Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Ölkəni tam ehtiyacsız etmək uğrunda mübarizədə öndər olun

Həzrət Ayətullah Xamenei Avropadakı Müsəlman Tələbə Təşkilatları Alyansının əlli üçüncü qurultayına ünvanladığı müraciətdə vurğuladı: “Dünyanın bütün nöqtələrindəki iranlı tələbələrin ölkənin inkişafı və yadlardan ehtiyacsız etdirilməsi hərəkatına qoşulması Allah yolunda cihaddır”.

Həmin müraciət bu gün (şənbə günü) səhər Hamburq İslam Mərkəzində Höccətül-İslam Cavadejeyi tərəfindən oxundu.

Müraicətin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Əziz gənclər!

Hamımız bilirik ki, siz tələbələr ölkənin gələcəyinin ən böyük ümidləri sırasında yer alırsınız. Hər kəsin bilməli olduğu məsələ budur ki, Allahın lütfü ilə dünənin tələbələrindən ibarət böyük bir ordu hal-hazırda ölkədə böyük işlərlə məşğuldur və öz vətənlərinin elm və texnologiyasının inkişafına xidmət etmək zövqünü bütün varlığı ilə hiss edir. Bu gün dünyanın hər bir nöqtəsində olan tələbələrimizin bu mömin və xidmətçi birliklərə qoşulmaq və ölkəni yadlardan tamamilə ehtiyacsız etmək fürsətləri olacaq. Bu hərəkət səmimi niyyətlə və Allaha xatir edildiyi təqdirdə Allah yolunda cihaddır. Siz müsəlman cəmiyyətlərinə üzv olan gənclər bu mübarizənin qabaqcılları və öndərləri ola bilərsiniz. Allahdan sizə bol müvəffəqiyyətlər diləyirəm.

Seyid Əli Xamenei
12 yanvar 2018

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /