İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei Qum əhalisinin 9 yanvar 1977-ci ildəki tarixi qiyamının ildönümü münasibəti ilə bu gün (çərşənbə günü) Qumun minlərlə sakini ilə keçirdiyi görüşdə ABŞ və imperializmin İran İslam dövləti ilə düşmənçiliyinin köklərinə səhlənkar və etinasız yanaşmaqdan çəkinməyin vacibliyinə işər edərək vurğuladı ki, İnqilabın mahiyyəti və həqiqəti, xalqın və hökumətin İnqilabın hədəf və əsaslarına bağlılığı və şücaəti bu dərin və davamlı düşmənçiliyin əsas səbəbidir. O, xalqın və məsul şəxslərin mühüm vəzifələrinə aydınlıq gətirərək dedi: “Xalqın, xüsusilə zəif təbəqələrin məişət problemləri ilə məşğul olmaq hal-hazırda hökumət rəhbərlərinin ən mühüm vəzifəsidir. Xalq və məsul şəxslər ayıq olmalı və Müqəddəs Müdafiə dövründə olduğu kimi, ABŞ-ın sanksiyalarını Böyük Şeytan üçün analoqu olmayan bir məğlubiyyətə çevirməlidirlər”.
Həzrət Ayətullah Xamenei Qum əhalisinin 9 yanvar 1977-ci ildəki tale yüklü qiyamını İslam İnqilabının dönüş nöqtəsi kimi qiymətləndirərək Qumu İnqilabın şəhəri, mərkəzi və anası adlandırdı: “Təbii ki, Qumun inqilabçı mühitini dəyişmək, buranın inqilabçı və dini ruhiyyəsini aşağı salmaq maraqları var. Düşmənin hiyləsi və hiylə amillərindən xəbərsiz qalmaq olmaz”.
O vurğuladı ki, bu maraqlar qarşısında ayıqlığı artırmaq lazımdır: “Qum dünyanı dəyişmiş bir inqilabın əsas mənbəyi və mənəvi dayağıdır. Buna görə də Qumun böyükləri və gəncləri xain əllərin Qumu inqilabın mərkəzi olmaqdan çıxarmasına və oradakı bu inkişaf hərəkatını zəiflətməyə icazə verməməlidirlər”.
İslam İnqilabının Rəhbəri 9 yanvar qiyamının bizə verdiyi bir neçə mühüm və əbədi dərsə aydınlıq gətirdi: “ABŞ-ın o vaxtkı prezidenti 31 dekabr 1977-ci il tarixində Tehrana etdiyi səfəri zamanı Məhəmmədrza Pəhləvini yalandan tərifləyərək İranı “Sabit ada”, yəni ABŞ-ın asılı İran və onun kölə rəhbərlərindən arxayınlıq səbəbi hesab etdiyini demişdi”.
O qeyd etdi ki, bu çıxışdan heç on gün keçməmiş Qum əhalisinin zalım, asılı və korrupsioner pəhləvi rejiminə qarşı qıyam qaldırması ABŞ və Qərbin hesablama sisteminin çox zəif olduğunu göstərdi: “ABŞ prezidentinin səfəri və İranı “Sabitlik adası” adlandırmasından heç on gün keçməmişdi ki, Qum əhalisinin böyük qiyamı baş verdi. Bunun ardınca Təbriz əhalisi qiyam qaldırdı, İslam İnqilabının qasırğası baş verdi və müti diktator rejiminin süqutu gerçəkləşdi”.
Həzrət Ayətullah Xamenei bildirdi ki, ABŞ-ın hesablama sisteminin zəifliyinin bu günə qədər davam etməsi bir gerçəklikdir: “Bir qrup Amerika və Avropa heyranının amerikalıların hesablama və uzaqgörənlik qüdrətinə malik olması görüntüsü yaratmasına baxmayaraq, ABŞ-ın hesablama sistemi zəifləməkdə davam edir”.
O, ABŞ dövlət rəsmilərindən birinin keçən il əxlaqsız terrorçu toplantısında etdiyi çıxışa və onlara 2019-cu ilin Milad bayramını Tehranda keçirəcəkləri ilə bağlı verdiyi vədə işarə edərək dedi: “İranın düşmənlərinin hesablama gücü bu həddədir. Eyni şəkildə bir vaxtlar Səddam da bir həftəyə Tehrana çatacağına ümidvar idi, habelə münafiq muzdurlar da güman edirdilər ki, “Mirsad əməliyyatı” ilə üç gün ərzində Kermanşahdan Tehrana çatacaqlar”.
İslam İnqilabının Rəhbəri əlavə etdi: “Bəzi ABŞ rəsmiləri özlərini dəli kimi göstərirlər. Təbii ki, mən bunu qəbul etmirəm. Ancaq onlar həqiqətən, birinci dərəcəli axmaqlardırlar”.
O qeyd etdi ki, Qum əhalisinin qiyamı yalançı liberal demokratiya və Qərbin palçığa bulaşmış ayağının İslam və tövhid sistemi qarşısında cəbhə aldığını göstərir: “İnqilabdan sonra da İslam Respublikasına qarşı sanksiya tətbiq etməklə güman edirdilər ki, dövlətin işi altı aydan az müddət ərzində bitəcək. Halbuki İnqilab hal-hazırda 40 yaşına çatıb”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “İmperializmin bu yanlış hesablamalarına qarşı İslam dövlətinin dəqiq hesablama sistemi var. Dahi İmamımız (r.ə) dedi: “Marksizmin sümüklərinin sınmasının səsini eşidirəm”. 1-2 ildən sonra bütün dünya o səsi eşitdi“.
Həzrət Ayətullah Xamenei bidirdi ki, imperializmin İslam İnqilabı mədəniyyəti ilə düşmənçiliyi dərin bir düşmənçilikdir: “Bəziləri anlamazlıqdan və ya başqa məsələlər üzündən imperialistlərin düşmənçiliyinin səbəbini İmam və ya hansısa məsul şəxsin ABŞ-a qarşı dediyi sözlə əlaqələndirirlər. Halbuki dünyanın hegemonları inkişafda olan, gənc, çalışqan və motivasiyalı bir güclə düşmənçilik edirlər. Bu mənəvi güc 40 ildir ki, onların gözləri önündə gündən-günə daha güclü və qüdrətli olmuş, imperializmin çatlaqlarını daha da dərinləşdirmişdir”.
İslam İnqilabının Rəhbəri vurğuladı ki, İran regionda strateji cəhətdən zürvədə qərarlaşmış mövqeyə malikdir: “İnqilabın ilk illərindən amerikalıların əsəbiləşməsinin səbəbi bu idi ki, maddi sərvətləri və təbii mənbələri zəngin olan və regionun ən mühüm əhəmiyyət daşıyan bir ölkəsi kimi yağlı və yumuşaq İran tikəsi əllərindən çıxdı”.
O, bir Qərb müəssisəsinin bir neçə gün bundan əvvəlki etirafrına işarə edərək dedi: “Onlar özləri deyirlər ki, İran qeyri-adi imkanlarına görə, dünyanın beşinci zəngin ölkəsidir. Buna görə də belə bir sərvətin əldən çıxmasına görə bərk qzəblənmələri təbii haldır”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu qəzəb davam etməkdədir. Ancaq əsl məsələ və ABŞ-la İran xalqının qarşı-qarşıya gəlməsinin kökündə haqla batilin tarixi və zati qarşıdurması dayanır. Çünki imperilistlər və müstəmləkçilər xalqların qanı ilə qidalanırlar. İslam İnqilabı bu aşkar zülmün qarşısında dayandı və xalqları da oyatmaqdan ötrü çalışdı”.
İslam İnqilabının Rəhbəri bildirdi ki, ölkələrdə “Amerikaya ölüm!” şüarının eşidilməsinin analogiyası yox idi və bu, İranın uğurunun göstəricisidir: “İmperializm çalışır ki, xalqları İranofobiya, İslamofobiya və ya şiəfobiya ilə çaşdırsın. Lakin xalqların onsuz da İran İslam Respublikası ilə düşmənçilikləri yoxdur. Harada haqq aşkar olsa, onu müdafiə edirlər”.
O, qeyd etdi ki, Avropa və Amerikada bəzi hadisələrin baş verməsi Qərb mədəniyyətində mənəvi quyuların təhlükəli nəticələrinin aşkara çıxmasının əlamətidir: “Qarşı tərəfdə dini demokratiya və dünyanın modern imkanlarından istifadə etməklə İslam mədəniyyəti istiqamətində hərəkət davam edir. Bu gerçəklik imperialistləri qorxuya salır”.
İslam İnqilabının Rəhbəri vurğuladı ki, dünya despotlarının İranla düşmənçiliyinin əsas və həqiqi səbəbinə etinasız və səhlənkar yanaşmaqdan qorunmaq lazımdır: “Bu düşmənçiliyin əsl səbəbi İslam İnqilabının əzəmətli hərəkətinin mahiyyəti və həqiqəti, xalqın şücaəti, fədakarlığı və sədaqəti, dövlətin İslam İnqilabının əsaslarına tam və davamlı bağlılığıdır. Allahın lütfü ilə əgər bu hərəkət nəzərdə tutulan nəticələrə nail olsa, Qərbin imperializmi və müstəmləkəçiliyinə son qoyulacaq”.
Həzrət Ayətullah Xamenei Qurani-Məcidin ayələrinə isitnad edərək bildirdi: “Firon bilirdi ki, Musa haqdır, ancaq yenə düşmənçilik edirdi. Allah Həzrət Musaya “Qorxma, hərəkət et, mən sizinləyəm”, - deyə buyurdu. Bu xitab bu gün eynilə dünya fironları qarşısında ayıqlıqla dayanmış İran xalqına ünvanlanmışdır”.
İslam İnqilabının Rəhbəri imperializmin İran xalqına qarşı cəbhə almasının nəticəsindən danışaraq dedi: “Hər hansı cəbhə Allah yolunda hərkət edərsə, Allahın ona yardımı və qələbəsi ilə bağlı qəti və şübhəsiz vədi gerçəkləşəcək. 40 il ərzində harada doğru hərəkət etdiksə, qələbə çaldıq, harada səhlənkarlıq etdiksə, qələbə əldə edilmədi”.
Həzrət Aətullah Xamenei mədəniyyətlərin təşəkkülü prosesində 40 yaşa çatmanı yetkinlik və çiçəklənmə adlandırdı: “Bu mədəni istiqamətdə qırx yaş qocalıq yox, əksinə hərəkətlərin dərinləşməsi dövrüdür. Allahın lütfü, xalqın, xüsusilə tədbirli, təşəbbüskar və gələcəyə ümidli olan gənclərin bərəkəti sayəsində İran xalqının tarixi hərəkəti parlaq nəticələrə nail olacaq”.
O qeyd etdi ki, İnqilabın qələbəsi və İslam Respublikasının təşkili İslam mədəniyyətinin mövcud dövrə uyğun təşəkkülü üçün hazırlıqdır: “Əgər Allah istəməsəydi, bu hazırlıq baş verməzdi”.
İslam İnqilabının Rəhbəri minlərlə Qum sakini qarşısında etdiyi çıxışı zaman xalqa və məsul şəxslərə səsələnərək mühüm müanslara toxundu.
Həzrət Ayətullah Xamenei məsul şəxslərə hökumət məmurları ilə bağlı verdiyi mühüm tövsiyələr zamanı dedi: “Xalqın, xüsusilə zəif təbəqələrin məişət problemlərinin həlli prioritetiniz olmalıdır. Çünki bu məsələ xüsusi əhəmiyyət daşıyır”.
İslam İnqilabının Rəhbəri düşmənin xalqın məişət problemləri üzərində mərkəzləşməsinə işarə edərək dedi: “Ölkənin mənbələri azdır. Ancaq nə üçün təkrar xəbərdarlıqlara baxmayaraq, cərəyanlar və fərdlər bu mənbələri qəddarlıqla udur, ticarət sahəsində dəllallıq edərək və manapoliya yaradaraq ölkənin inkişafına mane olur, daxili isehsalın güclənməsinin qarşısını alırlar?”
İnqilabın Rəhbəri bildirdi ki, məsul şəxslərin bu gün ən mühüm işlərindən biri məişət problemləri ilə məşğul olmaqdır: “Təbii ki, bu iş təkcə pul paylamaqla əldə edilmir. Təhlükəli və zərərli cərəyan və əllərdən muğayat olmaq lazımdır. İşgüzar iclaslarda bu məsələləri xırdalıqlarına qədər qeyd etmişəm”.
Əziz İran İnqilabı və böyük xalqa xidmət etməyin, bu yolda çalımaq və iş görməyin ilahi bir nemət olduğunu deyən Ali Rəhbər məsul şəxslərə və hökumət işçilərinə səslənərək dedi: “İslam dövlətində vəzifə tutmaq nemətinin qədrini bilin, bu qədrdanlığın şərtlərinə riayət etməli, danışıq və davranışda diqqətli olmaq, dəbdəbəli həyata meyl etməkdən, israf və təcavüzkar davranışlardan qorunmaq lazımdır. Çalışın hərəkət yolunuz daim Əmirül-mömininin davranış və idarəetmə meyarı istiqamətində olsun”.
Şücaət və rasionallıq İnqilabın Rəhbərinin məsul şəxslərə səslənərkən qeyd etdiyi iki digər nüans oldu.
O əlavə etdi: “Amerika və Avropanın təhdidləri və boşboğazlıqları qarşısında geri çəkilməyin, müqavimət göstərin və bilin ki, bunlar nə təhdiddir, nə də vəddir, hətta imzalarının da etibarı yoxdur”.
Həzrət Ayətullah Xamenei qərblilərin dəxlisi olmayan danışıqlarını təlxəklərin danışıqlarına bənzətdi: “Onlar İrana tövsiyə edirlər ki, insan hüquqlarını səudiyyəlilərdən öyrənsin. Bu bir təlxək danışığı deyilmi?”
Həzrət Ayətullah Xamenei dedi: “Doğru və rasional davranış məsul şəxslərin vzifəsidir. Çünki sırf hiss və emosiyalarla ölkəni idarə etmək olmaz. Təbii ki, hiss və emosiyalar rasional qərarların həyata keçirilməsində dəstək kimi lazımdır”.
Daxili potensialları, xüsusilə gəncləri tanımaq, onların qədrini bilmək və onlardan istifadə İslam İnqilabının Rəhbərinin məsul şəxslər və hökumət rəsmilərinə israrla verdiyi başqa bir tövsiyə oldu.
O əlavə etdi: “Gənclər qurumların düyünlərini aça bilərlər. Buna görə də onlara müraciət edin. Qədrlərini bilin. Çünki onların ambisiyaları belə, yaxşıdır, ölkəni irəli aparır”.
Həzrət Ayətullah Xamenei çıxışının son hissəsində xalqı ölkə rəhbərlərinə köməklik göstərməyə səslədi: “Keyfiyyət və paylama sahələrində daxili istehsalın gücləndirilməsinin mühüm hissəsi istehsalçıya, satıcıya, mağaza sahibinə və xalqa aiddir”.
O dedi: “Bu il İran məhsullarının istehsalının gücləndirilməsi ilidir. Ancaq indi ilin sonunda baxmalayıq ki, bu sahədə nə qədər irəliləyiş əldə etçmiş və nə işlər görmüşük”.
Həzrət Ayətullah Xamenei bildirdi ki, İnqilab səhnələrində iştirak xalqın dövlətə ən yaxşı köməyidir: “Düşmən çalışır ki, şayiə və böhtanla xalqda həyəcan yaratsın, xalqı bir-birinin canına salsın. Təbii ki, bacarmayacaq. Ancaq xalq düşmənin bu hoqqasına qarşı müqavimət göstərməlidir”.
O dedi: “İnqilab və dövlət xalqın istəyi və himayəsi ilə formalaşıb davam etmişdir. Lakin imperialistlər tam bir həyasızlıqla xalqı bu dövlətə qarşı çıxmağa səsləyirlər. Xalq bu təbliğatlara qarşı çıxmalı və hərəkət etməli, gənclər ayıqlıqla virtual məkanı düşmənlərin ağzına zərbə endirmək üçün bir vasitəyə çevirməlidirlər”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, sanksiyalar ölkənin sıxıntıya düşməsinə və problemlərin ortaya çıxmasına səbəb olur: “Amerikalılar məmnuniyyətlə deyirlər ki, İran xalqına qarşı həyata keçirilən indiki sanksiyaların tarixdə analoqu olmamışdır. Lakin İran xalqı Allahın izni ilə bu məsələdə onlara tarixi analogiyası olmayan bir məğlubiyyət yaşadacaq”.
Həzrət Ayətullah Xamenei Müqəddəs Müdafiə dövründə İran xalqına qarşı həyata keçirilən tam sansikyadan söz açaraq dedi: “Düşmənlər bizə hətta tikanlı məftil də vermirdilər. Ancaq xalq və məsul şəxslər həmin sanksiyaları daxilə əsaslanmaq və istedadların çiçəklənməsi üçün bir imkana çevirdilər. Belə ki, həmin istiqamət bu gün İranı regionun misilsiz qüdrətinə çevirmişdir”.
İnqilabın Rəhbəri vurğuladı: “Bu parlaq təcrübədən dərs çıxarmaqla və gənclərə arxalanmaqla mövcud sanksiyaları iş, fəaliyyət və çiçəklənmə vasitəsinə çevirməliyik. Başqalarına ehtiyacsızlıqla elə bir yerə çatmalıyıq ki, onlar əziz İrana möhtac olsunlar”.
Həzrət Ayətullah Xamenei dedi: “Allahın lütfü, xalqın, məsul şəxslərin müqaviməti, ayıqlığı, dayanmadan göstərilən səy və təlaş sayəsində sanksiya və probemləri geridə qoyacağıq. Belə ki, məcburi müharibədə Səddamı qara tropaqlara tapşırqdıq və o, Cəhənnəmin ən aşağı qatına vasil oldu. İslam Respublikası hər gün daha çox uğur qazanacaq və yaşayacaq. İran xalqının Amerika və Qərbdəki düşmənlərini Səddamın aqibəti gözləyir”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir