Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Polis Qüvvələri xalqın gözündə müqtədir və ədalətli görünməlidir

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) Polis Qüvvələrinin komandanları və məsul şəxsləri ilə görüşdü. Görüş zamanı nizam-intizamı və təhlükəsizliyi qorumaq üçün göstərdikləri səy və fəaliyyətlərə görə onlara öz təşəkkürünü bildirən Ali Rəhbər bu qurumun fəaliyyətinin ictimaiyyətin gözləri önündə baş verdiyini və insanların birbaşa mühakiməsinə açıq olduğunu vurğuladı: “Elə davranmalısınız ki, xalq Polis Qüvvələrinin qüdrətli, ədalətli və ayıq-sayıq olduğunu hiss etsin”.

Ali Baş Komandan bildirdi ki, Polis Qüvvələrinin İslam İnqilabı və İslam Dövləti səviyyəsində bir qurum ola bilməsi fasiləsiz inkişafla şərtlənir: “Polis Qüvvələrinin ayrı-ayrı sahələri, o cümlədən polis bölmələri, polis məntəqələri, post patrul xidmətlərinin fəaliyyətləri insanların birbaşa gözləri önündə həyata keçir. Polis Qüvvələrinin fəaliyyəti ilə bağlı mühakimə bütövlükdə Silahlı Qüvvələr və İslam dövlətinə şamil edilir”.

O, Polis Qüvvələrinin əldə etdiyi yaxşı nailiyyətlərdən, o cümlədən keçmişlə müqayisədə insanlarla, habelə hüquq-mühafizə orqanlarına müraciət edənlərlə davranış tərzinin yaxşılaşdırılmasına işarə edərək nailiyyətlərin davam etdirilməsinin zəruri olduğunu vurğuladı: “Polis Qüvvələrinin fəaliyyətləri ağıllı, tədbirli olmalı, insanlarda tamamilə etimad və əminlik yaratmalıdır”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən Polis Qüvvələrinin komandanı briqada generalı Əştəri dedi: “İran xalqının Polis Qüvvələrində xidmət edən fədai əsgərləri ölkənin əmin-amanlığını qorumaq və dəyərləri müdafiə etmək üçün inqilab ruhiyyəsi, mücahid idarəçiliyi, bəsici təfəkkürü, möhkəm iradə və əzmkarlıqla səy göstərir, xalqın canını, malını, namusunu və İslam Respublikasını iqtidarını qoruyurlar”.

Bu görüşdə İslam İnqilabının Rəhbərinin imamətliyi ilə zöhr və əsr namazları qılındı.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /