İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət gecəsinə həsr edilmiş matəm mərasimi keçirildi.
Bir qrup hökumət rəsmisi və xalqın müxtəlif təbəqələrindən olan minlərlə insanın iştirak etdiyi bu mərasimdə çıxış edən Höccətül-İslam vəl-müslimin Rəfii Həzrət Siddiqe-yi-Tahirənin (s.ə) həyat tərzinə xas olan iqtisadi əzmkarlığın yönlərindən danışaraq dedi: “İslam iqtisadiyyatı mənəviyyat, əxlaq, dayanmadan işləyib çalışmaq və fədakarlıq prinsiplərinə, eqoizm və şəxsi mənafe güdülməməsi əxlaqına əsaslanır”.
Mərasimin spikeri Həzrət Fatimeyi-Zəhranın (s.ə) həyatının səbr, sadəlik və qənaət xüsusiyyətləri ilə çulğalaşdığını dedi: “Əgər cəmiyyət haqq yolda əzmkarlıq göstərsə, Allahın nemətlərindən faydalanar”.
Mərasimdə cənab Sələhşur Fatimeyi-Zəhranın (s.ə) başına gələn müsibətlərdən danışaraq mərsiyə dedi.
Fatimiyyə günlərinə həsr edilmiş mənəvi matəm mərasimlərinin sonuncu gecəsi 09 fevral 2019-cu il tarixində, şənbə günü gecə İmam Xomeyni (r.ə) adına hüseyniyədə keçiriləcək.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir