbərlərinə tövsiyə edirəm ki, bunlara güvənməsinlər. Təbii ki, demirəm, onlarla müzakirə aparmayın. Deməyim odur ki, avropalılara mənfi gözlə baxın”.

İnqilabın Rəhbəri dedi: “Bir neçə ilə bundan əvvəl aparılan nüvə müzakirələri vaxtı ABŞ-la bağlı həm xüsusi, həm də ümumi iclaslarda səlahiyyətli şəxslərə təkrar-təkrar deyirdim ki, amerikalılara inanmıram, siz də onların vədlərinə, sözlərinə, təbəssümlərinə və imzalarına inanmayın. Bu gün həmin müzakirələrdə iştirak etmiş səalhiyyətli şəxslər özləri deyirlər ki, ABŞ-a inanmaq olmaz. Bunu birinci gündən müəyyən etməli və bu prinsiplə hərəkət etməli idilər”.

O əlavə etdi: “İrandan insan hüquqlarının qorunmasını həyasıcasına tələb edən həmin avropalılar Parisdə silahlı qüvvələri camaatın canına salır, onları kor edirlər. Ancaq eyni zamanda təkbbürlü-təkəbbürlü İranın qarşısına tələb qoyurlar. Halbuki onların özlərindən soruşmaq lazımdır ki, siz özünüz ümumiyyətlə, insan hüquqlarını tanıyırsınızmı?”

Həzrət Ayətullah Xamenei vurğuladı: “Qüdrətli və güclü bir dövlət kimi bir neçə dövlət istisna olmaqla bütün dünya ilə əlaqəmiz var və olacaq da. Ancaq kiminlə danışdığımızı bilməliyik. Fransızlar, ingilislər və digərlərinin ayrı-ayrı nöqtələrdəki fəaliyyətlərini unutmamalıyıq”.

İslam İnqilabının Rəhbəri çıxışının başqa bir yerində İslam İnqilabı hadisəsində ordunun xalqla birlikdə olmasının böyük bir nemət və Hərbi Hava Qüvvələrinin bu məsələdəki rolunun çox böyük olduğunu dedi: “Hərbi Hava Qüvvələri İslam İnqilabının qələbəsi və ondan sonrakı mərhələlərdə həlledici rol oynamışdır. 19 bəhmən 1357- il tarixində Hərbi Hava Qüvvələrinin bir qrupunun Mərhum İmamla (r.ə) beyəti ilk həlledici addım, İnqilabın özü kimi heyrətamiz və hesaba gəlməyən bir ruzi olmuşdur”.

O əlavə etdi: “19 bəhmən 1357-ci il hadisəsi nəfsə hakim kəsilmək, vəzifə və güc hissinin təzahürü idi. Çünki həmin hadisədə gənclər diktatordan qorxmadılar, öz qorxularına qalib gələrək, Allaha ümid bağlayaraq şücaətlə İmamın görüşünə gəldilər. Bu gün də həmin xüsusiyyətlərə ehtiyacımız var”.

Həzrət Ayətullah Xamenei dedi: “Hərbi Hava Qüvvələrinin 21 bəhmən 1357-ci il tarixində atdığı addım, Həmədanın Şəhid Noje Bazasındakı çevriliş planı Hərbi Hava Qüvvələrinin gənc bir əsgəri tərəfindən ifşa edilməsi, Hərbi Hava Qüvvələri tərəfindən özünütəmin cihadının təşkili, məcburi müharibənin ilk günlərində Hərbi Hava Qüvvələri döyüşçülərinin ilk sarsıdıcı cavabları, İraqın bazalarının bir çoxunun bombardman edilməsi, Müqəddəs Müdafiə dövrü boyunca həlledici rol ifa etmək, döyüş təyyarələrinin istehsalına start verilməsi, Hərəmin müdafiəçilərinə dəstək Hərbi Hava Qüvvələrinin fəaliyyətlərindən və bu Qüvvələrin tarixi və kimliyinin bir hissəsidir”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, bu kimliyi qorumaq və gücləndirmək, insan yetişdirmək, Babayi, Səttari və sair şəhidlər kimi gəncləri tərbiyə etmək lazımdır: “Bu cür üstün şəxsiyyətlər yetişdirməyi, onların daxili potensiallarını üzə çıxarıb gerçəkləşdirməyi bacaran yeganə qüvvə İslam İnqilabı və İran xalqının əzəmətli hərəkətidir”.

Həzrət Ayətullah Xamenei xalqın müstəqillik, izzət, İnqilabın bəxş etdiyi başıucalıq prinsiplərinə bağlı olduğunu vurğulayaraq dedi: “Mən çətinliklər, bahalıq və digər problemlərdən xəbərdaram. Ancaq ölkə ilə bağlı təəssüratım nikbindir. Çünki xalqın bir qəhrəman və güclü bir şəxsiyyət kimi düşmən cəbhəsi qarşısında dayandığını, hansı yolu gedəcəyini və hansı hədəfləri izləyəcəyini bildiyini görürəm”.

O vurğuladı: “Xalqın gileyi, narahatlığı və gözləntiləri var. Ancaq heç bir problem xalqın İmam, İnqilab və dövlətin ideya və hədəflərini hərtərəfli dəstəkləməsindən üz çevirməsinə səbəb olmamış və olmayacaq da”.

İslam İnqilabının Rəhbəri İran xalqını son qırx ildə yolun mühüm bir hissəsini qət etmiş, əyri-üyrü, təhlükəli keçidləri adlamış, amma məqsədlərə çatmaq, təhdidləri və məkirli planları nəticəsiz qoymaq üçün qalan yolu da qət edib zirvəyə çatması vacib olan alpinistə bənzətdi.

İslam İnqilabının Rəhbəri ölkə rəhbərlərini və bütün xalqı dayanmadan çalışıb səy göstərməyə çağırdı: “Harada olmasından asılı olmayaraq, hər kəs öz vəzifəsinə əməl etsin ki, xalqın və məsul şəxslərin vəzifələrdən ibarət ümumi cədvəlinin xanaları dolsun və əziz İranın məqsədlərə doğru hərəkət sürəti artsın”.

Həyəcan və ümidsizlik yaratmağın düşmənin əsas işi və nüfuz komponentlərindən olduğunu deyən Rəhbər Quranın bir neçə ayəsi və İslam tarixinin ilk illərində baş vermiş ibrətamiz hadisələrə işarə edərək dedi: “İslamın məntiqi budur ki, düşməndən qorxmamalı, əksinə, doğru yoldan sapmaqdan qorxmalısınız. Əgər bu məntiqə düzgün əməl etsəniz, Allahın yardımı ilə mütləq, qələbə çalacaqsınız”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, Allah yolundan sapmaq və düşmənlər qarşısında təslim olmaq xalqın zillətinə və köməksiz qalmasına səbəb olacaq: “Nəticədə, İranımızın taleyi pəhləvi rejiminin hakim olduğu dövrdəki kimi və ya Ərəbistan kimi dövlətlərin taleyi kimi olacaq. ABŞ onların taleyinə, mənbələri və mənafelərinə hakim kəsilib”.

O, 22 bəhmən yürüşü ilə bağlı bir tövsiyəsində dedi: “Kimlərinsə hər hansı səbəbdən filan məmurdan və ya filan cənabdan xoşları gəlməyə bilər. Ancaq onun əleyhinə şüar verməklə yürüşü ixtilaf və gərginlik meydanına çevirmək olmaz. Çünki bu milli izdihamlı hərəkət əzəmət və birlik içərisində davam etdirilməlidir”.

İslam İnqilabının Rəhbəri ölkənin, gənclərin və xalqın sabahının bu günkündən yaxşı olacağını dedi: “Xalqın və məsul şəxslərin Allaha təvəkkülü, məsuliyyət hissi və öz vəzifələrinə əməl etməsi sayəsində Allah-taala öz lütfü və qayğısı ilə yolu İran xalqının üzünə açacaq”.

Ali Baş Komandandan əvvəl çıxış edən Hərbi Hava Qüvvələrinin komandiri briqada generalı Nəsirzadə bu Qüvvələrin müxtəlif sahələrdəki nailiyyətləri və potensialları haqqında məlumat verərək dedi: “Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qərargahının işçiləri şəhidlər və Hərəmin müdafiəçilərinin həyatını özlərinə örnək götürərək İran İslam Respublikasının izzətini və sərhədlərini müdafiə etmək üçün tam hazırdırlar”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /