İslam İnqilabının Ali Rəhəbri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə günü) səgər Koqnitiv Elmlərin İnkişafı Mərkəzinin məsul şəxsləri, tədqiqatçıları, elmlər naziri, əlaqədar universitetlərin rəhbərləri və müəllimləri ilə görüşdə koqnitiv elmlərin elmi, tibbi, sosial, iqtisadi sahələrə təsirindən danışaraq elm sahələrində əvvəlkindən daha çox inkişafa nail olmaq üçün gecə-gendüz bilmədən hər tərəfli səy göstərilməsinin zəruri olduğunu vurğuladı: “Ölkənin elmi hərəkət sürəti azalmamalı və ya dayanmamalıdır. Bu sürət yüksək elmi nöqtəyə çatana qədər uzun illər qorunub gücləndirilməlidir”.
İslam İnqilabının Rəhbəri Koqnitiv Elmlərin İnkişafı Mərkəzinin rəhbər işçiləri və elmi heyətinə çəkdikləri zəhmətlərə və əldə etdikəri nailiyyətlərə görə təşəkkürünü bildirərək dedi: “Bəşəriyyətin elmi nailiyyətləri və yaranış aləminin heyrətamiz mürəkkəblikləri və qəribə sistemini daha çox öyrənmək üçün yeni-yeni pəncərələrin açılması təqdirəlayiqdir. Çünki insanı ilahi maarifə daha da yaxınlaşdırır”.
Həzrət Ayətullah Xamenei vurğuladı: “Allah tərəfindən insanların üzünə açılan bu elm və bilik pəncərələrindən hər biri insanların həyatında yeni və dərin dəyişikliklərin baş verməsinə zəmin yaradır. Buna görə də yeni elmlər və onunla bağlı olan texnologiyalardan geri qalan hər bir xalqın aqibəti geriləmək, xar olmaq və güclər tərəfindən istismar edilmək olacaq”.
O əlavə etdi: “Elm və elmi inkişaf məsələsini təkrar-takrar vurğulamağımın səbəbi budur. Buna görə də alimlər, tədqiqatçılar və araşdırmaçılar ölkənin xüsusilə yeni elmlər sahəsindəki elmi hərəkət sürətini davam etdirmək üçün Allaha təvəkkül etməli və Allahı niyyət edərək canlarını qoymalı və gecə-gündüz bilməməlidirlər. Ölkənin məsul şəxsləri, xüsusilə hökumət də bu məsələyə ciddi yanaşmalıdır”.
İslam İnqilabının Rəhbəri qeyd etdi ki, ölkənin son 20 il ərzindəki elmi hərəkəti yaxşıdır: “Bu elmi hərəkətin sürəti azalmamalı və zirvə nöqtəsinə çatana qədər gələcək 20-30 il ərzində qorunmalı və daha da gücləndirilməlidir”.
Həzrət Ayətullah Xamenei vurğuladı ki, elmi nailiyyətlərin indiki səviyyəsi ilə kifayətlənmək olmaz: “Əgər dünyanın elmi hərəkət karvanından azacıq geri qalsaq, artıq bu karvana və elmi zirvələrə yetişə bilməyəcəyik. Buna görə də elmi hərəkət sahəsində heç bir vəchlə durğunluq olmamalıdır”.
O, ölkənin elmi və mədəni mərkəzlərinin büdcəsi ilə bağlı məsələlərə və icra məmurlarının iqtisadi problemlərlə bağlı açıqlamalarına işarə edərək dedi: “Mən problemlərdən xəbərdaram. Ancaq inanıram ki, hər hansı ölkə səy göstərsə, hətta siyasi və iqtisadi problmelər arasında da böyük işlər görə bilər”.
İslam İnqilabının Rəhbəri çox ağır şəraitlərdə böyük elmi binaların əsasını qoymuş bəzi ölkələrlə bağlı tarixi nümunələrə işarə edərək dedi: “Bizim indiki şəraitimiz həmin ölkələrin təlatümləri qədər ağır deyil. Buna görə də möhkəm elmi sütunlar inşa edə bilərik”.
Həzrət Ayətullah Xamenei çıxışının davamında iki tövsiyə verdi. Tövsiyəsinin birincisi belə oldu: “Elmi inkişaf üçün Qərbin bütün imkanlarından istifadə edin, şagirdlik etməkdən və öyrənməkdən qətiyyən çəkinməyin. Çünki biz şagirdlik etməkdən yox, həmişə şagird qalmaqdan utanırıq”.
İslam İnqilabının Rəhbərinin ikinci tövsiyəsi belə oldu: “Qərblilərin proqramları və tövsiyələrinə heç vaxt güvənməyin”.
O vurğuladı ki, qərblilərin tövsiyəsinə daim bədgümanlıqla baxmaq lazımdır: “Modern elmlər sahəsində daha böyük nailiyyətlər əldə etmiş Qərb ölkələri tarix boyu xalqalara qarşı ən böyük cinayətləri törədiblər”.
İslam İnqilabının Rəhbəri Koqnitiv Elmlərin İnkişafı Mərkəzinin rəhbərlərinə prioritetlər və lazımi məqsədlərin təyin edilməsini də tövsiyə etdi: “Koqnitiv elmlərin bütün sahələrində ilk olaraq məqsədlər müəyyən edilməli, sonra layihə və proqram tərtib edilməli, ardınca da həmin layihələr tədqiqatçı və araşdırmaçının ixtiyarına verilməlidir”.
Koqnitiv elmlərin inkişaf etdirilməsi üçün milli srtategiyanın müəyyən edilməsinin zəruriliyini vurğulayan Həzrət Ayətullah Xamenei çıxışının sonunda dedi: “Məntiq və arqumentasiya ilə sıxı bağlı olan bu elmlərin öyrənilməsi yolunda elə hərəkət edin ki, daha çox Allahtanıma hasil olsun”.
İslam İnqilabının Rəhbərindən əvəvl çıxış edən Doktor Kamal Xərrazi Koqnitiv Elmlərin İnkişafı Mərkəzinin layihələri, bu layihələrin səhiyyə və iqtisadiyyat sahələri, habelə ölkənin elmi inkişafının müxtəlif yönləri ilə bağlı məqsədləri, təsirləri və əhəmiyyətliliyi ilə bağlı məlumat verərək dedi: “İranda elmin bu sahəsində humanitar və texniki potensialların yetişdirilməsi istiqamətində çox yaşı işlər görülüb. İran regionun ən yaxşıları və dünyanın qabaqcılları sırasındadır”.
Cənab Xərrazi Koqnitiv Elmlərin İnkişafı Mərkəzinin koqnitiv elmlərin tanıtdırılması və təbliği, daha istedadlı şagird və tələbələrin üzə çıxarılması, onların koqnitiv elmlər istiqamətinə yönləndirilməsi, koqnitiv elmlər sahəsi ilə bağlı yazılmış əsərlərə dəstək verilməsi, beynəlxalq səviyyədə elmi mübadilə proqramlarından söz açaraq bütün ölkə üzrə koqnitiv elm və texnologiyaların infrastruktur inkişafı və zəruri laboratoriyaların işə salınması, xüsusilə böyük bir nailiyyət kimi Milli Elektroensefaloqrafiya Laboratoriyasının fəaliyyəti haqqında danışaraq koqnitiv elmlər sahəsi ilə bağlı həyata keçirilmiş bir neçə böyük və milli layihə haqqında məlumat verdi.
Prezidentin elm və texnologiya məsələləri üzrə müavini Cənab Doktor Səttari də elmi bazalı şirkətlərin inkişafı, elm kommersiyasının yaxşılaşdırılması, elm və texnologiya parklarında özəl sektorun investisiyasının artırılması, İranın nanotexnologiya, biotexnologiya və koqnitiv elmlər sahəsindəki elmi dərəcəsi haqqında məlumat verdi.
Koqnitiv Elmlərin İnkişafı Mərkəzinin direktoru cənab doktor Nili istedadların elmin bu sahəsinə cəlb edilməsi işində islahatlar aparılması, fənlərarası ixtisaslar əsasında təhsil və tədqiqat sahəsi ilə bağlı yeni modellərin əldə edilməsinin zəruriliyi, koqnitiv elmlərin lazımi investisiya və büdcə ilə təmin edilməsi haqqında məlumatlar verdi.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir