İslam İnqilabının Ali Rəhbəri, bir qrup hökumət rəsmisi və xalqın müxtəlif təbəqələrindən olan minlərlə insanın iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət günlərinə həsr edilmiş üçüncü matəm gecəsi keçirildi.
Mərasimdə çıxış edən Höccətül-İslam vəl-müslimin Rəfii Fatiməyə xas olan əzmkarlığın yönlərindən danışdı: “Əzmkarlıq hörmət və izzətə səbəb olur, haqq yolunda əzmkarlıq göstərən istənilən cəmiyyət sağlam qalar”.
Məclisin spikeri dinin əsaslarının tanınmasının əhəmiyyətli olduğunu vurğulayaraq dedi: “Həzrət Zəhra (s.ə) dinin əsaslarına əsaslanaraq, haqq uğrunda müdafiəyə qalxaraq meydana atıldı və “vilayəti” müdafiə etdi”.
Mərasimdə cənab Səmavati və Mütii Fatimeyi-Zəhranın (s.ə) başına gələn müsibətlərdən oxuyaraq mərsiyə dedilər.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir